Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                 

"Mən bu haqda danışmağa başlasam, ciddiyə almayacaqsınız"
Tarix: 18-12-2020, 08:40 | Çap et
"Mən bu haqda danışmağa başlasam, ciddiyə almayacaqsınız"
Sputnik Azərbaycan-ın qonağı Mehriban Xanlarovadır. O, 1967-ci il avqustun 12-də doğulub. 1998-ci ildən Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası kimi çalışır. Respublikanın Əməkdar artisti, dövlət mükafatçısıdır.

- Mehriban xanım, İncəsənət Universitetində müəlliminiz Məlik Dadaşov olub. Onunla bağlı bir xatirənizi bölüşə bilərsiniz?

- 1986-cı ildə İncəsənət Universitetində oxuyurdum və mənə dedilər ki, müəllimin Məlik Dadaşov olacaq. Ümumiyətlə, o dövrlə indiki tələbəlik illəri tamam başqadır. O, öz sənətinin vurğunu olduğu kimi, bizə də bunu öyrədirdi. Məsələn, onun dərsinə gecikə bilməzdik, bircə mən gecikmişəm bir dəfə. Onda da məni qapı arxasında saxlamışdı, mən də “baş üstə” demişdim. Ondan öyrəndiyimiz çox şeylər var. Görün necə xoşbəxtdir ki, elə səhnədə də dünyasını dəyişdi.

- Siz həm teatr, həm də kino aktrisasısınız. Azərbaycanda teatr və kinonun hansı problemləri var? Nədir Azərbaycan teatr və kinosunun dünya səhnəsinə çıxmamasına səbəb?

- Hər zaman mən deyirəm ki, mənim tək danışmağımla olmur, güc birlikdədir. Mən bu haqda danışmağa başlasam, ciddiyə almayacaqsınız, çünkü hər zaman mənim sözlərim şişirdilərək meydana çıxıb. Bu gün də, başımı da kəssələr, mən sözümü deyəcəyəm. Mən instituta təzə daxil olanda artıq baş rol oynayırdım. Kinostudiyanın o isti yuvası vardı mənim üçün, bu gün o yuvanı hələ də axtarıram. Əvvəllər çox isti münasibət vardı, bu gün isə yoxdur. Baxırıq da seriallara, pul xatirinə çəkilirlər. Səhnədə olarkən təbii olmaq, hiss etmək şərtdir. Mən bu gün çəkilişdə olanda can qoyuram, mən ağlayanda gözümdən gələn yaş içimdən gəlməlidir. Adi bir yıxılma səhnəsində belə o ağrını əgər mən hiss eləsəm, siz də hiss edəcəksiniz. Məsələn, yadınızdadırsa, Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində - Allah Nuriyyəyə rəhmət eləsin, Kəmaləyə də can sağlığı versin. Demək istəyirəm ki, filmi Riqaya aparıblar, baxıblar orada, soruşublar ki, bunlar, həqiqətən, Azərbaycan aktrisalarıdır? Yəni o qədər bəyənilib. Kaş Şahmar indi sağ olaydı, mənim haqqımda da çoxlu planları var idi. Məni at belində görürdü, bandit görürdü, oğru kimi görürdü... Amma mən demişəm və deyəcəyəm də, mənim bu gün olduğum yerə gəlməyimdə Şahmar çox böyük rol oynayıb.

- Deyirsiniz ki, pulsuzluqdan hamı gəlib kinoya, seriala çəkilmək istəyir. Niyə aktyorun pulu yoxdur? Niyə aktyor kinoya, seriala çəkilib çox ucuz qiymətə əməyini satır? Bu, böyüklərin problemidir?

- Bəli. Balıq başdan iylənir. Rejissorla oturub danışanda deyir, dost-tanışdır və s. Amma mağazaya gedəndə dost-tanış adı çəkə bimirik ki. Deyirlər ki, xaricdə qonorar belə verilir. Mən özüm xaricdə olanda, aktrisa olduğumu öyrənəndə elə zənn edirlər ki, qazancımız çoxdur. Amma yenə də şükür, mən Prezidentimizdən razıyam. Aylıq qazancımız da artıb, lakin belə baxanda hər hansısa bir gənc aktyorla mənim maaşım eynidir. Olsun, amma mənim fikrimcə, xalq artisti, əməkdar artist və yeni aktyorların qazancları fərqlənməlidir. Sənəti sevmək lazımdır, ona dırnaqarası yanaşmaq lazım deyil. Əgər sənətə bu şəkildə gəlib hansısa istedadlı artistin yerini tutacaqsansa, bu, lazım deyil. Süpürgəçi obrazı, kisəçi obrazları da istisna edilməməlidir, bunları da peşəkarcasına oynamaq lazımdır. Mən o süpürgəçinin çəkdiyi əziyyəti əks elətdirə bilməliyəm.

- Hal-hazırda pandemiya ilə əlaqədar teatrlar fəaliyyətini dayandırıb. Teatr üçün darıxırsınız?

- O gün səngərə getmişdik. İnanın, qayıdanda teatrın qapısını, divarını öpdüm. Mən əvvəllər bütün gün teatrda olurdum, bilmirəm, məlumatlısınız, ya yox, Yeni il şənliklərində, Novruz bayramlarında daim seanslarda oynayırdım. İndi hər gün dua edirəm ki, bu bəlalar tezliklə aradan qalxsın.

- Bu pandemiyanın hər nə qədər mənfi cəhətləri olsa da, müsbət cəhətləri də var. Xüsusilə də sənət adamları üçün. Onlar üçün bu, mövzudur, emosional bazadır. Bu baxımdan pandemiyadan bəhrələnə bildiniz və ya öz-özünüzlə tək qalıb yeni rollar işləyə bildinizmi? Sizin üçün müsbət cəhəti oldumu?

- Pandemiya dövründə Oksana xanımla birgə 24 seriyalıq “Yalan həqiqət” serialına çəkildik. Mən Oksana xanımın qaynanası rolunu oynayıram. Maraqlı mövzudur. Mən həmişə hər şeyi buraxıram tamaşaçının özünə, mən inanıram ki, yaxşı serial olacaq. Pandemiya dövründə o qədər problem yaranırdı ki.. Bu dövr mənə elə gəlir ki, soyuqluğa səbəb olur axı.

- Axı sənət adamı üçün soyuqluq da mövzudur.

- Ümumiyətlə, teatr insanları ilə artıq, demək olar, ancaq yas mərasimlərində qarşılaşırıq. Yayda isə belə deyildi, nisbətən ara-sıra görüşüb yığışırdıq. Bu yaxınlarda eşitdim Ramiz Novruzov, deyəsən, bir az rahatsızlanıb. Rəşid Səməndər intihar edib. Eşitdim, Səfurə İbrahimova huşsuz halda tapılıb. Mən o cür sənətkarın qarşısında baş əyirəm. Mən, əlimdə olsa, indi gedərdim, ziyarət edərdim. Mən elə bir insanam ki, heç kəsə pis gün arzulamıram və həmişə çalışıram ki, dar günlərində adamların yanında olum.

- Pandemiyadan əvvəl repertuarınızda hansı tamaşalar var idi?

- “Manqurt”, “Yaşar”, ”Ah, bu uzun sevda”, “Yeni il şənlikləri” var idi. Lakin ən çox Gürcüstanda qalibiyyət qazanan Nayman ana obrazını sevirəm. Qırğızıstanda 600 nəfərlik zalın dolması, o qalibiyyət hər kəsə nəsib olmur.

- Son zamanlar efirlərdə görünmürsünüz. Buna səbəb nədir?

- Məni bu müharibə başlayandan dəfələrlə çağırıblar efirə, lakin getmirdim. Əsasən şəhidlərə görə getmirdim efirlərə, əlimi atıb bəzənməyə həvəsim də yoxdur. Çoxu reklam xatirinə efirə çıxır. Amma kimin nə etdiyini hamı görür.

- Söhbət üçün təşəkkür edirik, Mehriban xanım.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru