Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvan "canişinliyinin" siyasi reallığı
Naxçıvan "canişinliyinin" siyasi reallığıBu gün, 07:54 |
Hər zaman Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə danışan İran dini liderinin sözçüsü Əli Əkbər Vilayəti “xan” əyyamında yenə gül ağzını açmış və ölkəmiz barədə bəzi fikirlər səsləndirmişdi. “Xan” sözçüləri də ona qoşulub fikirlərindən mənə qarşı istifadə edirdilər. Halbuki, Vilayətinin həmin çıxışında sətiraltı ifadələrlə İlham Əliyevə qarşı açıq eyhamlar var idi.
Açığı, mən o vaxt “xan” sözçülərinin Vilayətinin mesajını düzgün anlamadıqlarını düşünüb heç bir reaksiya vermədim. Bunu onların siyasi korluğuna yozdum.
Amma sonra nə oldu, bilirsiniz? “Xan” getdi, yenə “canişin” gəldi. İlk işi isə Vilayətinin könüllü təbliğatçılarına çevrilmiş həmin “siyasi korları” mükafatlandırmaq oldu. Özü də Naxçıvanın rəsmi media qurumlarının başına gətirməklə.
Mən indi bunu da anlayışla qarşılayıram. Atalar demişkən, “axsaq atın kor da nalbəndi olar”.
Heydər OĞUZ - "DİA-AZ"
Geri qayıt |