Əsas Səhifə > Üst manşet / Güney Press > "Bu artıq xidmət deyil..."
"Bu artıq xidmət deyil..."Bu gün, 00:46 |
|
"Temudan Postcargo.az vasitəsilə sifariş etmişəm. Rəsmi mesaj göndərilir: “24 saat ərzində çatdırılma həyata keçiriləcək”..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ünvanı təsdiqləmişəm, əlaqədə olmuşam.
24 saat keçir — nəticə sıfır.
Zəng edirəm:
— Niyə çatdırılmayıb?
Cavab: “dünən qeyri-iş günü idi”.
Sual: o zaman niyə 24 saatlıq öhdəlik barədə rəsmi mesaj göndərilir?
Daha sonra operator kobud şəkildə bildirir: “növbə ilə çatdıracağıq”. Yəni nə vaxt istəsələr.
Şirkətlə əlaqə saxlayıram (820 zəng vasitəsilə)— cavab daha “maraqlı”:
“bu bizim kuryer deyil, podratçıdır, biz məsuliyyət daşımırıq”.
Bu artıq xidmət deyil — bu, müştəriyə hörmətsizlik və öhdəliklərin açıq şəkildə pozulmasıdır.
Əgər siz şirkətin xidmətindən istifadə edirsinizsə — onun podratçısının kim olması sizin üçün əhəmiyyət daşımır.
Mən şirkətlə vasitəsi ilə sifariş verdim, “kənarda olan üçüncü şəxslərlə” yox.
Hamı bilsin: “bu bizim kuryer deyil” deməklə məsuliyyətdən qaçmaq olmur..."
Geri qayıt |