Əsas Səhifə > Üst manşet / Güney Press > Bura pul qoyan da peşman olur...

Bura pul qoyan da peşman olur...


Bu gün, 05:57

" "Bank of Baku"dan şikayətim var". "DİA-AZ" xəbər verir ki bu barədə"AZBank Klubu" sosial qrupundakı paylaşımında Artur Fərzəliyev adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Durduq yerə bu gün mobil tətbiqə girişimə məhdudiyyət qoyub və kartımda olan 1000 manata yaxın pula da həmçinin. O pulu ora qoymuşdum ki, güya 9% depozit gəliri gətirir, amma belə görürəm çox böyük səhv etdim. Operator qeyd etdi ki, 3-5 iş günü baxılacaq sorğuya, bu sadəcə gülünc və absurddur. 1 ci gün yaxınlaşacam banka, pulumun verilməsini tələb edəcəm və kartlarını da qırıb atacam, tətbiqi də siləcəm. 10 ildən çoxdur ki bank kartlarından aktiv istifadə edirəm, birinci dəfədir belə bir hörmətsizliklə üzləşmişəm..."


Geri qayıt