Əsas Səhifə > Üst manşet / Güney Press > Şəkidə abadlıq işləri də BAMƏZƏDİR
Şəkidə abadlıq işləri də BAMƏZƏDİRBu gün, 06:40 |
2025-ci ildə Şəki şəhəri III MDB Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan, Türkmənistan və Özbəkistanın idmançıları bu yarışlarda iştirak edəcək. Şəhərin adını beynəlxalq arenada tanıtmaq fürsəti böyükdür. Amma gerçək vəziyyət ürəkaçan deyil.Şəki İcra Hakimiyyəti oyunlar öncəsi şəhərin bəzi bölgələrində abadlıq işləri aparmağa başlayıb. Amma burada bir problem var: abadlıq yalnız qonaqların marşrutu üzrə gedən yollar, idman kompleksləri və seçilmiş ərazilər üçün həyata keçirilir. Şəhərin digər küçələri, tarixi və mədəni məkanlar isə diqqətdən kənarda qalır. Çala-çuxurlu yollar, dağılmış parklar, köhnə və baxımsız binalar hələ də yerindədir.
Turistlər üçün bir neçə seçilmiş küçə, park və kompleks düzəldilir, amma şəhərin əsl problemləri hələ də həllini tapmayıb. Belə çıxır ki, Şəki İcra Hakimiyyəti yalnız “kameraya gözəl görünən” Şəki yaradır, amma şəhərin real sakinləri və gündəlik istifadəçiləri üçün heç bir irəliləyiş yoxdur. Seçicilərin, sakinlərin və turistlərin rahatlığı ikinci plana keçir, diqqət yalnız beynəlxalq tədbirin görüntüsünə yönəldilir. III MDB Oyunları Şəki üçün böyük şansdır, amma şəhər yalnız qonaqların marşrutunu abadlaşdırmaqla tarixi və mədəni potensialını tam ortaya qoymur. Seçicilər və sakinlər isə uzunmüddətli faydanı görmək üçün hələ də gözləməlidirlər. Bizimyol.info Geri qayıt |