Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                     “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” .....                     Ədalət partiyası .....                     Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi .....                     Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... .....                     Tirana sammiti: Bakının diplomatiyasının zəfəri .....                     Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub .....                     Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: .....                     Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi .....                     Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir .....                     Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? .....                     Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                     BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi .....                     Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? .....                     "Belə qaniçən olmaq lazım deyil..." .....                 

Türkiyənin güclənməsi dünyanı niyə qorxudur? - Osmanlı xofu
Tarix: 11-02-2021, 12:50 | Çap et
 Türkiyənin güclənməsi dünyanı niyə qorxudur?
Türkiyənin Yaxın Şərq, Aralıq dənizi və Orta Asiyada öz nüfuz dairəsini genişləndirməsi Qərbi hamıdan çox narahat etməyə başlayıb.

Əvvəllər parçalanmış Türkiyə xəritəsi ilk gündəmə gələn “Stratfor”un qurucusu Corc Fridman bu dəfə başqa bir iddia ilə diqqət çəkib. Fridmanın “Qarşıdakı 100 il” adlı kitabında Türkiyə ilə bağlı yeni xəritə dərc edib. O, xəritəsində Türkiyənin 2050-ci ilədək öz təsir dairəsinə saldığı ölkələrin adlarını qeyd edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Stratfor”a görə, Türkiyə 2050-ci ilədək bu ölkələri öz təsir dairəsinə daxil edəcək:

“Yunanıstan, Cənubi Kipr, Liviya, Misir, Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan və Qazaxıstan”. Eyni zamanda xəritəyə baxdıqda adları çəkilən ölkələr arasında Özbəkistan, Şimali Qafqaz, Donbas kimi ərazilər də daxildir. Ümumiyyətlə, son illər illər Türkiyənin regional güc mərkəzinə çevrilməsi ətraf regionlardakı geosiyasi proselərə təsir imkanlarını artırıb. Bunu Yaxın Şərqdə, Şimali Afrikada, Balkan regionunda, Şərqi Aralıq dənizində, Ukrayna ilə münasibətlərdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada görmək olar.

Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatmasından sonra Türkiyə Mehri dəhlizi vasitəsilə Naxçıvan və Azərbaycan üzərindən, yəni Şərq-Qərb nəqliyyat dəhlizinə geniş çıxış əldə edib. Bu da öz növbəsində, perspektivdə Türkiyənin Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi fəallığının artmasına səbəb olacaq.

Türkiyənin ətraf coğrafiyada təsir dairəsinin artması Rusiya, İran, ABŞ, Fransa, Yunanıstan kimi ölkələrlə rəqabətin artmasına səbəb olub. Ona görə də yaxın gələcəkdə Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiyada bu rəqabətin güclənəcəyi gözlənilir.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Corc Fridmanın yaydığı xəritə həqiqəti əks etdirmir:

“Qərb analitikləri mediada vaxtaşırı olaraq müxtəlif xəritələr yaymaqla həmin məlumatlara reaksiyalara öyrənməyə çalışır. Yəni xəritələrlə manipulyasiya etməklə beynəlxalq rəyi öyrənmək, ona olan reaksiyaları nəzərdən keçirmək və nəticələri təhlil etmək istəyirlər. Bu son xəritədə demək olar ki, Türkiyənin keçmiş Osmanlı imperiyası ərazisində təsir gücünü bərpa etməsini sanki, təqdim edirlər. Bu da təsadüfi deyil. Bir neçə ildir ki, Qərb mediasında yeni Osmanlı imperiyasının qurulması ilə bağlı əsassız olaraq həyəcan təbili çalınır. Həmin təbliğatın məqsədi bundan ibarətdir ki, guya Türkiyə dövləti Osmanlı imperiyasını bərpa etmək üçün hərəkətə keçib. Lakin bu iddiaların heç bir əsası yoxdur.

Türkiyə yalnız öz dövlət maraqlarından, demokratik respublika kimi cümhuriyyət mənafeyindən çıxış edir. Bütün ölkələr kimi Türkiyənin özünün geosiyasi və geoiqtisadi hədəfləri var. Bu hədəflərə çatmaq üçün Türkiyə lazımlı və nəticəli addımlar atır. Amma müxtəlif xəritələr yaymaqla Qərb dövlətləri üzərində qorxu atmosferi yaratmağa çalışırlar. Guya ki, qonşu dövlətləri belə bir təhlükə gözləyir və sairə. ABŞ, Rusiya və İran amilinə gəlincə, hər üç ölkə ilə Türkiyənin normal münasibətləri var. Co Bayden administrasiyasından da Türkiyə ilə bağlı müsbət mesajların verilməsinin şahidi olduq. Analoji yanaşmanı rəsmi Ankara da nümayiş etdirdi. ABŞ və Türkiyə NATO-nun üzvüdür və müttəfiq dövlətlərdir.

Tükiyənin Rusiya ilə çoxtərəfli əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq bir sıra formatlarda həyata keçirilir və hələlik müsbət nəticələr verir. İranla münasibətlərdə bəzən rəqabət yaransa da Yaxın Şərqdə problemli bölgələrlə bağlı yaxın əməkdaşlıq qurulub. Amma Türkiyənin yürütdüyü siyasi xətt yerləşdiyi coğrafiyanın təhlükəsizliyi, sabitliyi və rifahına xidmət edir. Burada hər hansı imperialist düşüncənin, siyasətin şahidi olmuruq. Ona görə də düşünürəm ki, sözügedən xəritənin yayılması siyasi manipulyasiyadır”.

Vüqar Zifəroğlu onu da vurğuladı ki, Türkiyənin regionu idarə etmək təcrübəsi var. Son illər Türkiyənin ətraf bölgələrdə, o cümlədən türk dünyasında nüfuzunun artması işğalçılıq və ya imperialist məqsəd daşımır. Türkiyə bölgənin inkişafı və çiçəklənməsinə yönəlik proseslərdə yer alır:

“Biz bunu Liviyada, Suriyada, İraqda, Qarabağda gördük. Bunlar Türkiyənin özünün də daxil olduğu, sülh və rifaha xidmət edən addımlardır. Səbəb isə təbiidir. Çünki Türkiyə bölgəni yaxşı tanıyır və yüz illərə söykənən idarəçilik təcrübəsi var. Bu da təbii olaraq bir sıra problemlərin həllində Türkiyənin aparıcı rol oynamasını təmin edəcək. Belə xəritələrin yayılması isə Türkiyənin müsbət roluna kölgə salmaqdan başqa bir şey deyil. Türkiyədən Osmanlı kabusu düzəlməyə çalışırlar. Məqsəd rəyləri öyrənmək və gələcəkdə Türkiyəyə qarşı atılacaq addımları müəyyənləşdirməkdir ”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Bu gün, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Bu gün, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Bu gün, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Bu gün, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Bu gün, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Bu gün, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Bu gün, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Bu gün, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Bu gün, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Bu gün, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Bu gün, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Bu gün, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Bu gün, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Bu gün, 11:03
"O çörək sənə zəhər olsun"
Bu gün, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Bu gün, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Bu gün, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Bu gün, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Bu gün, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Bu gün, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Bu gün, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Bu gün, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Bu gün, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Bu gün, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Bu gün, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Bu gün, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Bu gün, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Bu gün, 09:07
Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Bu gün, 09:03
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Bu gün, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Bu gün, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Bu gün, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Bu gün, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Bu gün, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Bu gün, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Bu gün, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Bu gün, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru