“Kimsə özünü o əsgərə borclu bilirsə, əlindən gələni reklamsız etsin...”
Tarix: 23-12-2020, 18:05 | Çap et
 Yazıçı Orxan Fikrətoğlu iki mövzuyla bağlı fikirlərini bizimlə bölüşüb.
O.Fikrətoğlu Moderator.az-a açıqlamasında ilk öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın “İnterfaks” agentliyinin redaksiya heyətinin qərarı ilə 2020-ci ilin “ən uğursuz siyasətçisi” seçilməsi məsələsinə toxunub:
“Paşinyanın siyasi fəaliyyəti və özü düşünürəm ki, hələ uzun müddət müzakirə olunmalı məsələdir. Əslində Paşinyanın hakimiyyətə gəlməsi bu və ya digər formada Azərbaycanın xeyrinə oldu, çünki Paşinyan bilmirəm Ermənistan cəmiyyətinin neçə faizinin fikrini, siyasi ideyasını daşıyır, bununla belə o, Ermənistan təfəkkürünün bir xətti idi və bu xətt Rusiyanın təsiri altında yaşamaq istəmirdi. Bu reallıq təbii ki, Azərbaycana öz əraziləri olan Dağlıq Qarabağ ərazilərini işğaldan azad etmək üçün çox münbit bir şərait yaratdı. Təbii ki, Rusiyanın istənilən informasiya agentliyi Paşinyanı uğursuz siyasətçi adlandıra bilər. Düşünürəm ki, əgər həqiqətən də Paşinyan Türkiyə və Azərbaycanla sərhədləri açıb iqtisadi zəmində yaxınlaşmaq istəyirsə, o, Ermənistan siyasəti üçün həqiqətən də tapılmış bir siyasətçidir. Çünki xüsusilə Kilsədən idarə olunan və “Böyük Ermənistan” yalanıyla yaşayan erməni təfəkkürü o kiçik zehniyyatlarında qarşılarına qoyduqları məqsədi heç vaxt icra edə bilməyəcəklər. Bu xəstə zehniyyat nəinki Ermənistanın özünü, o cümlədən Cənubi Qafqazı iflic vəziyyətinə salır. Amma Paşinyan kimi siyasətçi düşünürəm ki, əlbəttə, Avropadan qaynaqlanır və bununla belə bir real təfəkkür olaraq o, Türkiyə-Azərbaycan sərhədlərini aça biləcəksə, (təbii ki, ona bunu etməyə icazə verməyəcəklər) onda Cənubi Qafqaz sülh şəraitində yaşaya bilər. Amma bununla belə bizim Paşinyana münasibətimiz necədir? Məsələn, bizim, şəxsən mən Orxan Fikrətoğlu üçün yaxşı erməni yoxdur, çünki tarix boyu erməni zehniyyatı ancaq bizim ərazilərdə, bizim ruhaniyyatı, coğrafiyanı, tarixi mənimsəməklə məşğul olub. Bir balaca biz və Türkiyə bölgədə zəifləsə, onlar yenə də öz siyasətlərini həyata keçirəcəklər. Bu birmənalıdır. Ona görə də Azərbaycanın kondeksində istər Sarkisyan, istər Köçəryan, istərsə də Paşinyan olsun, bunlar ümumiyyətlə, siyasətçi yox, işğalçıdır. Onlar Azərbaycan xalqının tarixinə təcavüz edən bir iş adamları, buyruq qullarıdır. Rusiya prizmasından əlbəttə, Paşinyan məğlub siyasətçidir. Amma Azərbaycan üçün bunun fərqi yoxdur. Amma bununla belə Paşinyanın əli qana bulaşmış Sarkisyan və Köçəryandan fərqli olaraq müəyyən mənada müsbət tərəfləri var, çünki o, o qədər də ağıllı adam deyil, siyasəti bilmir. İstəkləri populist olsa da, sonda xeyirlidir. Amma Paşinyanın hakimiyyətdə qalması Türkiyə üçün də maraqlıdır. Çünki Paşinyan müəyyən qədər müstəqil fikir söyləyə bilir. Amma buna qədər Köçəryan və Sarkisyan danışıqlar ərəfəsində qaçıb gizlənmişdilər. Yəni onlar o dərəcədə Rusiyadan asılı siyasətçilərdir”.
O.Fikrətoğlu soz zamanlar qəhrəman Azərbaycan əsgəri haqda başladılan qarayaxma kampaniyası məsələsinə də toxunub:
“Məni ən çox narahat edən mərd, qalib Azərbaycan əsgərinə qarşı olan, özünü peşəkar adlandıran qeyri-peşəkar mediada və sosial şəbəkələrdəki münasibətdir. Azərbaycan əsgəri qalibdir, mərddir, heç bir təmənna ummadan torpaqlarını azad edib. Azərbaycan əsgərinə heç kim vəd etməmişdi ki, sənə maşın, ev verəcəm, kreditlərini siləcəm və sən də get Qarabağı al. Azərbaycan əsgəri özü mərdcəsinə sadəcə torpaqlarını azad edirdi və bunu etdi də. İndi yeni bir tendensiya yaranıb və bunu kim idarə edir, bilmirəm. Düşünürəm ki, mərd Azərbaycan əsgəri titulunu gözdən salmaq üçündür bu kampaniya. Xüsusi sloqanlar yayılır, sosial şəbəkələrdəki görüntülərdə Azərbaycan əsgərinin şikayət etdiyi deyilir, növbdə durur. Düşünürəm ki, ümumiyyətlə, bu gündəmdən çıxarılmalıdır. Əgər dövlət öz əsgərini sosial təminat zəmnində müdafiə etmək istəyirsə, dövlətin özü də bunu reklamsız etməlidir. Bu dövlətin borcudur və bunu etməlidir. Əgər vətəndaşlarımız da belə bir təşəbbüslə çıxış etmək istəyirlərsə, onlar da bunu reklam etməməlidir. Çünki o əsgərin şücaəti, qəhrəmanlığı çatıb Şuşanı işğaldan azad edibsə, kiminsə buna şücaəti çatmayıbsa, könüllü olaraq özünü o, əsgərə borclu bilirsə, mütləq əlindən nə gəlirsə, əsgər üçün etsin, amma bunu reklam edib özünü gündəmə gətirməsin”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54 |
|
|
|
| • "İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52 |
|
|
|
| • İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21 |
|
|
|
| • "Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27 |
|
|
|
| • Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23 |
|
|
|
| • İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04 |
|
|
|
| • Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41 |
|
|
|
| • Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37 |
|
|
|
| • Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33 |
|
|
|
| • "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29 |
|
|
|
| • Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26 |
|
|
|
| • "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22 |
|
|
|
| • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09 |
|
|
|
| • Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55 |
|
|
|
| • ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52 |
|
|
|
| • Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39 |
|
|
|
| • “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37 |
|
|
|
| • AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36 |
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Dünən, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Dünən, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Dünən, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Dünən, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Dünən, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 12:48 |
|
|
|
|