Əsas Səhifə > Üst manşet / Güney Press > Burda işçi hüququ BOŞ BİR NAĞILDIR

Burda işçi hüququ BOŞ BİR NAĞILDIR


Bu gün, 07:34

 "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəhbərliyi tərəfindən işçilərin məruz qaldığı hüquq pozuntusu və psixoloji təzyiq barədə məlumat vermək istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR Siyəzənneft NQÇİ-nin işçisi Zamiq Əliyevin Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bildirirəm ki, işəgötürən tərəfindən onlara təqdim olunan bildirişin (əmrin/xəbərdarlığın) məzmunu ilə razı olmadıqları üçün həmin sənədə imza atmaqdan imtina etmişlər. Buna cavab olaraq, idarə rəhbərliyi və ya müvafiq məsul şəxslər (kadrlar idarəsinin rəsi) tərəfindən onlara bildirilib ki, əgər bildirişə imza atmasalar belə bu, işdən azad olunmaqları üçün əsas sayılacaq və yaxın günlərdə işdən çıxarılacaqlar. Onlara alternativ iş də təklif edilmir...
Hesab edirəm ki, işəgötürənin bu xəbərdarlığı və hərəkətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyini kobud şəkildə pozur...
Bildiyiniz kimi qanunvericilikdə əmək müqaviləsinin ləğv edilməsi üçün konkret əsaslar göstərilib. İşçinin hər hansı sənədə imza atmaması və ya öz hüquqlarını müdafiə edərək etiraz bildirməsi işdənçıxarma üçün əsas deyil.
İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarının pozulmasına görə işəgötürən birbaşa inzibati məsuliyyət daşıyır.
İdarənin bu qanunsuz addımı işçilərin əmək hüquqlarını və sosial təminatlarını təhlükə altına qoyur. İmzadan imtina etmək onların qanuni hüquququdur və bu, işdən azad eilmək üçün əsas sayıla bilməz.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, onların hüquqlarının qorunması, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəhbərliyinə qanunvericiliyin tələblərinin xatırladılması və bu qanunsuzluğun qarşısının alınması üçün onlara hüquqi yardım göstərməyinizi, məsələni ictimailəşdirməyinizi və aidiyyatı qurumlar qarşısında məsələ qaldırmağınızı Sizdən xahiş edirəm.
İşçilərin vəziyyəti ağırdır aralarında onkolji xəsdə olan ailə başçısı olmayıb övladlarına təhsil verən xanım var bundan əlavə də hamsı bank krediti ödəyir və aliment ödənişi edən var..."

Geri qayıt