Bəxtiyar Sadıqov haradadır? .....                     Bir ay sonra verilən gecikmiş elektron cavab .....                     Şərur sakininin başına açılan oyunlar .....                     Paşinyanın yeni dəst-xətti... .....                     Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir .....                     Müştərilər üçün OPTİMAL TƏLƏ... .....                     Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ .....                     Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? .....                     BU NƏDİ BELƏ: Həkim fala baxır... .....                     "Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" .....                     Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı .....                     Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? .....                     Ev bazarında 100 min yeni 'KUPÇA'... .....                     Təyyarələr havaya qalxdı, silahlar hazırlandı .....                     "10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                 

MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Tarix: 5-12-2013, 15:12 | Çap et
MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Azərbaycanda bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halları davam edir. Onlar insanları sıxışdırmaq, təzyiqlər etmək, rahatlıqlarını pozmaqla məşğul olur, özlərindən aşağı səviyyədə dolanan insanlara qarşı sayğısız yanaşırlar. Bu da sonda xalqın dövlətdən narazı salınması ilə nəticələnir. Hər hansısa bir vəzifəyə təyin olunan bəzi məmurlar həmin vəzifənin əbədi olacağını zənn edərək vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə ictimai maraqları nəzərə almır. Sonda bu şəxsin etdiyi hər hansısa bir özbaşınalıq aşağı təbəqənin zərbə almasına gətirib çıxarır.

Bu cür çıxılmaz vəziyyətdən biri də paytaxt Bakının mərkəz hissəsində-Yasamal rayonunda yaranıb. Burda bir ailə demək olar ki, bəzi məmurlar tərəfindən “gözümçıxdıya” salınıb. Söhbət Yasamal rayonunun Hüseyn Cavid prospekti, ev 1-də yaşayan ailədən gedir. Redaksiyamıza müraciət edən, həmin ünvanda yaşayan, uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkən Məlahət Babayeva artıq bu ünvanda yaşamağın imkansız olduğunu deyir. Məlahət Babayeva deyir ki, artıq o ailəsilə birlikdə bərbad vəziyyətdə yaşayır. Səbəb isə rayonda bəzi məmurların onlara qarşı amansız mövqeyidir.

Yasamal məmurları ailə ilə prinsip aparır

Şikayətçinin dediyinə görə, o ailəsi ilə birlikdə uzun illərdir ki, həmin evdə yaşayır. Amma, son bir neçə ildə Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin məmurları tərəfindən sıxışdırılır. Belə ki, birliyin rəhbərliyi prospektdəki bütün zibil yeşiklərini həmin ünvana, həyətin qarşısına qoydurub. Nəticədə Məlahət Babayevanın mənzilinin qarşısı zibilxanaya çevrilib: “Özüm 10 ildir ki, şəkərli diabet xəstəsiyəm və yaşamağım “insulin” iynəsindən asılıdır. Tez-tez təngnəfəsliyim tutur, nəfəs almağım çətinləşir. Zibilxananın bizim mənzilin qarşısına köçürülməsi vəziyyətimi daha da ağırlaşdırır. Şəhərin mərkəzində mənzilimdə həşəratlardan dayana bilmirik. Ev təmiz antisanitar vəziyyətə düşüb. Dəfələrlə həyətimin qarşısını pul verib təmizlətdirmişəm ki, natəmizlik aradan qalxsın. Amma, heç bir faydası yoxdur. Əksinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi mənzilimin qarşısını daha da biabırçı vəziyyətə salıb”.

Məlahət xanım deyir ki, bir neçə il əvvəl evinin qarşısında cəmi bir zibil yeşiyi quraşdırılıb ki, bura da bütün məhəllə sakinləri zibil töküblər. Bununla bağlı xahiş edib ki, vəziyyəti ağır olduğu üçün zibil yeşiyini başqa yerə köçürsünlər. Amma, əksinə, xahişdən sonra həmin ərazini əməlli-başlı zibilxana ediblər: “Ağır xəstə olduğum üçün xahiş etdim ki, həmin zibil yeşiyini qapımın ağzından götürüb bir az kənara qoysunlar. Bu kiminsə xoşuna gəlmədi və evimin qarşısını tam zibilxanaya çevirdilər. İndi başqa məhəllələrdəki zibil yeşiklərini də gətirib qoyublar qapımın ağzına. Nə iydən evə girmək olur, nə həşəratlardan yaşamaq. Vəziyyətimiz tam acınacaqlıdır. Heç kim də bizim vəziyyətimizi nəzərə almır. Tam çarəsiz vəziyyətdə qalmışıq. Əvvəllər yalnız öz məhəlləmizin sakinləri həmin yeşiyə zibil atırdısa, indi bütün prospekt mənzilimin qarşısını zibilxana edib. Heç kimə heç nə deyə bilmirəm”.

Milyonçular məhəlləsində zibilliklər içərisində yaşayan ailə

Məlahət xanım deyir ki, məhəllədəki sakinlərin əksəriyyəti imkanlı məmurlar olduğundan Mənzil Kommunal Təsərrüfatı Birliyi onlara söz deyə bilmir və onların evlərinin qarşısındakı zibil yeşiklərini yığışdırıb. Əvəzində isə həmin zibil yeşiklərini bir yerə-onun evinin qarşısına gətirib qoyublar: “Məmurların evlərindən başqa burda “Ağ çiçəyim” gül mağazası, “Sevimli dad” kolbasa və sosis mağazası və iki iri restoran var. Həmin obyektlərin də zibilləri bura atılır: “Heç bir obyektin qarşısına zibil yeşiyi qoymurlar. Hamısı bizim qapının girişindədir. “Sevimli dad”ın vaxtı keçmiş malları, tullantı, iylənmiş ətlər bu zibil yeşiyinə atılır. Artıq dözə bilmirik. Evdə hamımız xəstəliyə tutulmuşuq. 6 nəfərlik ailə üzvümdən biri də sağlam deyil. Zibil yeşikləri bura qoyulandan hamımız yoluxucu xəstəliklərə tutulmuşuq. Zibilliyin bütün bakteriyaları, həşəratlarla birlikdə bizim evə dolur. Artıq belə yaşamaqdan iyrənirik. Məhəllədəki 3-4 mərtəbəli villaların yaxınlığı qalır, bütün zibil yeşiklərini bizim həyətə gətirib qoyurlar. Bu qədər də saymamazlıq da olmaz axı? Biz də insanıq, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Azərbaycanda, doğma vətənimizdə yaşamağa haqqımız var. Amma, məmurlar bizə bu haqqı çox görürlər. İmkan vermirlər ki, xəstə vəziyyətdə də olsa öz evimizdə sakit yaşayaq”.

2 və 3 yaşlı körpələr bakterioloji xəstəliyə düçar olub

Məlahət xanımın dediyinə görə, zibil yeşikləri hərdən bilərəkdən yandırılır da. Zibillər yananda isə bütün bakteriyalar evə dolur, nəinki həyətdə, heç evdə də nəfəs almaq olmur. Evdə iki azyaşlı nəvəm var. Nəvələrimin birinin 3, digərinin isə 2 yaşı var. Demək olar ki, həmin zibilliyin üfunət və bakteriyalarından hər həftə onları xəstəxanalarda yatırdırıq. Hər həftə bir xəstəlik tapırlar. Hər ikisi zibil yeşiklərinin üfunətindən bakterioloji xəstəliklər tapıb. İkisinin də bağırsağında bakteriyalar var və müalicə olunmalarına baxmayaraq onları bu bakteriyalardan azad edə bilmirik. Günümüz xəstəxanalarda uşaq müalicə etdirməklə keçir. Evimdə sakit, problemsiz yaşaya bilmirəm”.

Evi olan ailə kirayə köçmək məcburiyyətində qalıb

Məlahət Babayeva deyir ki, yaşadığı ərazidə 3 yaşayış binası var. Həmin binaların həyətlərində isə zibil yeşikləri qoymaq üçün kifayət qədər ərazi var. Amma, icra məmurları bu binaların həyətlərindəki zibil yeşiklərini də onların mənzillərinin qarşısına köçürüb: “Burada 525-ci məhəllənin də zibillərini gətirirlər. Çünki, həmin məhəllənin də zibil yeşikləri həyətlərdən götürülüb və bizim qapıya qoyulub. İndi ərazidəki restoranlar da, 3 yaşayış binasının sakinləri də, “Sevimli dad” mağazası, “Ağ çiçəyim” gül salonu və yaxınlıqdakı məmurlar da zibillərini onun evinin qarşısına tökür, özü də pərakəndə halda: “Buna kim dözər? Məmurlar niyə belə öznaşınalıqlar edirlər bilmirəm. Artıq iş o həddə çatıb ki, az qalırıq evi bağlayıb gedib başqa ərazidə kirayədə yaşayaq. Evin ola-ola bu qədər ailə üzvlərimlə kirayə ev axtarmaq məcburiyyətində qalmaq biabırçılıqdı”.

Ailə “bomj”lar və küçə itlərinin qorxusundan evinə gedə bilmir

Şikayətçi DİA.AZ-a deyir ki, zibil yeşiklərinin onun evinin qarşısına qoyulması buranı bomjların da məskəninə çevirib: “Axşamlar burda bir biabırçı vəziyyət yaranır ki, artıq evimizə də getməyə qorxuruq. Təsəvvür edin, axşam saatlarında zibil yeşiklərinin ətrafı küçə itləri ilə dolu olur. Həmin itlər bu zibil yeşiklərini eşib-tökür, “Sevimli dad”ın atdığı iylənmiş ətləri yeşikdən çıxarı sürüyür. Ətrafı üfunət iyi götürür. Hələ bu harasıdır. Axşam bir də evə gələndə görürsən ki, qapının qarşısında iki-üç nəfər zibillikdə eşələnən, səfil həyatı yaşayanlar yatıblar. Onlar da zibillikdən nəsə axtarır tapır, onu yeyir, spirtli içki qəbul edib yıxılır qapının ağzına. Hava qaralanda neçə dəfələrlə olub ki, onları görüb qorxmuşuq, uşaqları onların qorxusundan həyətə buraxa bilmirik. Nəvələrim təmiz hava üzünə həsrət qalıb”.

Zibillərin yandırılması iki dəfə ailəni ölümlə üz-üzə qoyub

Ev sahibi bildirir ki, zibilliyin onun evinin qarşısında olması nəticəsində iki dəfə evi yanma təhlükəsilə üzləşib: “İki dəfə zibil yeşiklərində güclü yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstəsinin köməyi ilə söndürülüb. Hər iki hadisə zamanı az qalıb ki, alov bizim və qonşuların evlərinə keçsin. Lakin yanğınsöndürənlər bunun qarşısını alıb. Zibil yeşikləri qoyulan yerdə uzunömürlü şam ağacları var idi. Yanğın zamanı həmin ərazidəki onlarla şam ağacları yandı”.

Çarəsiz qalan Məlahət Babayeva ailəsilə birlikdə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib və ailə üzvlərinin bu bəladan qurtarması, zibil yeşiklərinin ərazidən götürülməsi üçün onlardan yardım istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəxtiyar Sadıqov haradadır? – Rəsmi dövlət qəzetinin rəhbərini “gördüm” deyən yoxdur
Bu gün, 07:28
Bir ay sonra verilən gecikmiş elektron cavab - Qan Turalının "putyovka" istəyinə "yox" deyilib
Bu gün, 07:17
Şərur sakininin başına açılan oyunlar - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Paşinyanın yeni dəst-xətti... - burada Rusiya yoxdur...
Bu gün, 07:08
Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir - NƏ ETMƏLİ?
Bu gün, 07:05
Müştərilər üçün OPTİMAL TƏLƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ - "Onlar da sertifikasiyaya cəlb olunsun"
Bu gün, 06:57
Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? - AKTUAL
Bu gün, 06:55
BU NƏDİ BELƏ: Həkim fala baxır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:53
"Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı - KİV
Bu gün, 06:41
Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:37
Ev bazarında 100 min yeni 'KUPÇA'... NƏYİ DƏYİŞƏCƏK...
Bu gün, 06:34
Təyyarələr havaya qalxdı, silahlar hazırlandı – Paşinyandan Rusiyaya ağır zərbə
Bu gün, 06:30
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru