Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                 

Deyəsən, Xaçmazda bütün məmurlar QOÇUDUR... - "Biz vacib orqanlara hesabatımızı göndəririk..."
Tarix: 4-08-2021, 10:17 | Çap et
Deyəsən, Xaçmazda bütün məmurlar QOÇUDUR...
Dünən Milli Məclisin üzvü Eldəniz Səlimovun toxunulmazlıq hüququ ləğv edilərək barəsində məhkəmənin qərarıyla üç aylıq həbs qəti imkan tədbiri seçildi. E.Səlimovun Xaçmaz rayonunu təmsil etməsi diqqətimi yenidən bu rayona çəkməyimə səbəb oldu. Yəni polisə qarşı zorakılıq etməsi, üstəlik təmsil olunduğu ərazidə külli sayda ağac kəsilməsində iştirakının olması ilə gündəmə gəlməsi onun xarakterində ciddi dəyişikliyin olmasını üzə çıxardı. E.Səlimovun müəyyən mənada qanuna və vətəndaşa hörmət qoymaması ilə bağlı utancverici hərəkəti Xaçmazla bağlı üzləşdiyim bir məqamı ictimailəşdirməyə bir növ təkan verdi.

Bizim iyirmi illik fəaliyyətimizdə əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakıyla təsis edilən bələdiyyə sisteminin inkişafına dəstək vermək, fəaliyyətlərini təbliğ etmək, qarşılaşdıqları problemləri ictimailəşdrimək olub. Bunun üçün təsis etdiyimiz QHT-nin və Belediyye.info saytının imkanlarından da yetərincə istifadə etməyə çalışırıq.

Bununla yanaşı biz daim digər bələdiyyələr kimi Xaçmaz bələdiyyəsinin də fəaliyyətini izləyir, hətta vergi sistemində tətbiq edilən yeniliklərin ictimailəşdiriməsinə çalışmışıq. Bununla bağlı 2014-cü ildə sənədsiz mənzillərlə bağlı sədri olduğum QHT-nin layihəsi çərçivəsində təşkil edilən seminarın birini məhz Xaçmaz bələdiyyəsinin inzibati binasında keçirmişik. Və həqiqətən də maraqlı bir görüş alınmışdı.

Lakin 2019-cu il seçkilərindən sonra formalaşan yeni tərkib bələdiyyə üzvləriylə əlaqələrin qurulmasına çalışsaqda təəssüf ki, qarşı tərəfin etinasızlığı və bəlkə də məsuliyyətsizlyi ucbatından alınmamışdı. Təəssüf edirik ki, 14 aylıq fəaliyyətdən sonra Tural İbrahimov vəzifəsini tərk edib və hazırda barəsində pandomiya dövründə saxta sənəd verdiyinə görə cinayət işinin açıldığı deyilir. Bu məlumatın nə qədər həqiqətə uyğun olub olmadığı deyə bilmərik, amma onu bilirik ki, T.İbrahimovun heç də könüllü istefa vermədiyi göz qabağındadır. Birmənalı olaraq.

Bir müddət öncə isə yeni seçilən bələdiyyə sədri Tural Məlikov olduğunu öyrəndik, çətinliklə də olsa nömrəsini tapıb, zəng etdik. Təbrik etdik və ilk gündən fəaliyyətinin təbliğ olunmasını, altıaylıq hesabatını ictimailəşdirilməsini və sonda saytdakı rubrika üçün kabinet şəklinin və tərcümeyi-halını göndərməyi xahiş etdik. Razılaşdıq. Söhbətdən razı qaldım və ümid etdim ki əvvəlki sədrdən fərqli olaraq yeni sədr ictimaiyyəti üçün daha açıq olacaq. Sonra isə Xaçmaz bələdiyyəsində sədr dəyişikliyi ilə bağlı məlumatı sayta yerləşdirdik. Əldə etdiyimiz məlumatları isə olduğu kimi təqdim etdik. Dərhal ard-arda zənglər gəldi. Və sədrin təhsili ilə bağlı məqamların heç də həqiqətə uyğun olmadığı deyildi. Hətta bununla bağlı diqqətli olmağımızı və düzəliş etməyimiz xahiş olundu. Əslində isə sədrin ali təhsil alıb-almaması və fəaliyyəti növbəti yazının mövzusu olacaq. Çünki bu istiqamətdə ilkin araşdırmalarımız ortada bəzi qaranlıq məqamların olduğunu üzə çıxarıb. Nə isə...

Üstündən, 10 gün keçər-keçməz Votsap vasitəsiylə sədrə müraciət edərək salamdan sonra xatırlatma yazaraq danışığımıza uygun cavab göndərməyi xahiş etdik.

Yazışmanı olduğu kimi oxucuların müzakirəsinə təqdim edirəm. Lakin bəzi detala bir qədər geniş toxunmaq istərdim. Hər kəsin oxumasını xahiş edirəm:

- Salam, dediklərimizdən bir xəbər çıxmadı: hesabat, cv, kabinet şəkli və birdə əməkdaşlıq. Sonda sizdə familiyanız İbrahimovdur ya Məlikov.- mənim bu sözümə sədrin cavabına sədrin cavabı:

- “Gələcəkdə nəzərə alarıq, hal-hazırda vəsait olmadığı üçün mümkün deyil. Özümüz əlaqə saxlayarıq”

- Mənə hesabatınızı göndərməyiniz daha vacibdir. Bu haqda söz yazmamışam axı. Yazdığımıza cavab gəlmədi. Narazı qalıram. Son olaraq əleykə salam yazıb sonra mətləbə keçmək lazım idi.

- Sədrin cavabı: - Mənə nə isə öyrətməyə ehtiyac yoxdur. Biz vacib orqanlara hesabatımızı göndəririk. Özünüzü müstəntiq kimi, məni də cinayətkar kimi görməyin.

Bəli, bu qısa yazışmadan qənaətim ondan ibarətdir ki, sədrin təcrübəsi sıfıra bərabərdir. Yəni müəmmalı təhsil alan, cəmi üç illik iş təcrübəsi olan sədr yerli orqanda çalışdığı müddətdə bələdiyyə qanunvericiliyini yaxından öyrənməliydi. Bilməliydi ki, hesabatın təqdim edildiyi əsas istiqamət ilk olaraq ona səs vermiş 3268 nəfər şəhər sakinləridir. Məhz bu təqdimatdan sonra hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməli, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır. Bununla yanaşı sədr Tural Məlikov bələdiyyə üzvünün etik-davranış qaydalarını oxumuş olsaydı, onda istənilən şəxslə, vətəndaşla və xüsusən də media orqanın təmsilçisiylə hansı məzmunda danışmalı olduğunu bilməliydi.

Bu davranışdan gənc sədrin oxuyub öyrənməsi bir yana, təcrübə qazamağı bir yana özünü həmyerlisi Eldəniz Səlimov kimi aparması və hökmlü sədr kimi göstərmək istəyində olması hiss olunur. Amma sədrə demək istəyirəm ki, bu xarakterlə çox da uzağa getmək olmaz.

Hər halda millət vəkilinin hərəkəti Xaçmaz sakinlərinə heç bir hörmət-izzət gətirmədiyi kimi, sədrin bu davranışı da bələdiyyə üzvlərinə hörmət gətirmir...

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

P.S.S. Qarşı tərəfin fikrini və məsələ ilə bağlı arqumentlərini verməyə hazırıq.

Vüqar Tofiqli
Demokrat.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru