İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                 

"Pandemiya teatr yaradıcılığına böyük zərbə vurdu"
Tarix: 15-01-2021, 08:34 | Çap et
 "Pandemiya teatr yaradıcılığına böyük zərbə vurdu"
Artıq bir ildir ki, dünya pandemiya bəlasının törətdiyi fəsadlarla üz-üzə qalıb. Demək olar ki, bütün dünya ölkələrində hər bir sahədə tənəzzül, durğunluq yaşanır. Onlardan biri də mədəniyyət sahəsidir. Azərbaycanda da teatrlar 10 aya yaxındır ki, fəaliyyətini dayandırıb. Bu müddət ərzində bir sıra teatrlar tamaşalarını onlayn şəkildə təqdim etməyə çalışdı. Bəs bu tamaşalar nə dərəcədə keyfiyyətli təqdim olundu, izləyici rəğbəti qazana bildi? Ümumiyyətlə, pandemiya teatr və aktyor yaradıcılığına necə təsir etdi?

Bu və digər suallara cavab tapmaq üçün teatr mütəxəssislərinin rəyini öyrənməyə çalışdıq.

Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: "Pandemiya bütün sahələr kimi teatra, onun inkişafına, yaradıcılığına da böyük zərbə vurdu. Aktyorlar demək olar ki, yaradıcılıq fəaliyyətlərindən qaldılar. Yalnız bir sıra aktyorlar seriallarda görünür, onların da sayı çox deyil. Pandemiyaya qədər xeyli sayda hazırlanacaq tamaşalar var idi. Aktyorlar çox həvəsli idilər. Bilirsiniz ki, aktyorun ən böyük istəyi səhnədə olmaqdır. Lakin bir aktyor kimi bu istəkdən məhrumuq. Yenə də ümidlə yaşayırıq ki, inşallah, pandemiya bitəcək. Onda bizim üzərimizə çox böyük məsulyyət düşəcək. Çünki bir il teatrın fəaliyyətsiz qalması 10 ilə bərabərdir.

Bu 10 ilin yükü çiynimizdə olacaq. Təki olsun, biz buna razıyıq. Qeyd edim ki, çox gözəl “İstintaq” tamaşasını hazırlayırdıq. Demək olar ki, onun son məşqləri gedirdi. İnşallah ki, tezliklə onun məşqlərini bərpa edəcəyik və tamaşaçılara təqdim edəcəyk. Deyim ki, bu, çox fərqli tamaşadır. Tamaşadakı rolum da fərqlidir. Mən bu cür rolları Sumqayıt, Lənkəran teatrlarında çox oynamışam. Tamaşaçı məni ciddi rolda o qədər də görməyib. Bu baxımdan tamaşaçılar üçün də maraqlı olacaq. Həmçinin deyə bilərəm ki, təqdim edəcəyimiz repertuarda çox gözəl tamaşalar var, hansı ki, Musiqili Teatrda bu cür tamaşalar olmayıb. Beləliklə, inam və ümidlə tamaşalarımızı yenidən təqdim edəcəyimizi gözləyirik".

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva: "Aktyor səhnəsiz demək olar ki, qanadsız bir quşdur. Beləliklə, aktyor teatrsız yaşaya bilmir. Teatr onun ücün bir məbədgahdır, onun ruhunun qidasıdır. Məlum olduğu kimi, indi dünyanın bir sıra ölkələrində teatr az tamaşaçı ilə fəaliyyətinə davam etməyə başlayıb. Bu, tamaşaçılar üçün də sevindirici haldır. Bizdə də teatrların bu metodla fəaliyyət göstərməsinə şərait yaradılsa çox gözəl olardı. Müharibə, pandemiya insanlarda psixoloji gərginlik yaradıb, insanlar gəlib mənəvi rahatlıq tapa bilərlər. Çünki tamaşacılar tamaşaya baxandan sonra hər zaman bu cür söyləyirdilər".

Xalq artisti Firəngiz Mütəllimova səbirsizliklə teatrların açılmasını gözlədiyini qeyd edib: "Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm. Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür. Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Elçin İmanov da qeyd etdi ki, pandemiya teatr yaradıcılığına çox ağır zərbə vurub: "Ömrümün demək olar ki, 31-32 ili teatrla bağlıdır. Təxminən 18-19 yaşımdan teatra gəlmişəm və bu günə qədər də teatrdayam. Teatrla nəfəs alan insan üçün pandemiya dövrü çox böyük, ağır işgəncəli dövr oldu. Allah bu bəlanı tezliklə üzərimizdən çəksin və nəhayət ki, biz aktyorlar öz doğma evimizə qovuşaq. Artıq hər şey çox darıxdırıcıdır. Əlbəttə ki, aktyor, yaradıcı insan işləməyəndə “pas atır”. Necə ki, dəmir işləndikcə daha parıltılı olur. “Pas atmaq” istəməyən sənətkarlarımız çoxdur. Bu baxımdan hər kəs mümkün qədər yaradıcılıqdan uzaq düşməməyə çalışır. Mən də çalışmışam ki, bu dövrdə zamanımı səmərəli istifadə edim. Bu müddət ərzində bir neçə ssenari, tamaşa üzərində işləmişəm. Deyə bilərəm ki, film ssenarilərim də var. Pandemiyadan sonra bu planlarımı həyata keçirməyi düşünürəm. Bir daha qeyd edirəm ki, səhnədən uzaq qalmaq aktyor üçün böyük işgəncə, faciədir. Bununla belə, 10 gün, 1 ay kifayət edər ki, aktyor öz işinə yenidən adaptasiya olunsun. Bu, o qədər də qorxulu deyil. İnşallah ki, hər bir problemin öhdəsindən gələrik".

Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianist konsertmeystri, əməkdar artist Nərgiz Əliyeva deyir: "Pandemiya dövründə xeyli sayda peşəkar aktrisa və aktyorlarımızı itirdik. Onlar sanki uzun müddət səhnədən uzaq qalmağa dözə bilmədilər. Bir ildir ki, bütün teatrlar, o cümlədən Opera və Balet Teatrı bağlanıb, fəaliyyətini dayandırıb. Düşünürəm ki, artıq haradansa başlamaq lazımdır ki, teatrlarımızı qoruyub saxlayaq. Hesab edirəm ki, az sayda tamaşaçı ilə teatrların fəaliyyətinə icazə vermək olar. Bütün dünyada artıq bu proseslər başladılıb, bir tək bizdə səssizlikdir".

Pandemiya dövründə teatrların fəaliyyətinə gəldikdə isə teatrşünas Xəyalə Rəis qeyd edir ki, pandemiya dönəmi Azərbaycan mədəniyyətinin, xüsusən də film və teatrımızın bir sınaq müddəti hesab edildi: “Bir il ərzində biz teatra getmədik, tamaşaları izləmədik. Nə itirdik? Bu sualın cavabını fərd olaraq hər birimiz özümüzə ünvanlamalıyıq. Əlbət ki, pandemiya bitdikdən sonra teatrlar əvvəlki repertuarlarında olan tamaşalarla tamaşaçıları cəlb edə bilməyəcəklər. Çünki artıq yeni bir dönəmdir və bu dönəmdə o repertuarla tamaşaçını teatra cəlb etmək çətin məsələ olacaq. Pandemiya bizə Azərbaycan mədəniyyətində yeni islahatların vacibliyini göstərdi. Eyni zamanda yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirildi. Pandemiya dönəmində teatrların fəaliyyətini dayandırması ən ideal vasitə idi. İnsanların qorunması və özünü qoruması üçün kütləvi tədbirlərin təşkil edilməsi qadağan edildi. Bu bütün dünyada belədir. Sentyabrda ara məsafələr qorunmaqla Türkiyədə, Rusiyada və Avropada teatrlar fəaliyyətə başlasa da pandemiyanın ikinci dalğasında da onlar da fəaliyyətini dayandırmağa məcbur oldu. Bir ilə yaxındır ki, dünya və yerli teatrlarımız onlayn şəkildə fəaliyyət göstərirlər. Teatr canlı sənət növüdür, onun onlayn şəkildə fəaliyyəti istənilən halda qəbulolunmazdır. Lakin xarici ölkələrdə tamaşalar peşəkar avadanlıqlar, kamera ilə çəkilib. Tamaşanı izlədikdə elə hesab edirsiniz ki, teatrda oturub, tamaşanı izləyirsiniz. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Telefonla, qeyri - peşəkar şəkildə çəkilmiş tamaşalara aktyorların özləri belə baxmırlar. Bu barədə kifayət qədər deyildi, yazıldı”.

Teatrşünas pandemiya dönəmində Azərbaycan teatrlarında bir çox boşluqların olduğunu ortaya çıxardığını vurğuladı: “Hansı ki, zamanında bu tamaşalar lentə alınmalı, arxivdə saxlanılmalı idi. Bunun üçün peşəkar kadrlar cəlb olunmalı və bu problem zamanda həll edilməli idi. Görünür, dövlət tərəfindən teatrlarımıza ayrılan büdcələr direktorlar tərəfindən qarşısına qeyd qoymaq üçün istifadə edilib və ortada həvəskar şəkildə çəkilən tamaşalardan başqa heç nə yoxdur. Hazırda yeni mədəniyyət naziri təyin edilib və ona ümidimiz böyükdür. Hesab edirik ki, yaxın zaman ərzində bu problemlər öz həllini tapar. Çünki bu şəkildə bir az da davam etsə teatrlarda oynamaq üçün aktyor heyəti tapılmayacaq. Aktyorlar artıq elastikliyini, plastikasını itirirlər. Onları yenidən bərpa etmək bir qədər çətin olacaq. Bir ildir səhnəyə çıxmayan aktyorların psixoloji durumu, yaradıcılıq fəaliyyəti həyəcan təbili çalır”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi karantin günlərində teatrın fəaliyyəti ilə bağlı bildirib: "Son günlərdə yaşadığımız problemlərə görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi də fəaliyyətini onlayn davam etdirir. Teatrımızın daima aktiv olan "Facebook", “İnstaqram” və “YouTube” hesabları var və müvəqqəti olaraq tamaşaçılarımızla bu sosial şəbəkələrimizdəki hesablarımız vasitəsilə görüşürük".

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı təmsil etdiyi teatrın karantin dövründəki fəaliyyəti haqqında qeyd etdi: "Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrı tamaşaları onlayn nümayiş etdirdi. Əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “Facebook” sosial şəbəkəsində, “YouTube”da, və “Azdrama.az” saytında təqdim olunan səhnə əsərlərinə böyük maraq müşahidə etdik. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər, Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənildi. Hər ay 20-dən artıq tamaşa nümayiş olunub. Bura teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış “Almaz”, “Cəhənnəm sakinləri”, “Sinif yoldaşları”, “Müfəttiş”, “Qətibə İnanc”, “Şah Qacar”, “Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı, vaxtilə böyük uğurla nümayiş olunan “Aydın”, “Köhnə ev”, “Özümüzü kəsən qılınc”, “Mənim ərim dəlidir”, “Mesenat”, “Generalın son əmri”, “Uçqun” və başqa tamaşalar daxil edildi. Tamaşalarımız rus və ingilis dillərində subtitrlə təqdim edilib".

Cavid Zeynallı bildirib ki, Akademik Milli Dram Teatrının onlayn fəaliyyəti yenə davam edir: "Artıq yanvar ayı üçün müəyyən edilmiş tamaşalar qeyd etdiyim platformalarda nümayiş etdirilir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru