Əsas Səhifə > Üst manşet / Güney Press > Vüqar Əsgərov gömrük sistemini qarışdırır

Vüqar Əsgərov gömrük sistemini qarışdırır


Bu gün, 07:04

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərovun fəaliyyəti ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə, idarə rəisi bəzi şəxslərə işə qəbul, vəzifəyə təyinat və ya yerdəyişmə ilə bağlı vədlər versə də, bu vədlər yerinə yetirilməyib.

Bu səbəbdən onlarla vətəndaş və rəsmi işçilər arasında narazılıq qeyd olunub. Məsələnin aktuallığı fonunda Gömrük Komitəsi daxilində də məlumatlı şəxslərin olduğu və bəzi rəsmi qurumlara bununla bağlı məlumatların çatdırıldığı bildirilir.

Bəzi məlumata görə, Vüqar Əsgərovun ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilir. Bu məlumat rəsmi şəkildə təsdiqlənməsə də, yayılan iddialar onun fəaliyyəti ilə bağlı araşdırma aparıldığı ehtimalını gücləndirir.

Xatırladaq ki, Vüqar Əsgərov 2023-cü ildə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə İnsan Resursları İdarəsinin rəisi təyin olunub. Bu baxımdan, onun komitə rəhbərliyinin etimad göstərdiyi kadr kimi dəyərləndirilir.

Məsələ ilə bağlı nə Dövlət Gömrük Komitəsi, nə də digər rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib. İddiaların nə dərəcədə əsaslı olduğu yalnız aidiyyatı orqanların rəsmi məlumatlarından sonra məlum olacaq. Qarşı tərəflərim mövqeyini işıqlandırmağa hazırıq.

"DİA-AZ"


Geri qayıt