Əsas Səhifə > Üst manşet / Güney Press > Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİRBu gün, 03:05 |
|
"Gözəl sistem qurublar. Demək belə, övladım dövlət xətti ilə xaricdə magistr təhsili alıb. Onun təhsili ilə bağlı sənədləri göndərməliyəm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində jurnalist Aqil Mehdi Tağıyev qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Dövlət Xidməti haqlı olaraq deyir ki, sənədi, yəni diplomu Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq etdirib PDF formatında göndərin. Agentlik də deyir ki, diplomu, 250 manat pulu, Hərbi Bileti və Şəxsiyyət vəsiqəsi məlumatlarını bizə təqdim edin, təsdiqləyək.
Sual edirəm ki, hərbi xidmətdə olan adamın Hərbi Biletini və Şəxsiyyət vəsiqəsini mən haradan alım? Cavab belə oldu: "Daxil olursunuz onun mygov profilinə, oradan götürürsünüz".
Bəli, Agentlikdə işləyən xanım hələ bilmir ki, mən başqa bir adamın mygov profilinə girə bilmərəm. Hələ-hələ, dövlətin oxumağa göndərdiyi şəxsin bütün məlumatlarının onlarda olduğu halda, onun təhsilini başa vurub gəlməsini göstərən məlumatların onlarda olması halında, yenə kağız-kuğuz yığırlar. Yığışdıran də bu süründürməçiliyinizi. İstənilən bir dövlət orqanı bir düymə ilə vətəndaşın məlumatını görə bilir.
Bəlkə düz demirəm, hörmətli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi..."
Geri qayıt |