Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                 

"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Tarix: 14-09-2013, 13:25 | Çap et
"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Azərbaycanda bankların əksəriyyətinin müştəriləri aldatması artıq adi hal alıb. Çünki dəfələrlə ölkədə fəaliyyət göstərən bəzi bankların müxtəlif vasitələrlə necə fırıldaqlar etdiyini, vətəndaşları aldatmaları barədə araşdırma yazıları dərc etmişik. Araşdırmalar zamanı faktlarla təsdiq olunurdu ki, banklar çox vaxt insanları aldatmaqla məşğuldur. Lakin banklardan şikayət bitmir. Nədən ki, vətəndaşların hüquqları pozulsa da, həmin banklara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də redaksiyamıza banklar haqqında yenə də şikayət dolu məktublar daxil olur.

“Bank of Baku” tərəfindən hüququnun pozulduğunu bildirən məcburi köçkün Ə.Məmmədov bankın aldadıcı kampaniyaya start verdiyini söylədi. Onun sözlərinə görə, “Bank of Baku” yeni qazanc yolu tapıb, indi də paytaxtın marketlərində “Box'ça” satdırır.

Yəqin bəzi oxucular üçün maraqlı olar ki, bu “Box'ça” nədir? Bu kampaniyanın nə qədər cəlbedici olduğunu bildirmək üçün “Box'ça”nın nə olduğunu elə bankın öz şərtləri ilə təqdim edəcəyik. “Bank of Baku”nun sözügedən kampaniyasında bildirilir ki, “”Box'ça” - sizlərin gündəlik ehtiyaclarını qarşılamaq və rahatlığınızı təmin etmək məqsədilə “Bank of Baku” tərəfindən təqdim olunan yeni məhsuldur. 20 yaşı tamam olmuş hər bir şəxs cəmi 1 AZN ödəməklə “Box`ça” adlı xüsusi qutu ala biləcək”.

“Box'ça”nın daha cəlbedici olması üçün üzərində yazılıb: “Cəmi 1 manata 500 AZN-i cibinizə qoyun”.

“Box'ça”nın içində nə var?

“Box'ça”da hələlik aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya Pul kredit kartı, kartların aktivləşdirmə şərtləri və aktivləşdirmək üçün ünvanlar var.

“Box'ça”da hansı güzəştlər var?

“Box'ça”nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

Kartı necə aktivləşdirmək olar?

Kartı aktivləşdirmək üçün bankın filiallarına yalnız şəxsiyyət vəsiqəsilə müraciət olunmalıdır.

“Box'ça”nın içindəki məlumatda bildirilir ki, 500 AZN “Box'ça”sı sizə 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 AZN məbləğli kredit kartı təqdim edir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə (5000 AZN-dək) pul kredit kartı əldə edə bilər. Kreditdən imtina olunarsa, karta görə ödədiyiniz 1 AZN-i ödəniş etdiyiniz məntəqədən ödəniş çekini təqdim etməklə 14 gün (! - red.) ərzində geri ala bilərsiniz.

Mətləbə keçməzdən öncə qeyd edək ki, arayışsız (guya - red.) bolkart və nağd pul krediti “Səbət”, “Bizim Market”, “Fresco”, “Marko Market”, “Əminə Market”, “Bolmart Market”, həmçinin “Computex” və “Ev Elektronics” mağazalarında satılır...

“Bank of Baku”nun “Marko Market”də satdırdığı 500 AZN-lik “Box'ça”nı alan Ə.Məmmədov səhərisi günü bankın Atatürk pr.42 ünvanındakı Baş ofisinə yollanıb: “Bankdakı məlumat bürosuna yaxınlaşıb Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Bankın xanım işçisi dedi ki, Pul kredit kartını aktivləşdirmək üçün Bakıda daimi qeydiyyatda olan vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsini, məcburi köçkünlər isə “Qaçqınkom”dan arayış təqdim etməlidir. Dilxor halda evə qayıtdım. Həftənin şənbə günü olsa da, yaşadığım ərazinin Mənzil-Kommunal İstismar Səhəsində arayışların verilmə günü idi. Odur ki, vaxt itirmədən MKİS-ə yollandım. Ancaq burda da bəxtim gətirmədi. MKİS rəisinin ərazidə olduğunu dedilər. MKİS bazar günü işləmədiyi üçün daha bir gün də gözləməli oldum. İki gündən sonra arayışı əldə edib, nəhayət, ehtiyaclarımı ödəyəcək pulu almaq həvəsilə banka gəldim. Növbəyə durmaq üçün bilet götürüb və 1 saatdan artıq gözləməli oldum. Nəhayət, növbəm çatdı. Sevinclə tabloda stol nömrəsi göstərilən bank mütəxssisinə yaxınlaşıb, 500 AZN-lik “Box'ça”nın Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Və şəxsiyyət vəsiqəsini, MKİS-dən aldığım arayışı (qeyd edək ki, arayışda Ə.Məmmədovun həqiqətən yaşadığı ünvanda müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşdığı təsdiq edilib - red.) və Pul kredit kartını bank mütəxəssisinə təqdim etdim. Bank mütəxəssisi qarşısındakı sənədləri nəzərdən keçirdikdən sonra sorğu-suala keçdi. Məndən soruşduğu ilk sual “harada işləyirsiniz” oldu. Harada işlədiyimi, ev telefonunun öz adıma olduğunu, ailə üzvlərimin sayını və “Bank of Baku”dan indiyədək kredit götürmədiyimi dedim. Bu sorğu-sualdan sonra qarşısındakı kompüterdə araşdırma aparan bank mütəxəssisi bildirdi ki, bu kampaniya çərçivəsində mənə kredit verə bilməyəcək. Səbəbini soruşanda bank mütəxəssisi qayıtdı ki, vaxtilə həyat yoldaşınız bizdən götürdüyü kreditin ödənişində gecikmələr edib. Bu adamı başa salmağa çalışdım ki, “həyat yoldaşımın vaxtilə kredit ödənişindəki gecikmənin bu məsələyə nə aidiyyəti var axı?! Həmin kredit çox-çox öncə ödənilib qurtarıb. Bir də ki, mən bu müstəqil ölkənin bir vətəndaşıyam. Belə çıxır ki, mənim vətəndaşlıq hüquqlarımı “Bank of Baku” müəyyənləşdirir? Lap deyək ki, ailəmdən kimsə vaxtilə bu bankdan kredit götürüb və ödənişində gecikmələr edib. Onun mənim vətəndaşlıq hüquqlarıma nə dəxli var? Bu gün vaxtilə hansısa bir cinayəti törədən və uzun müddət həbsdə cəzasını çəkərək, azadlığa çıxmış adamın yenidən cəmiyyətdə bir vətəndaş olaraq yer tutmasına çalışıldığı bir ölkədə siz bir bank işçisi kimi mənim hüquqlarımı məhdudlaşdırırsınız ki, kredit verə bilmərik. Bu barədə niyə reklamımızda qeyd etmirsiniz ki, bu krediti kimlər ala bilər, kimlər yox. Reklamınızda bu məlumatı yazsaydınız, vaxtımı sizin yalançı reklamınıza sərf etməzdim... Nə isə... Mən çox dedim, o, az eşitdi. İki ayağını bir başmağa dirədi ki, yox, sizə kredit vermək mümkün deyil. Əlacsız qalıb, əsəblərim tarıma çəkilmiş halda bankı tərk etdim... Onu da deyim ki, bu yalançı reklama aldanan tək mən deyildim. Məndən əvvəlki digər müştəri də bankın “Box'ça” kampaniyası ilə onu aldatdığından şikayətlənirdi ki, bankda müştərilərə arayışsız kredit verildiyini reklam etsələr də, indi məndən işlədiyimi təsdiqləyən sənəd göstərməyimi tələb edirlər, reklamda bütün şərtləri yazsaydılar işimizi bilərdik...”

Əcəba, bəlkə Ə.Məmmədov, elə digər vətəndaşlar da iradlarında haqsızdırlar?

Ancaq müraciət etdiyimiz ekspertlər bankların müştəriləri yalançı reklam kampaniyaları ilə aldatdığını təsdiqlədilər. Ekspertlərin sözlərinə görə, bu gün bankların mütləq əksəriyyəti reklamlarında ya düzgün məlumat yazmırlar, yaxud da natamam məlumat verirlər: “Bu isə istehlakçı hüququnun pozulmasıdır. Çünki reklamı oxuyan müştəri həmin reklama inanıb banka yollanır. Bankda isə məlum olur ki, bu, sadəcə, reklamdır. Çünki bankların həyata keçirdiyi kredit siyasətinin əsasında müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı qeyd olunanlarla reallıq arasında olduqca böyük fərq var”.

Halbuki bank bir qəpiyini belə, itirməmək üçün müştərilərini seçərkən onları süzgəcdən keçirir, özü də çox xırda gözlüsündən. Ancaq vətəndaşların hüquqlarına gələndə... Sabir demişkən, “qoy mən tox olum, özgələr ilə nədi karim, dünyavü cahan ac olur olsun, nə işim var?!”

İndi yazıq Ə.Məmmədov marketdən aldığı 500 AZN-lik “Box'ça”nı qaytardıqdan sonra 14 gün gözləməlidir ki, 1 manatını geri ala bilsin. Bəs”Bank of Baku”nun 500 AZN-lik “Box'ça”sına sahib olmaq üçün Ə.Məmmədovun arayışa verdiyi 1 manatı, sərf etdiyi zamanı, gərilən əsəblərini, sağlamlığını kim geri qaytaracaq?! Bu barədə pulunuzu sayıb qurtarandan sonra da düşünməyə dəyər, cənablar!..
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru