Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                 

“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"
Tarix: 26-01-2021, 10:48 | Çap et
“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"
Ötən həftə əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşa şəhərini ziyarət ediblər. Məşhur şuşalılar Bülbülün ev muzeyində olub, “Güllələnmiş heykəllər”i ziyarət edib, məsciddə birgə dualar ediblər.

Xalq artisti Fərhad Bədəlbəyli Şuşada yaşadığı təəssüratları “Yeni Müsavat”la bölüşüb:

“Biz Şuşaya gedərkən Füzuli rayonundan keçirdik. Orada bütün kəndlər darmadağın olmuşdu, heç bir dənə də olsun sağ bina görə bilmədik. Bu bizə çox pis təsir elədi. Sanki bir kino idi, hələ belə şey görməmişəm. Doğrudur, televiziyada işğaldan azad olunmuş ərazilərdəki dağıntıları görürdüm, lakin bunu öz gözünlə görəndə insan dəhşətə gəlir.

Təsəvvür edin, hər yerdə, yolun sağında, solunda minaların olması ilə bağlı xəbərdarlıqlar yerləşdirilib. Ermənilər hələ də bizə minaların yerini demirlər. Neçə il lazımdır ki, bu torpaqları təmizləyək...

Şuşa postuna qədər bizi sülhməramlılar və öz əsgərlərimiz ötürdü. Əsgərlərimiz bizi səmimi salamlayırdılar. Biz onlar üçün corab, papaq, əlcək, siqaret aparmışdıq. Yəni maşınlarımızı nə qədər mümkün idisə doldurmuşduq... “

Fərhad Bədəlbəyli Polad Bülbüloğlunun ata yurdundakı ifasından da söz açıb:

“Bülbülün evində Poladdan xahiş etdilər ki, oxusun. Mən heç inanmadım ki, Polad oxuyar. Çünki biz gecə yatmamışdıq, maşınla 5 saat yol getmişdik. Polad da öz maşınını sürürdü. Bütün bunlara baxmayaraq, o, yüksək səviyyədə oxudu. Gərək musiqiçilər bundan nümunə götürsün ki, 75 yaşında bir kişi necə olur ki, 5 saat maşın sürüb, yol gəldikdən sonra açıq havada bu cür oxuya bilir. Yəqin ki, atasının evində, Şuşa torpağında olmaq ona böyük güc verib.

Mənim də ayaqlarım bir qədər ağrıyırdı. Qorxurdum ki, oralara gedə bilməyim. Lakin igid kimi gedirdim. Getmirdim, uçurdum... “

Xalq artisti 1982-ci ildə Vaqifin məqbərəsinin açılışı günü ilə bağlı xatirəsini də bölüşüb: “1982-ci ildə də Vaqifin məqbərəsinin açılışına gedəndə Şuşa bu cür qarlı idi. İndi də Şuşa qarlı, açıq səmalı, günəşli, gözəl havalı idi. Allah bütün bu gözəllikləri Şuşaya bəxş edib.

Beləliklə, Poladla birlikdə Vaqifin məqbərəsinə getdik, onun ətrafını öz əlimizlə bir qədər təmizlədik. Əlbəttə ki, bu məqbərə bərpa olunacaq.

Sonra isə Poladın atasının, Bülbülün evinə getdik. Orada memar da bizimlə idi. Memar hər bir detalı ölçdü-biçdi ki, gələcəkdə evi necə bərpa etmək olar.

Şuşanın küçələrini gəzdik. Məscidə gedib, dua oxuduq, bütün şəhidlərimizə rəhmət dilədik. İnanıram ki, tezliklə Qarabağ bütünlüklə abad olacaq...

“Güllələnmiş heykəllər”i də ziyarət etdik. Bildiyiniz kimi, həmin heykəllər uzun illər idi ki, muzeyin qarşısına qoyulmuşdu. Hər il 18 sentyabrda biz onları ziyarət edirdik və həmişə deyirdik ki, “Allah qoysa, gün o gün olsun ki, bu heykəllər Şuşaya qayıtsın”. Bəziləri deyirdi ki, “Əşi, bu mümkün deyil”. Biz isə inanırdıq. Nəhayət, bu heykəllər də öz yerlərinə qaytarıldı".

Fərhad Bədəlbəyli Şuşada baş verən döyüşləri Amerika filmlərinə bənzətdiyini dedi:

“Cıdır düzündə də oldum. Oradan bir qədər aşağıya baxırdım və heç cür başa düşə bilmirdim ki, bizim əsgərlər əllərində avtomatla, silahlarla o dağları necə qalxıblar. Bu, möcüzədir! Bunu ancaq Amerika, ”Rembo" filmlərində görürdük. Onlar kino idi, amma Şuşadakı döyüşlər həqiqətdir. Azərbaycan aslanları bunu edib. İndi deyirlər ki, Şuşa döyüşləri haqda bütün hərbi tədris ocaqlarında danışılacaq, öyrəniləcək. Doğrudan da bu qeyri-mümkündür...

Daşaltıda biz Riyad Əhmədovu yada saldıq. Riyad 1993-cü ildə orada qəhrəmancasına həlak olmuşdu. Bildiyiniz kimi, həmin vaxt çox xoşagəlməz hadisələr baş vermişdi, satqınlıq olmuşdu. Ürəyimdə dedim ki, “Riyad, sənin qanın yerdə qalmadı, əsgərlərimiz sənin qisasını aldılar””.

Fərhad Bədəlbəyli Şuşaya ziyarəti zamanı atası, Azərbaycanın tanınmış aktyor-rejissoru Şəmsi Bədəlbəylinin evini tapa bilmədiyini qeyd etdi:

“1995-ci ildə atamın evini yandırıb dağıdıblar, sonra bərpa ediblər və sonra yenə yandırıblar. Ona görə onun yerini heç cür tapa bilmədim.

Şuşada Poladla söz verdik ki, orada özümüzə ev tikəcəyik... Vaxtilə Şuşadan aralı yaşayırdıq. Yəni Bakıda yaşayırdıq və başa düşmürdük ki, ora tez-tez getmək lazımdır. Süleyman Ələsgərov həmişə bizə irad tuturdu, deyirdi ki, siz hər yerə gedirsiniz, amma Şuşaya gəlmirsiniz. İndi başa düşürəm ki, düz deyirdi. Bəlkə də Şuşa ona görə bizdən inciyib. Mən orada olarkən, Qalanın önündə, qarın üstünə dizlərimi qoyub diz çökdüm və Şuşadan üzr istədim. Dedim ki, “Şuşa, bağışla bizi. Sən 30 il düşmənin işğalı altında idin. Bu, olmamalı idi. Bu, hamımızın günahı idi”. İndi isə biz bu günahı yuduq, özü də çox böyük şərəflə, yüksək səviyyədə... “

Fərhad Bədəlbəyli bundan sonra Şuşada keçiriləcək festival və tədbirlər haqqında da danışaraq, öz istəklərini dilə gətirdi:

“İndi artıq quruculuq dövrüdür. Hər birimiz fikirləşməliyik ki, Şuşanı öz əvvəlki gözəl vəziyyətinə qaytarmaq üçün nə edək.

Əlbəttə ki, ilk növbədə məktəblər tikilməlidir. Çünki təhsil çox vacibdir. Bildiyiniz kimi, Şuşada əvvəllər “Şuşa gimnaziyası” fəaliyyət göstərirdi, orada fransız dilində dərslər keçirilirdi. İndi də məktəblər, təhsil ocaqları, mədəniyyət evləri tikilməlidir.

Sovet dövründə Şuşanın arxitekturasını korlayıb, 5 mərtəbəli “xruşovkalar” tikilmişdi. Fikrimcə, bu binalar sökülüb, yerində tamamilə fərqli Şuşa qurulacaq. Beləliklə, Şuşanı muzey-şəhər kimi bərpa etməliyik, necə ki, İçərişəhəri etmişik.

Əlbəttə ki, ilk növbədə “Xarı-bülbül” festivalını bərpa edəcəyik. Fikrim var orada təxminən iyun-iyul aylarında yay akademiyası təşkil edim, peşəkarlar orada ustad dərsləri keçsinlər. Hətta mən də gedib musiqi tarixi haqqında mühazirələr oxuyardım... “
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru