"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                 

KTN-nin subsidiyaları gecikdirməkdə məqsədi nədir? – Şəkili fermerlərdən İnam Kərimovun menyusuna
Tarix: 26-05-2021, 09:10 | Çap et
KTN-nin subsidiyaları gecikdirməkdə məqsədi nədir?
Şəki rayonunun Çayqaraqoyunlu, Turan və digər ətraf kəndlərindən çoxsaylı kənd təsərrüfatı məhsulları istehsalçıları (Məhəmməd Qurbanov və digərləri) ölkə Prezidentinə, Baş nazirə, Milli Məclis sədrinə, bir sıra millət vəkillərinə, hüquq-mühafizə və mərkəzi icra hakimiyyəti orqanlarına, partiya və KİV rəhbərlərinə ərizə ilə müraciət edərək, Kənd Təsərrüfatı Nazirliyini şikayət etmişlər. Fermerlər Nazirliyi dövlət başçısının təsdiqlədiyi kənd təsərrüfatı məhsulları istehsalçılarına stimullaşdırıcı subsidiyaların verilməsi qaydasında özbaşına dəyişikliklər etməkdə qınayırlar. Hesab edirlər ki, Nazirlik və onun yerlərdəki qurumlarının bu məsələdə etdikləri manipulyasiyalar korrupsiya məqsədi güdür:

BƏYAN EDİLMİŞ TORPAQLARIN AQROKİMYƏVİ ANALİZİNİN YARIM İL GECİKDİRİLMƏSİ KORRUPSİYA
MƏQSƏDİ DAŞIYIR

“Subsidiyaların verilməsi qaydasında görə, istehsalçı fermer kartına yüklənmiş vəsaitlərin 25 faizini nəğd, 75 faizini isə taxılın zərər vericilərinə, xəstəliklərinə qarşı mübarizə tədbirlərinə, məhsuldarlığın artırılması üçün gübrələrin
alınmasına sərf etməlidir. Kənd təsərrüfatından bir az məlumatı olanlar bilirlər ki, vaxtında taxılın xəstəlik və
zərərvericilərinə qarşı mübarizə aparılmazsa, məhsuldarlığın artırılması üçün mineral maddələrinə tələbatı vaxtında ödənilməzsə, məhsuldarlığa ciddi mənfi təsirləri qaçılmaz edir… İstehsalçılar səpilmiş payızlıq taxılın qaydalarına uyğun məlumatları (yəni, bəyanlarını) keçən il, 2020-ci ilin axırlarında veriblər. Nazirliyin bu sahədən anlayışı olmayan işçiləri “yuxudan gec ayılaraq” bəyanların monitorinqinə hələ indi başlayıblar. Halbuki, taxıl üçün monitorinqlər indiyə qədər qurtarmalı idi. Onların bu səhlənkar münasibəti taxıl istehsalına ciddi ziyan vurur, istehsalçıları iqtisadi cəhətdən acınacaqlı vəziyyətə salır. Nazirlik nəinki Prezidentin təsdiq etmiş olduğu subsidiya qaydalarına əməl edir, hətta həmin qaydalara özbaşına dəyişikliklər etməyə cürət tapır. Belə ki, qaydalarda nəzərdə tutulan işləri vaxtında görmək əvəzinə, əkinləri yoxlayıb qurtarmamış bildirirlər ki, torpaqlar analiz edilməsə, vəsaitlər verilməyəcək. Yəqin, torpağın aqrokimyəvi analizi barədə onlar kimdənsə eşidiblər, amma həmin işlərin hansı dövrdə aparılmalı olduğunu bilmirlər. Hazırda taxılın elə bir fazasıdır ki, torpaq analizlərinin indiki vaxtda aprılmasının fermerə bir faydası olmaz, əksinə, aldadıcı nəticələrin ortaya çıxması bu işlərə daha da zərbə vura bilər. Bunların yalnız bir məqsədi var: Dolayı yollarla istehsalçıları aldadıb, qorxudub pul qopartmaq”.

SUBSİDİYALAR HAQQINDA FƏRMANA DÜZƏLİŞ ETMƏ HÜQUQUNU PREZİDENT HEÇ KİMƏ VERMƏYİB

Fermerlər qeyd edirlər ki, Nazirliyin hər hansı əmr və təlimatları Prezidentin imzaladığı fərmandan üstün ola bilməz:
“Nazirlik tərəfindən istehsalçıya problem yaradılması azmış kimi, Milli Məclisdə subsidiyaların təyinatından kənar
istifadə edilməsi hallarında istehsalçıların cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmək təklif olunur və müzakirəyə çıxarılır. Gülünc məsələlər ortaya çıxır: 7-8 ay öncə Nazirlik tərəfindən istehsalçıların hesabına qanunla ödənilməli olan vəsaitlər hələ də fermerlərin kartlarına yüklənilmədiyi halda, istehsalçıların üzərinə
öhdəliklər qoymağa cəhd göstərilir. Halbuki, ölkənin ərzaq təhlükəsizliyinin təminində böyük önəm daşıyan taxıl
istehsalçılarına vəsaitləri vaxtında ödəmədiyinə görə Cinayət Məcəlləsində dəyişikliklər edilərək Nazirliyin üzərinə öhdəlik qoyulmalıdır. Yaxud, Nazirlik ictimaiyyət qarşısına çıxaraq Prezidentin tapşırıqlarına hansı müddətdə əməl ediləcəyinə dair öhdəliklər götürməlidir”. Hər dəfə Kənd Təsərrüfatı Nazirliyində rəhbər kadr dəyişikliyindən sonra yaranan ümidlərinin çox keçmədən boşa çıxdığını qeyd edən fermerlər xatırladırlar ki,əvvəllər subsidiyaların veriməsi mexanizmini istənilən vətəndaş izləyə bilirdi, amma indi ictimai nəzarətə dolayı məhdudiyyətlər qoyulub: “Çirkab içində olan, bütün işləri gizli aparan Nazirlik düzlükdən, şəffalıqdan dəm vurur. Bütün maliyyə məsələləri, subsidiya və digər yardımlar ictimaiyyətdən gizlədilir. Fermerlərə satılan texnika, gübrə və digər mal-materiallar yerindəki alış qiymətləri ilə deyil, əldən-ələ keçmiş son yüksək qiymətlərlə satılır. Məcburiyyətdən bu yükün altına girən fermerin ödəniş problemi yarandığı üçün müflisləşir. Nazirlik tərəfindən əvvəllər istənilən rayonun istənilən kəndinin əkin məlumatları internetə yüklənir, yalnış məlumatlar ictimaiyyət tərəfindən anında aşkarlanırdı…”
Şikayətçilər haqlı suallar ortaya qoyurlar: “ – Nazirliyin işçilərinin təkidlə tələb etdikləri torpaq analizlərinin taxılın boruya çıxma fazasında götürülməsinin nə mənası var?; – Əgər istehsalçı tərəfindən Nazirliyin köməyi olmadan səpin vaxtı və ondan sonrakı dövrlərdə sahələrə mineral gübrələr verilibsə, biçinə az qalmış nümunələrin götürülməsinin elmi izahını verə bilərlərmi?; – Taxılın indiki fazasında lazımi ehtiyaclar peşəkar istehsalçı tərəfindən ödənilmişsə, biçinə az qalmış analiz götürülməsinin nəticələri aldadıcı olmazmı?; – Subsidiyaların verilməsi qaydasında “hansı hallarda imtina edilməlidir” bəndində torpaq analizindən bəhs olunubmu?; – Nazirliyin günahı ucbatından vaxtsız olaraq torpaq analizi tələbinin qoyulması, onsuz da pandemiya və başqa səbəblərdən ağır durumda olan istehsalçıya qanunsuz olaraq subsidiyaların verilməməsi istehsalçının maddi durumunu daha da ağırlaşdırmırmı?; – İstehsalçı tərəfindən bəyan olunmuş əkinləri yoxlamaq üçün Nazirliyin 5-6 ay vaxt olub, indiyə qədər monitorinq aparmamalarını nə ilə izah edə bilərlər?..”

ÇƏYİRTGƏ İLƏ BAL ARISINI DƏYİŞİK SALAN “MÜTƏXƏSSİSLƏR”

Fermerlər həmçinin hal-hazırda taxıl zəmilərində müşahidə olunan pas xəstəlikləri ilə sirayətlənmənin minlərlə hektar taxıl zəmilərini məhv edə biləcəyindən narahatlıqlarını ifadə ediblər: “Subsidiyaların fermer kartlarına yüklənilməməsi səbəbindən istehsalçının bitki xəstəliyinə qarşı mübarizə apara bilməməsi taxıl zəmilərinin məhvinə gətirib çıxararsa, Nazirliyin məsuliyyət daşıdığını bilirlərmi? Bilirlərmi ki, onların iş bilməmələrinin əziyyətini ölkəni çörəklə təmin edən istehsalçılar çəkir? Nazirliyin çəyirtgə ilə bal arısını dəyişik salan “mütəxəssisləri” eşitdiklərini əzbərləməklə, yadda saxlamaqla sanki bu sahəni bilirlərmiş kimi görüntü yaratmaqda peşəkardırlar. Əgər ən yaxın zamanda istehsalçıların bu işlər üçün qanunla almalı olduqları vəsaitlər verilməzsə, gec də olsa mübarizə tdbirləri
aparılmazsa, geniş taxıl zəmiləri məhv ola bilər?” Şikayətçilər həmçinin işğaldan azad olunmuş torpaqlarda “Abad kənd” layihəsinin də belə məmurlara tapşırılacağı təqdirdə uğurlu alınmayacağından ehtiyatlandıqlarını bildiriblər və buna misal olaraq AKİA rəhbərinin bu yaxınlarda televiziyada başqalarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilən və sonradan onun özü tərəfindən korrektə edilən uğursuz çıxışını xatırladıblar.

“SÖZÜN BİTDİYİ YERDƏYİK”

Zəhmətkeşlər ölkənin ərzaq təhlükəsizliyinə zərbə vuran belələrinin illər ötdükdən sonra deyil, vaxtında
cəzalandırılmasının cəmiyyət tərəfindən müsbət qarşılanacağını düşünürlər: “Bəzi məmurlar tərəfindən edilən müraciətlərə baxmaq əvəzinə, gah məktubların onlara çatmadığını, gah da ictimaiyyətə sanki qurumlarda olan “5-ci kalon” adında kimlərinsə mane olduğu fikirlərini sızdırırlır. Başa düşmürük, birdəfəlik məktublara əngəl yaradan səbəbləri, yaxud bəhanələri aradan qaldırmaq olmazmı? “5-ci kalon” deyiləndə bizlər kimlərin nəzərdə tutulduğunu bilmirik, deyilənlərə də artıq inanmaq istəmirik. Onlar (nəzərdə tutulan kimlərsə) Prezident Aparatından tutmuş bütün aidiyyəti qurum rəhbərlərinin hamsına təsir göstərirlər ki, edilən müraciətlərə diqqət yetirilməsin? Müraciətlərimizdə çox ciddi məsələlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlətin ərzaq təhlükəsizliyinə yaratmış olduğu təhlükələrdən, cənab Prezidentin imzaladığı sənədlərə düzəliş etmə cəhdlərindən bəhs etməyimizə baxmayaraq, heç bir reaksiya verilməmişdir. Aidiyyəti bütün rəhbər şəxslərin yanaşmalarından bu qənaətə gəlmək olar ki, sözün bitdiyi yerdəyik. Müraciətimizdə aidiyyati rəhbər şəxslərə bir yolumuz qaldığını xatırladaraq, Nazirliyin bizlərə yaratdığı qanunsuz problemlərə göz yumduğunuz üçün YAP sıralarından istefa vermək istədiyimizi bildiririk. Gec, ya tez bir məmur yaxınının zəhmətkeşlərə yaratdığı problemlərin fərqinə varacaqsınız. Son illərdə bir çox iyrəncliklərin şahidi olmuşuq. Birilərinin qanunsuzluqları ilə bağlı müraciət etməkdən yorulursan, reaksiya verən olmur, di gəl, biriləri haqqında tədbir görülən andan həmin adamlara qarşı münasibətlər kəskin dəyişir”.
Müraciətin acı da olsa, gülüş doğuran bir məqamı da diqqəti çəkir: Fermerlər yazırlar ki, KTN-nin işçiləri onlara bunca böyük ziyanla ötüşə biləcək pul tələsu qurmaqdansa, dəmir qutu qoyaraq nəzir toplasaydılar, ürəyi təmiz sadə
əməksevər insanlar könüllü olaraq onların istədikləri vəsaitləri ianə edərdilər. Kənd Təsərrüfatı nazirinə ünvanlanan bu tövsiyə adamın yadına Seyfəddin Dağlının “Ölüm ayağında gülüş” hekayəsini salır.

MİNLƏRLƏ HEKTAR TAXIL ZƏMİLƏRI MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDIR

Ölkə başçısına xitabən yazılmış müraciət belə yekunlaşır: “Möhtərəm cənab Prezident!
Regionlarda Sizin rəhbərliyinizlə keçirilən iclasların nəticələrindən məmurlar özləri üçün bir dərs çıxarmalıdırlar. Sabirabad rayonunda keçirilən müşavirədə məhsuldarlığa mənfi təsir göstərən 5 (beş) əsas səbəblərə toxunaraq aidiyyatı qurumlara iradlar bildirdiniz. Həmin tədbir televiziya ilə işıqlandırılırdı. Səsləndirilən səbəblər hamısı Kənd Təsərrüfatı Nazirliyinin funksiyalarına aid məsələlər idi. O vaxt nazir işləyən H.Əsədov sadalanan nöqsanları bunlara aidiyyəti olmamış görüntüsü yaratmağa çalışaraq yan-yörəsinə baxıb həmişə olduğu kimi günahkar axtarmağa çalışırdı. Həmin limit qurtardığı üçün nöqsanları kimlərinsə üzərinə atmaq cəhdləri baş tutmadı. Digər tədbir Qax şəhərində keçirilmişdir. Həmin tədbirdə Qax rayonu ilə Şəki rayonunun məhsuldarlığını müqayisə edərək iradlarınızı bildirdiniz. Biz istehsalçılar hesab edirik ki, toxunulnuş nöqsanlar şikayətimizdə göstərdiyimiz Kənd Təsərrüfatı Nazirliyinin əsassız yaratmış olduğu problemlərdən qaynaqlanır. Biz istehsalçıları bir sual ciddi düşündürür və inanırıq ki, ölkədə bu suallar çoxlarını düşündürür: Büdcəyə daxil olmaların azaldığı bir vaxtdda istehsalçılara ancaq problem yaradan və büdcəyə mənasız yükə çevrilən bu quruma ehtiyac varmı? Yaxşı olmazmı ki, ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri olan kənd təsərrüfatının inkişafı məsələləriylə də Nazirlər Kabineti özü,
yaxud da İqtisadiyyat Nazirliyi məşğul olsun? Bir neçə illərdir ki, yaradılan problemlərlə bağlı çoxsaylı müraciətlər
edirik. Lakin bir faydası olmur. Ona görə faydası olmur ki, müraciət etdiyimiz məmurlar və onların işçiləri bizlərin
müraciətlərindən öz məqsədləri üçün istifadə edirlər. Bizim müraciətlər həmin şəxslərə Nazirliyi təsir altına salmaqda
yardımçı olur. Elə buna görədə istehsalçıların problemləri həll olunmamış qalır və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı vermiş olduğunuz tapşırıqlar arxa plana keçir.
Möhtərəm cənab Prezident!
Minlərlə hektar taxıl zəmiləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı bu problemlərin aradan qaldırılmasında bizə köməklik göstərməyinizi, subsidiyaların tezliklə verilməsi məsələsinin həllinə yardımçı olmağınızı Sizdən xahiş edirik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru