Əsas Səhifə > Üst manşet / Güney Press > `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR...
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR...Bu gün, 09:28 |
"Ağalar, cənablar, bəylər... bu "Siyəzənnfet" Neft Qaz Çıxartma İdarəsinin Ataçay sahəsi ərazisindəki təbii fəlakət zamanı dağılmış asfalt yolun körpüyə birləşən tərafini nə zaman bərpa edəcəksiz?" "DİA-AZ" xəbər verir ki, bunu SOCAR əməkdaşı Zamiq Əliyev öz müraciətində qeyd edir.
Narazı vətəndaş daha sonra bildirir: "Körpü dağılmayıb... qorxmayın... Sadəcə yolu sel aparıb və oranı doldurub bərkitmək lazımdır. Tullantı mişar daşlarını da gətirib töküblər yolun ortasına ki, yəni daha buradan əlinizi üzün... düzəlməyəcək, buradan üminizi kəsin yəni...
Biz işə gedib-gələndə bu körpüdən istifadə edirdik. İndi ərazidəki kanalın yanı ilə gedirik, Yağışlı günlərdə isə oradan da keçmək olmur.
Bu körpü Siyəzənnfet NQÇİ-nin ərazisindədir, onun inşa etməsi gərəkir. Məsələni diqqətdə saxlayın, lütfən...
Körpünü inşa edin, çünki yaxınlıqdakı Dərəzarat kəndinin sakinləri də bu körpüdən istifadə edirlər..."
Geri qayıt |