Əsas Səhifə > Üst manşet / Güney Press > "Nə qədər ki Zakir İbrahimov ordadır..."

"Nə qədər ki Zakir İbrahimov ordadır..."


Dünən, 08:53

"Culfa rayonu ərazisində bir müddət öncə tapılan qızıl yatağının istismarına başlanılacaq. “Ortakənd” adlandırılan yataqda təxminən 17 ton (542 min unsiya) qızılın olduğu bildirilir. Bu qızılın satıla bilən miqdarı isə təxminən 8 tondur (237 min unsiya).
Məlumata görə, rayondakı “Göydağ” mis-molibden, Ordubaddakı “Başkənd” mis və “Nəsirvaz” polimetal yataqlarında tədqiqatlar davam edir. Bu yataqların 2029-cu ildə istismara veriləcəyi gözlənilir..." "DİA-AZ" xəbər verir ki, bunu xatırladan bir qrup Culfa sakini yaşadıqları rayonun ərazisində belə bir mədənin tapılmasını heç də sevinclə qarşılamırlar... əksinə gileylənirlər.
Sakinlərin müraciətində daha sonra deyilir:
"Nə qədər ki “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovdur bu 17 ton qızıldan 17 qram xalqa fayda olmayacaq. Çünki ac qurdların gözü doymaz...
Neçə illərdir ki, Gədəbəydən qızıl çıxarırlar. Bundan xalqa - gədəbəylilərə fayda olubmu? Əslində həmin rayonun sakinləri kef içində yaşamçalı idilər. Amma bu gün Gədəbəyin az qala yarısı Rusiya çöllərinə səpələnib. Yerdə qalan yarısının da əhəmiyyətli hissəsi Bakıda və yaxud da Türkiyənin hansısa şəhərində yaşamaq uğrunda mübarizə aparır.
Gədəbəydə qalanların isə gününü gördük. Sakinləri zəhgərləyən elə "AzərGold" QSC-nin özüdür... yəni qızılın xeyrini görmək bir yana... zəhərini belə udmaq məcburiyyətindədirlər...
Ona görə də bizculfalılar bu xəbərə sevinmədik. Əksinə... qaçmağa yer axtarırıq..."

Geri qayıt