Əsas Səhifə > Üst manşet / Güney Press > Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI

Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI


Bu gün, 06:54

"Hər gün həkim çatışmazlığı haqqında deyirlər, danışırlar, hətta xüsusi proqram da hazırlanır, ancaq problem düzəlmir, əksinə daha da kəskinləşir..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Beynəlxalq göstərici olan hər 10min nəfərə düşən həkim sayına görə ölkəmiz Türkiyə və bəzi Avropa ölkələrindən üstündür.2025-ci ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 35300həkim , Türkiyədə isə həkimlərin sayı 233000 nəfərdir.
Deməli, hər 10 min nəfərə Azərbaycanda təxminən 35, Türkiyədə isə təxminən 29həkim düşür.Eyni zamanda həkimlərin 62 faizi Bakıda,yəni 22500-ə qədəri paytaxtda fəaliyyət göstərir.
Bu isə O deməkdir ki, bölgələrdə (O da Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan kimi nisbətən iri şəhərlərin hesabına) hər 10 min əhaliyə düşən həkimlərin sayı 15-35 arasında dəyişirsə, Bakıda bu rəqəm 80-90-a yaxındır.
Səhiyyədə buna Regional Uyğunsuzluq Sindromu deyirlər və bu təkcə həkim çatışmazlığı deyil, həm də sosial rifaha, iqtisadiyyata, təbii artıma mənfi təsir edən amildir. Bu nə təbii fəlakətdir,nə epidemiya, nə də zəlzələ, onu səhiyyənin idarəedilməsini aparan məmurlar yaradıb, xüsusilə TƏBİB -in köhnə rəhbərliyi. Buna nə ad vermək olar Əhalinin sayı 100 min olan Mingəçevirdə 392 həkim, 110min olan Gədəbəydə isə 62 həkim, Bakının qəsəbələrində TƏBİB rəhbərliyi dövründə həkim ştatlarının sayı fantastik surətdə artıb.
Biz demirik, deyə bilmirik və demək istəmirik ki, ginekoloqlar, plastik cərrahlar, radioloqlar, neonatoloqlar və s. sayı niyə normadan çoxdur...
Həkimlərin sayı ÜST tərəfindən təsdiq edilmiş normalara uyğun olaraq müəyyən edilir,məs bir sahə terapevtinə
1700-1800 böyük əhali, bir sahə pediatrlarına 800-900 uşaq əhali,10 min nəfərə bir təcili tibbi yardım briqadası, 3000-3500 15-49 yaşında olan qadın əhalisinə bir ginekoloq fəaliyyət göstərməlidir.
Amma sabiq TƏBİB rəhbərliyi bu normalara ştat cədvəllərində "rotasiya"qaydasında elə divan tutub ki, nəticələdə belə acınacaqlı mənzərə yaranıb. Hansı həkimlər çatışmır,kənd və qəsəbələrdə olan terapevt, pediatr,məntəqə və təcili tibbi yardım həkimləri, əsasən də Gədəbəy, Daşkəsən, Lerik,Yardımlı və digər rayonlarda. Əgər biz həkim çatışmazlığı problemini həll etmək istəyiriksə, Əmək Məcəlləsinin 70 "e" maddəsində dəyişiklik etməliyik. Bu maddəyə görə 65 yaşdan yuxarı işçilərə O cümlədən tibb işçilərinə çalışmanın yaş həddi üçün içinə xitam verilə bilər. Reallıqda əksər səhiyyə müəssisələrində bu maddəni "korrupsiya"ya çevirmişdilər. İndi isə bu yaş həddini. qanunvericilik səviyyəsində 70-ə qaldırmaq lazımdır ki, həmin həkimlər minnətsiz heç olmasa, rayonlarda işləyə bilsinlər.
Həkim çatışmazlığının obyektiv cəhətləri olduğu kimi, subyektiv cəhətləri də var.
Müşahidələrə görə həkim çatışmazlığı ən çox səriştəsiz idarəetmənin, korrupsiya və rüşvət çarxının "effektiv"işləməsinin "məhsuludur"..."

Geri qayıt