Əsas Səhifə > Üst manşet / Reklam / Güney Press > "Azərlotereya"da müəmmalı "qara dəlik"

"Azərlotereya"da müəmmalı "qara dəlik"


Bu gün, 06:14

“Azərlotereya” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilən "Hesabatlar" bölməsində qurumun ötən illər üzrə fəaliyyətini əks etdirən sənədlər təqdim olunsa da, son dövrlər üzrə məlumatlarda ciddi boşluq müşahidə edilir.

32gun.az yazır ki, Saytda 2024-cü il üzrə maliyyə hesabatı sonuncu rəsmi sənəd olaraq qeyd edilib və həmin tarixdən sonrakı fəaliyyət dövrlərinə dair heç bir yeni məlumat sistemə əlavə olunmayıb.

Şirkətin şəffaflıq göstəricisi sayılan bu bölmədə illik və rüblük nəticələrin yenilənməməsi diqqət çəkir.

Hazırda portalda yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur, lakin cari fəaliyyət dövrü üçün hesabatlılıq tamamilə dayanıb.


Geri qayıt