Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                 

Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Tarix: 27-04-2024, 08:59 | Çap et
Mənə intim təkliflər edib, əmr verirlər
Xalq artisti Faiq Ağayevin Kult.az-a müsahibəsi:

- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?

- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.

- Yəni kliplərdə aktyorsunuz?

- Bəli. Rejissorlar məni aktyor kimi görmür nədənsə. Buna da, məncə, iki səbəb var. Ya məni aktyor kimi özləri üçün kəşf edə bilmirlər, ya da qonorarımdan qorxurlar.

- Bəs Faiq Ağayev müğənni olmasa, kim olardı?

- Həkim. Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm.

- Sosial şəbəkə istifadəçiləri bir ara sizi Milli Məclisdə görməyi istəyirdilər. Siz özünüz bunu istəyirsiniz?

- Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz.

- Onda bu onların zəif olduğuna işarə deyil?

- Qətiyyən, siyasətin öz özəllikləri var, sənətin öz. Onlar beyinə, ağıla müraciət edir, mən isə könüllərə, ürəklərə.

- “İstənilən deputatdan güclüyəm” demişdiniz. Yenə elə düşünürsünüz?

- Bayaq dedim də, sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram.

- Parlament seçkiləri olsa, namizədliyinizi verəcəksiniz?

- Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur.

- Bəs deputat olsanız, səlahiyyətinizdə dəyişmək olsa, musiqi sahəsində nəyi dəyişərsiniz? Məsələn, senzura istəyərsiniz nədəsə?

- Hüquqi dövlətdə hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var, sırf istəyimizə görə, lap bayağı olsa da, mahnıları qadağan edə bilmərik. Bunu media, televiziya və radiolar özü həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etmə. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.

- Bəs dəvət etməmək də senzura deyil?

- Dəvət edib-etməməyə qadağa yoxdur. Dəvət edirsənsə, ən azından bayağı danışmağa imkan vermə. Oxusun, danışmasın.

- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?

- Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəm.

- Amma sevgiyə görə getdiyinizi demişdiniz…

- Hə, o heç, cavanlıq səhvim idi (gülür). Yarım il uzaqlaşdım səhnədən, amma gördüm ki, sənətsiz özüm özümə maraqsızam.

- Ananız desə, son qoy sənətə, bəs onda necə?

- Anam heç vaxt deməz elə. Başlanğıcda qadağa qoymuşdu, amma sonra gördü ki, düz qərar deyil. O, həm ən böyük tənqidçim, həm də ən böyük pərəstişkarımdır. Anam tutarlı bir səbəb gətirib, desə ki, sənətdən get, bu barədə düşünərəm.

- Sizdə nəyi tənqid edir?

- Məsəlçün, deyə bilər ki, kaş filan sözü efirdə deməzdin. Hər dəfə efirdən sonra zəng edir, müzakirə edirik, geyimdən danışığa qədər. Allaha dua edirəm ki, bu məsləhətləri uzun illər eşidim.

- Faiq bəy, siz həm də intellektiniz, ədəbiyyata olan marağınıza görə seçilirsiniz. Daha çox hansı janrda kitablar oxuyursunuz?

- Sizə bir sirr açım, düz 4 ildir, kitab oxumuram. Bilmirəm həyatımda nə mərhələdi, amma uzaq düşmüşəm kitabdan. Sonuncu oxumağa başladığım ”Şantaram”dır.

- Çingiz Abdullayevi bəyənməyən adamlar çoxdur. Deyirlər, detektiv, xüsusi ilə onun detektivləri yaxşı deyil. Siz isə onu çox bəyənirsiniz.

- Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın Çingiz Abdullayevdən xoşu gəlməyə bilər, amma bu o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə okeanda ən səs-küylü canlı krevetdir. Çingiz Abdullayevə haqsız olaraq irad bildirənlər mənimçün o okeanda səs salan krevetlərdir. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içidəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, “Faiq Ağayevə sərt qadağa: Bütöv toyları oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bütöv toylara qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam.

- Deyəsən, bu da anons oldu, hə?

- Aha, elə oldu. Elə buradan deyim, hazırlaşın, konsertlər baş tutacaq.

- Faiq bəy, müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

- Nəzərə alaq ki, mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. Feysbuk dostlarımdan Nadir Yalçının yazıları ilə tanışam, sizi oxumuşam. Belə, bu cür. Çoxdur, sosialdan çox oxuyuram yazıları, məqalələri. İndi hamısı yadıma düşmür müəlliflərin, üzrlü saysınlar. Bir az pis səslənsə də, üzdə olanları oxumuşam. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.

- Faiq bəy, bəs gənc musiqiçilər necə, onlardan da qəbul etmədiyiniz var?

- Əgər söhbət təmsil etdiyim estrada, pop musiqisi haqda gedirsə, yoxdur eləsi. Bir də görürsən ki, yaşlılar cavanlara səbəbsiz irad tutur. Özü, məcazi desək, ”ehtiyatda”dır, neçə ildir fəaliyətdə deyil, heç bir yenilik etmir. Faktiki olaraq, döyüşdə deyil, amma hücüma keçir. Keyfiyətli işlərinlə cavab ver, örnək ol. Yoxsa ki, ehtiyatda olan yazıçı, musiqiçi boş yerə irad tuta bilməz.

- Bəs əxlaqi iradlar?

- Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır. İrad bildirdiklərim mənimlə eyni janrda çalışanlardır ki, onu da təkbətək edirəm. Deyirəm ki, toy mahnısı yazdırdın? Əla, gözəl, çörəkli olsun! Amma birini də sənət üçün yazdır.

- Bəs gənclər yaşlılara irad bildirəndə? Məsələn, bir gənc musiqiçi Faiq Ağayevi tənqid etsə?

- Faiq Ağayevi tənqid edirsə, Faiq kimi iş görə bilməlidir. Məsələn, kimsə desə ki, buna bax e, zalı doldurmadı - onu gərək bacara bilən desin. Amma ”mənim qədər et, nəsə iş gör, sonra irad bildirərsən” demək, “staj” davasıdır sadəcə.

- Kifayət qədər tanınan müğənnisiniz.

- Kifayət qədərdən də çox (gülür).

- Sosial şəbəkədə də kifayət qədər aktivsiniz. Necə düşünürsünüz, bunun ziyanı nədir? Məşhurluğu nəzərə alsaq, insanlardan qəribə mesajlar alırsınızmı?

- Mən xalq artisti adını "xalqın artisti" kimi qəbul edirəm. ”Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpia stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. Feysbuk dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. ”Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam” deməkdir.

- Bəs qəribə mesajlar necə?

- Doludur. Xüsusi ilə də İnstaqramda.

- Məsələn…

- İntim təklif edənlərdən ”gəl təhsil haqqımı ödə” əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə ”ödə” deyir.

- Faiq bəy, haqqınızda çox iddialar olub. Geyimizdən, hərəkətlərdən, görünüşünüzə qədər. Narahat olursunuzmu? Biri deyir qaş alır, biri deyir belə geyinir.

- Qətiyyən narahat deyiləm. İnsan bilmədiyinin düşmənidir və nəyə inanmaq istəyirsə, ona da inanır. Haqqımda mənfi danışan adamlar məni tanısa, bilərlər ki, yanlış hərəkət edirlər. Haqsızcasına ünvanıma küfr edənlər küçəyə atılan siqaret kötüyü kimidir mənim üçün, qaragüruhdur.

- Zamanla adınız şou-biznes adamları ilə qalmaqallarda da hallanıb. Amma özünüz efirdə təkzib edirsiniz. Aygün Kazımova ilə rəqabət davam edir?

- Təkzib etmirəm, əksinə, deyirəm ki, bizim yabalaşan zamanlarımız olub. O da, mən də 35 ildir səhnədəyik. Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçun başı bir qazanda qaynamaz.

- Yəni, sizin rəqibinizdir?

- Yox, rəqib deyilik, çünki ayrı cinslərik. Aygünlə müasir pop musiqisinin baniləriyik. İndiki sağlam musiqiçilər bizim qurduğumuz qaydalarla hərəkət edirlər ki, mahnı, klip, konsert və bunların üzərindən qurulan işlər uğura aparır. Qalmaqal da olsa, məişət qalmaqalı yox, məhz sənət qalmaqalı olmalıdır. İndiki halda səhnə cameəsi bir-biri ilə abırsız şəxsi qalmaqallar salanda, gülməyim gəlir. Onlarınkı qalmaqal yox, çayxana-salon söhbətləridir.

- Toylara da gedirsiniz, özü də çox. Sizcə, toy sənəti öldürmür?

- Qətiyyən. Qədimdən bizim xanəndələrimiz - Cabbar Qaryağdıoğlundan tutmuş Əlibaba Məmmədova kimi, pulu toydan qazanıb. Mən toya gələndə, məclisə özümlə konsert gətirirəm. İnsanın daxili düzgündürsə, toy ona mane ola bilməz. Biz haradansa pul qazanmalıyıq axı.

- Cabbar Qaryağdıoğlu dediniz. O bir dəfə demişdi ki, səsim batmasın deyə 50 yaşıma kimi evlənmədim…

- O vaxt belə inanclar var idi. Bir misal gətirim, İncəsənət Universitetinə daxil olanda müəllimlərimdən biri demişdi ki, 5 il siqaret, içki, cinsi əlaqə arzuolunmazdır - vokalçısan, səsinə ziyandı. Amma görünür ki, bu tələblərə tabe olmadan da fəaliyət mümkündür. Hər şeyin qədərini bilmək vacibdir. Yeri gəlmişkən, səsi qorumağın bir yolu da elə davamlı oxumaqdır.

- Faiq bəy, birdən səsiniz batsa necə? Heç olmasa, Niyam Səlami kimi bir obyektiniz varmı?

- Çox təəssüf, yoxumdur, yeganə gəlir yerim musiqidir. Çox istəyərdim olsun. Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də Sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları-filan var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm.

- Musiqidə və ümumən qırmızı xəttiniz nədir?

- Birmənalı şəkildə tərbiyəsizlik. Elementar etika qaydaları var - danışıq tərzi, davranış forması, özünü aparmaq bacarığı. Bunlar çox vacib məsələlərdir, hamı riayyət etməlidir.

- Sizdə sanki bir az eqoizm də var. Bir “mən-mən” ədası sərgiləyirsiniz.

- Çalışıram ki, əksinə, “mən-mən” deməyim. Çünki əvəzimə danışan nəaliyyətlərim var. Amma ümumi götürsək, sənət eqo sahəsidir. Eqosuz insan sənətdə uğur qazana bilməz. Lakin bunun da formaları var. Bir var eqo, biri də xudbinlik - “oyyy, görün kim gəlir, mən gəlirəm, mənəm, ən çox mən, mən beləyəm, eləyəm” ədası. Bunlar fərqlidir.

- Məsələn, rəhmətlik İlhamə Quliyeva belə idi…

- İlhamə xanım sənəti olub da, kəskin danışanlardan idi, hər şeyi üzə deyirdi. Mən onu bu cür qəbul edirdim. Allah rəhmət eləsin. Heç kimi şəxsi xüsusiyyətlər müstəvisində qiymətləndirmirəm. Yəni, birinci sənətinə baxıram.

- Məsələn, Flora Kərimovanı necə?

- Onu da, gözəl sənətkardır. Mənə onun mahnıları vacibdir, şəxsi həyatı, prinsipləri yox.

- Sənət adamlarından çox vaxt tələb edirlər ki, az qala hər məsələdə ortaya mövqe qoysunlar. Haqlıdırlar?

- Xeyr. Bu, hər kəsin şəxsi məsələsidir. Kim istəsə, nəyəsə fikir bildirər, kim istəməsə - bildirməz. Mən hər şeyi sənətimlə bildirirəm, işim budur, başqa nələrəsə ehtiyac duymuram. Məsələn, siyasi mövqe qoymaq üçün siyasətçilər var. Mənim siyasi mövqeyim sənətdir, sevgi-məhəbbətdir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Dünən, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Dünən, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Dünən, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Dünən, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Dünən, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Dünən, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dünən, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Dünən, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Dünən, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Dünən, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Dünən, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru