İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                     “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” .....                     Ədalət partiyası .....                     Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi .....                     Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... .....                     Tirana sammiti: Bakının diplomatiyasının zəfəri .....                     Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub .....                     Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: .....                     Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi .....                     Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir .....                     Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? .....                     Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                 

Şimali Qafqaz hədəfdə: “Bu, Rusiyaya əlavə problem yarada bilər” – MÜSAHİBƏ
Tarix: 18-02-2021, 09:16 | Çap et
Şimali Qafqaz hədəfdə: “Bu, Rusiyaya əlavə problem yarada bilər”
“Rusiya indi onu da başa düşür ki, Əsəd rejiminin PYD və YPG ilə münasibətləri yaxşı deyil. Əlbəttə, bu qarşıdurmada Rusiya Əsədə üstünlük verir. Əsəd isə istəmir ki, PKK və onun törəmələri Suriyanı parçalasınlar. Əslində bu məqamda Türkiyənin xarici siyasətindəki yanlışlığı da qeyd etmək lazımdır. Mənə elə gəlir ki, belə bir vəziyyətdə Türkiyə Əsədlə hansısa formada təmaslara başlamalıdır. Çünki bu məsələdə Əsəd və Ankaranın maraqları üst-üstə düşür”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Suriya və İraqın Türkiyə ilə sərhəd bölgələrində kürd terror təşkilatları yenidən fəallaşıb. ABŞ və Avropa mediası “ənənə”yə uyğun olaraq, bu dəfə də Türkiyəyə qarşı kürd terrorizminə dəstək verməyə başlayıb. Hesab etmək olarmı ki, “kürd kartı” yenidən masaya atılır?

- Vəziyyət getdikcə gərginləşir. PKK və onun törəmə təşkilatları İraq və Suriya ərazilərində təxribatlarından əl çəkmirlər. Bu da Türkiyəni məcbur edir ki, vəziyyətə uyğun addımlar atsın. PKK və törəmələrinin məqsədləri aydındır. ABŞ və Avropanı bu prosesə qatmaq istəyirlər. Co Bayden ABŞ-da hakimiyyətə gəlib, yeni xarici siyasət strategiyasını müəyyənləşdirib.

Aydındır ki, ABŞ-ın yeni administrasiyasının Türkiyəyə qarşı münasibəti hamar olmayacaq. Ultimatum veriblər ki, Türkiyə “S-400” sistemlərindən imtina etsin, amma Ankara bunun mümkün olmayacağını bildirib. Belə olan təqdirdə yenə də Türkiyənin Suriyada ABŞ və Avropa ilə maraqları kəsişəcək.

İndi önəmli olan məsələləri Rusiya ilə dialoq şəraitində həll etməkdir. Amma bütün məsələləri Rusiya ilə uzlaşdırmaq da o qədər asan deyil. Çünki Rusiyanın da Suriyada xüsusi maraqları var. Suriyadakı problemlər isə dondurulub. Yeddi-səkkiz il müharibə getdi, hər kəs – Əsəd, PKK və onun tərəmələri və digər qüvvələr öz ərazilərinə nəzarət edir. Bir-birinə qarşı çox da irəliləyə bilmirlər. Yəni, hər bir dövlətin Suriyada öz maraqları var.

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Rusiya və İran Bəşər Əsədi qorumağa, onun qüvvələrini gücləndirməyə cəhd edir. Avropa və ABŞ da bölgədəki radikal qüvvələrlə ittifaq qurmaq üçün səylər göstərir. Fərqli maraqlar olduqca, Suriyadakı problemləri həll etmək çətin olacaq.

- Suriyanın Haseke bölgəsində YPG terror təşkilatı ilə Bəşər Əsəd qüvvələri arasında qarşıdurma yaşanır. İddiaya görə, Rusiya Əsəd qüvvələrini dəstəkləmək üçün bölgədə yeni hərbi birliklər qurur. Bu gəlişmə Rusiya-YPG savaşının əsasını qoya bilərmi?



- 1980-ci illərdə sovet kəşfiyyatı PKK-nın yaranmasında önəmli rol oynayıb. Sovet İttifaqı dağıldıqdan – 1991-ci ildən sonra Rusiyanın kəşfiyyat orqanlarının PKK ilə təmasları olub. Təsadüfi deyil ki, Suriyadan müharibə başladıqdan sonra da Rusiyanın PKK və onun törəmələri ilə təmaslarının olduğu üzə çıxdı.

PYD və YPG-nin liderləri ara-sıra Moskvaya da gedirdilər. Hətta YPG Moskvada nümayəndəlik də açdı və bu, Türkiyənin narazılığına səbəb oldu. 2015-ci ildə təyyarənin vurulması nəticəsində Türkiyə-Rusiya münasibətləri gərginləşdikdən sonra Moskvadan açıqlama verildi ki, kürd radikallarına hərbi-texniki dəstək verəcəklər. Amma Türkiyə ilə barışıq əldə olunduqdan sonra bu siyasətlərindən imtina etdilər.

Rusiya indi onu da başa düşür ki, Əsəd rejiminin PYD və YPG ilə münasibətləri yaxşı deyil. Əlbəttə, bu qarşıdurmada Rusiya Əsədə üstünlük verir. Əsəd isə istəmir ki, PKK və onun törəmələri Suriyanı parçalasınlar. Əslində bu məqamda Türkiyənin xarici siyasətindəki yanlışlığı da qeyd etmək lazımdır. Mənə elə gəlir ki, belə bir vəziyyətdə Türkiyə Əsədlə hansısa formada təmaslara başlamalıdır. Çünki bu məsələdə Əsəd və Ankaranın maraqları üst-üstə düşür. Türkiyə də Suriyanın ərazi bütövlüyünün qorunmasını istəyir, Əsəd də... Bu baxımdan, Əsədlə müəyyən danışıqlara getmək olar.

Əgər Rusiya Əsəd rejiminə dəstək məqsədilə radikal kürdlərlə mübarizəyə başlayacaqsa, bu, Türkiyənin də maraqlarına uyğundur. Türkiyə neçə illərdir bunu istəyir. Düşünürəm ki, bundan sonra Ankara-Moskva-Dəməşq üçbucağı yarana bilər. Onsuz da bu formatda danışıqlar gedir. Amma PKK-nı tam tərksilah etmək və neytrallaşdırmaq baxımından, Türkiyə müəyyən səviyyələrdə Əsədlə təmasları sıxlaşdıra bilər.

- Barak Obamanın ABŞ-da hakimiyyəti dönəmində bölgədə kürdlərə dövlət qurmaq üçün aktiv səylər göstərilirdi. Həmin siyasi kursu davam etdirəcəyi gözlənilən yeni Prezident Co Bayden bu plana qayıdış edə bilərmi?

- Həmişə kürdlərlə PKK-nın eyniləşdirilməsinin əleyhinə olmuşam. Türkiyədə milyonlarla kürd yaşayır. Türkiyədə kürdlərin tanınmış simaları, oliqarxları var. Suriya və İraqda da kürdlər yaşayır. Türkiyənin sivil kürdlərlə heç bir problemi yoxdur. Məsələn, Türkiyənin Şimali İraq Kürd Muxtariyyəti ilə çox sıx əlaqələri var, hətta ittifaqdadırlar. Türkiyənin əsas düşməni PKK, YPG və PYD-dir. Çünki onların hər biri terror təşkilatıdır. Bunda görə də, Türkiyə terrorizmə qarşı mübarizəsini davam etdirəcək. PKK son olaraq, İraqda bir mağarada 13 Türkiyə vətəndaşını qətlə yetirib.

Ümumiyyətlə, bölgədə kürd dövlətinin yaradılması çoxlarının maraqlarına cavab vermir. Türkiyə, İran, İraq və Suriya bunda maraqlı deyil. Tarix elə gətirib ki, kürdlər özlərinə dövlət qura bilməyib. Amma kürdlərin İraqda muxtariyyəti var, digər dövlətlərdə hüquqları ən yüksək səviyyədə tanınır və onlar bunlardan çox rahat şəkildə istifadə edirlər. Amma PKK təxribatlarını davam etdirib kürdləri radikallaşdırmağa çalışır. Amma kürdlərin əksəriyyəti PKK, YPG və PYD-nin arxasınca getmir, öz sivil həyatlarını davam etdirir.

Bir neçə il əvvəl Şimali İraqda müstəqilliklə bağlı referendum keçirildi, bunu heç kim tanımadı. Əksinə, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri bununla öz vəziyyətini gərginləşdirdi. Amma öz səhvindən nəticə çıxardı, yenidən köhnə strategiyasına qayıtdı və münasibətlər normallaşdı. Hesab edirəm ki, kürdlərin bölgədə dövlət yaratması yeni regional müharibəyə gətirib çıxaracaq. Bu o qüvvələrin maraqlarına cavab verir ki, bölgədə toqquşmaların yaranmasını istəyirlər.

Məsələn, ABŞ və Avropanın hansısa siyasi mərkəzləri kürd dövlətinin yaranmasını istəyə bilərlər. Onlar bununla Türkiyə və Rusiyanın, eləcə də digər dövlətlərin toqquşmalarını arzulayırlar. Amma bu, Türkiyə, Suriya və Rusiyanın, habelə digər bölgə dövlətlərinin maraqlarına cavab vermir.

- Son iki ayda Rusiya Federal Təhlükəsizlik Xidməti Şimali Qafqazda bir neçə dəfə antiterror əməliyyatı keçirib. FTB-nin açıqlamasında bildirilir ki, son əməliyyatda həbs olunanlar öz xilafətini yaratmağa çalışan “Ət-Təkfir vəl-Hicra” təşkilatının üzvləridir. Sizcə, qarşıdakı dövrdə Şimali Qafqaz kənardan maliyyələşdirildiyi iddia olunan bu kimi təşkilatların hədəfinə çevrilə bilərmi?

- Bölgədə 1990-cı illərin əvvəllərində daha qarışıq idi. Şimali Qafqaz, Dağıstan və Çeçenistanda daha çox radikal qruplaşmalar vardı. Rusiya ən azı 20 il onlara qarşı mübarizə apardı və ağır zərbələr endirdi. Nəticədə Çeçenistan və Dağıstan tamamilə ram edildi. Amma müəyyən qruplar hələ də qalır. Hələ də gizli qruplaşmalar şəklində Şimali Qafqazın müəyyən yerlərində öz fəaliyyətlərini davam etdirirlər. Bu, indi olmasa da, gələcəkdə Rusiyanın problemlərini artıra bilər. İndi sayları azdır. Amma istisna deyil ki, sayları yenidən arta və hansısa xarici mərkəzlərdən maliyyələşdirilə bilər.

Şimali Qafqazda vəziyyətin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermir. Biz də sabitlikdə maraqlıyıq ki, belə toqquşmalar olmasın. Rusiya 1990-cı illərdə Çeçenistanda müharibə gedəndə bizi də ittiham edirdi ki, guya biz çeçenlərə dəstək veririk. Amma bu belə deyildi, biz bölgədə əməkdaşlıq və sabitlikdə maraqlı idik, indi olduğu kimi...

Rusiyanın bu gün də Şimali Qafqazda müəyyən qruplarla savaşı davam edir. Yəqin ki, bu, gələcəkdə də belə olacaq, çünki meşələrdə gizlənənlər var, onlar da hansısa xarici mərkəzlərdən müəyyən dəstək alırlar. Bununla belə, vəziyyət 1990-cı illərdəki kimi deyil. Həmin dövrdə vəziyyət çox ağır idi. Silahlı mücahidlərin və qruplaşmaların sayı minlərlə idi. İndi də kiçik qruplar var, amma Rusiya kəşfiyyatı aktiv şəkildə onları neytrallaşdırmağa çalışır.

- Ermənistanın keçmiş Robert Köçəryandan sonra digər sabiq dövlət başçısı Serj Sərkisyan da siyasətə qayıdışını açıqladı. Cəmiyyət tərəfindən o qədər də xoş qarşılanmayan bu şəxslərin dönüşü nə vəd edir?

- Əslində Köçəryan və Sərkisyan siyasətə dönmür. Onların hər ikisi “vurulmuş kart”dır. Nə müxalifətdə, nə də hakimiyyətdə təmsil olunurlar. Heç müxalifətin də əsas fiqurları deyillər. Ümumiyyətlə, “Qarabağ klanı” İkini Qarabağ Savaşından sonra zəifləyib. Yəni, onların geri dönüşü mümkün deyil, erməni cəmiyyəti Sərkisyan və Köçəryana səs verməyəcək.

Erməni cəmiyyəti hazırkı durumla barışıb və Paşinyanın hakimiyyətini davam etdirməsini istəyirlər. Paşinyan müxalifətə səsləndi ki, gəlin, seçki keçirək. Amma müxalifət bundan qorxdu. Çünki qələbə qazana bilməyəcəyini anlayır. Paşinyan dedi ki, siz seçki istəmirsinizsə, mən dünəndən istəmirəm. Yəni, Ermənistan baş naziri öz mövqelərini qorudu. Buna görə də, Sərkisyan və Köçəryanın nə demələri bizi çox da maraqlandırmamalıdır. Gündə bir müsahibə verib, bir söz deyirlər.

Ümumiyyətlə, bu axmaqlara çox fikir vermək lazım deyil. Onların heç bir gücü, qüvvəsi yoxdur. İrəvanın mərkəzində bir çadır qurublar, axşamlar yığışıb orada söhbət edirlər. Nə Köçəryan, nə də Sərkisyanın hakimiyyətə qayıtmaq şansı var. Bir az suyu bulandıra, maraq kəsb edən bir söz deyə bilərlər. Amma onların dilə gətirəcəkləri detallar 10 Noyabr anlaşmasından sonra bizi maraqlandırmamlıdır.

Biz qələbə qazanmışıq və yerdə qalan məsələlərin həllinə çalışmalıyıq. Əlbəttə, Köçəryan və Sərkisyanın nüfuzları olsaydı, dedikləri bizi maraqlandıra bilərdi. Amma onların hakimiyyətə gəlmək üçün belə bir imkanları yoxdur.

Ermənistanın indiki siyasi palitrasında Paşinyana alternativ qüvvə mövcud deyil. Düzdür, Qarabağdakı müharibədən sonra Paşinyanın reytinqi aşağı düşüb, amma nə qədər aşağı olsa da, ona alternativ yoxdur. Məsələn, keçmiş müdafiə naziri Vazgen Manukyanı ortaya atıblar. Amma onun da reytinqi yoxdur. Guya fevralın 20-də mitinq təyin ediblər. Ermənistan müxalifəti Paşinyanı müharibədən sonra devirə bilməyibsə, bunu indi necə edəcək? Üstəgəl, Ermənistan cəmiyyəti artıq məğlubiyyətlə barışıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07
Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Dünən, 09:03
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Dünən, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Dünən, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Dünən, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Dünən, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Dünən, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Dünən, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Dünən, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Dünən, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Dünən, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Dünən, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Dünən, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Dünən, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Dünən, 05:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru