“ABŞ İrana “nəfəslik” açır, amma...” - TƏHLİL
Tarix: 19-02-2021, 18:15 | Çap et
 Co Bayden Amerikada prezident seçilər-seçilməz bir neçə ölkənin üzərindən "meh" kimi əsib keçdi. Lakin "meh"in nə qədər güclü ola biləcəyi bəlli deyil. Amerika prezidenti C.Bayden Rusiyanın ABŞ üçün təhdid , o cümlədən Türkiyənin Rusiyadan S-400 raket almasının yolverilməz olduğunu, həmçinin İranla dialoqun davam edəcəyini bildirmişdi. Görünür, İranla ABŞ münasibətləri yumşala bilər. Bu dəfə ABŞ Dövlət Departamentindən bildirilib ki, Amerika BMT- yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb. Bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb. Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib. Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.
Məsələni "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, atılan addım ABŞ-ın İrana qarşı iddialarından əl çəkməsi demək deyil:
"Amerikanın BMT -yə təqdim etdiyi sanksiya tələbini geri götürməsi sadəcə olaraq ABŞ-ın yeni Adminstrasiyasının İrana münasibətdə xoşməramlılığının göstəricisidir. Çünki rəsmi Tehran hələ də rəsmi Vaşinqtona qarşı irəli sürdüyü şərtləri qəbul etmir.
Bundan sonrakı mərhələdə ABŞ, Avropa İtiifaqı, Rusiya, Çin İranın nüvə proqramı ilə bağlı danışıqlara başlayacaq. Daha sonra sanksiyanın müddəalarının həyata keçirilmə məsələsinin nə qədər doğru olub-olmadığı öz əksini tapacaq".
S.Soltan deyib ki, Rusiya və Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların motivləri fərqlidir:
"Türkiyə Rusiyadan S-400 raket kompleksini aldığı üçün ona qarşı sanksiya tətbiq edilib. ABŞ təklif edir ki, bu kompleksdən imtina edilsin. Türkiyə də qarşılıq olaraq kompleksi alıb, amma istifadə etməyəcəyini bildirir. Deyir ki, ABŞ, o cümlədən NATO-ya üzv olan başqa ölkələr həmin raket kompleksini əvəz edə biləcək qurğular tapsın.
Bu məsələ istiqamətində danışıqlar gedir. Nəticədə, Türkiyə ilə ABŞ arasındakı sanksiya məsələsi həllini tapacaq. Rusiya tətbiq edilən sanksiya isə Ukrayna ilə bağlıdır.
Bu Rusiyanın Krım yarımadasını ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsindən irəli gəlir. Güman ki, İranla pərdəarxası danışıqlar aparılır.
Bu günlərdə atom enerjisi Beynəlxalq Agentliyin baş direktoru İrana səfər etdi. İranla atom enerjisi Beynəxalq Agentliyi arasında hansısa anlaşma ola bilər. O anlaşmanın nəticəsi olaraq, ABŞ həmin addımı atıb. Lakin ABŞ-ın İrana qarşı iddiaları tam təmin etməsi ilə bağlı heç bir məlumat yoxdur. Bu isə sanksiyaların davam edəcəyi anlamına gəlir.
Hələ başlanğıcdır, sonrakı mərhələdə bütün məsələlərin gedişatı İran tərəfindən aslı olacaq. İran atom sahəsində şəffaflığını təmin etsə, raket istehsalını dayandırsa, insan haqlarına hörmət etsə, İranın məsələsi daha asan başa gələcək .
Politoloq ABŞ-ın İrana “qapı” açdığını deyib:
"Amerika İrana “nəfəslik” açır ki, işıq düşsün və hadisələrə daha real yanaşsın. İranın məsələyə daha real yanaşa bilməsi üçün ölkədəki vəziyyət bunu tələb edir. Təzyiqlər isə öz yerindədir, heç bir təzyiq aradan qalxmayıb".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47 |
|
|
|
• Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44 |
|
|
|
• Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37 |
|
|
|
• Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28 |
|
|
|
• Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18 |
|
|
|
• “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08 |
|
|
|
• Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04 |
|
|
|
• Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33 |
|
|
|
• Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26 |
|
|
|
• Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24 |
|
|
|
• İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21 |
|
|
|
• “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13 |
|
|
|
• Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• "O çörək sənə zəhər olsun"
Dünən, 10:58 |
|
|
|
• “Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57 |
|
|
|
• Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35 |
|
|
|
• “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27 |
|
|
|
• İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24 |
|
|
|
• Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20 |
|
|
|
• "Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18 |
|
|
|
• “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15 |
|
|
|
• “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10 |
|
|
|
• Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53 |
|
|
|
• Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50 |
|
|
|
• Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
• Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35 |
|
|
|
• Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16 |
|
|
|
• Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13 |
|
|
|
• Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09 |
|
|
|
• Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07 |
|
|
|
• Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Dünən, 09:03 |
|
|
|
• Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Dünən, 08:57 |
|
|
|
• Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Dünən, 08:56 |
|
|
|
• Separatçıların ofisi də bağlanacaqmı...
Dünən, 08:46 |
|
|
|
• BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Dünən, 08:42 |
|
|
|
• Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Dünən, 08:36 |
|
|
|
• "Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Dünən, 08:30 |
|
|
|
• "İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Dünən, 08:17 |
|
|
|
• Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Dünən, 08:07 |
|
|
|
• Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Dünən, 06:48 |
|
|
|
• "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Dünən, 06:40 |
|
|
|
• Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Dünən, 06:36 |
|
|
|
• “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Dünən, 05:45 |
|
|
|
|