“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                 

“Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”
Tarix: 24-02-2021, 11:17 | Çap et
“Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”
“Vaxtı ilə Şimali Atlantika İttifaqı, artıq mövcud olmayan Varşava Paktı ilə güc balansı üçün yaradıldı. NATO-nu dəstəkləyərərk, Avropa bütövlükdə cəmiyyətin bölünməsini dərinləşdirməyə davam edən bir geopolitik məntiqdən yanaşır”.

Bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib. NATO-nun bir təşkilat olaraq artıq aktual olmadığını qeyd edən Makron, İttifaqın hərbi formatını tənqid edib: “Bəzən artıq mövcud olmayan və Avropanı parçalamağa davam edən bir geopolitik məntiqlə, artıq mövcud olmayan bir ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk”.

Fransa Prezidenti nə qədər haqlıdır? Məsələn, eyni Gürcüstan və Ukrayna üçün potensial NATO üzvlüyü gələcəkdə ərazi bütövlüyünü bərpa etmək üçün yeganə ümid olaraq qalır. Təbii ki, onlar öz torpaqlarını Rusiyadan təkbaşına geri almaq iqtidarında deyil. Yəni Kremlin təcavüzkar istəklərini tarazlaşdırmaq nöqteyi-nəzərindən NATO-nun rolunu qiymətləndirməmək, sadəcə mümkün deyil. Rusiya Federasiyası sərhədləri yaxınlığında nisbətən zəif və kiçik ölkələr çoxdur.

NATO-nu ilk dəfə tənqid etməyən Makronun fikirlərinin arxasında nə dayanır? Daha əvvəl Fransa Prezidenti NATO-nun “beyin ölümü” keçirdiyindən danışmışdı. Son Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron, Avropanı öz müdafiə strategiyasını inkişaf etdirməyə və bu vəzifəni ABŞ-a həvalə etməməyə çağırdı. Bundan əlavə, əvvəllər o, Rusiya ilə ortaq bir Avropa təhlükəsizlik arxitekturası çərçivəsində bir dialoqa SƏSLƏDİ və “əsl Avropa ordusu”nun yaradılmasında israr etdi.

Doğrudanmı, Avropa Birliyi (AB) ordusu yaradılacağı təqdirdə, NATO kimi qlobal bir hərbi təşkilat olmadan, yalnız Rusiya qoşunlarına təsirli bir şəkildə müqavimət göstərə biləcəyini düşünür? Və Makronun bu cür açıqlamalarının, ondan çox güclü olan Merkelin gedişindən sonra ümumi Avropaya rəhbərlik etmək istəyi ilə əlaqəli olduğunu düşününlər haqlıdırlarmı?

AYNA mövzunu əcnəbi ekspertlərlə müzakirə edib.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Fransanın əvvəllər də NATO ilə bağlı fərqli bir mövqedə olmasını unutmayaq. Bir çoxları unudur ki, bu ölkə 1966-cı ildə Fransa Prezidenti general Şarl de Qollun rəhbərliyi altında NATO-nun hərbi komandanlıq strukturlarından çıxdı və hətta, NATO-nun komandanlığı və mərkəzi ofisi Parisdən Brüsselə köçürüldü. Fransanın NATO hərbi strukturlarına qaytarılması yalnız 2009-cu ildə baş verdi.

Demək lazımdır ki, Rusiya mətbuatı Makronun NATO ilə bağlı sözlərini “Financial Times”-a verdiyi müsahibənin əsas məzmunu kimi çatdırsa da, o, NATO-dan yalnız söhbətin sonunda təsadüfi məqam kimi danışır və jurnalistin onu bu mövzuda daha çox sorğu-suala tutmasına imkan vermir. Həm Şarl de Qollun, həm də Emmanuel Makronun məntiqi aydındır: Fransanın rolu və təsiri çoxqütblü bir dünyada böyüyür, iki qütblü dünyada isə azalır. Beləliklə, Fransa Prezidentinin bəzi geopolitik korluğu - Rusiyanı təhdid olaraq görməkdən imtina etmək, hətta kommunist Çinin timsalında bir təhlükə görməkdən imtina etmək bu məntiqdən qaynaqlanır. Buna görə ABŞ-ı Qərb dünyasının yeganə və təbii lideri kimi görməkdən imtina edilir.

Ancaq biz, keçmiş kommunist imperiyasının vətəndaşları, hər şeyi Makrondan daha yaxşı görür və başa düşürük. Bizim üçün Rusiya lap yaxındadır. Bizim, Rusiyanın zaman-zaman cinahlarda mövqe döyüşlərinə çevrilən, əleyhinə hibrid müharibəsi apardığı Qərb dünyasının lideri və qoruyucusu olaraq ABŞ-a həyati olaraq marağımız var. Dnestryanı bölgə, Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ - bütün bu qarşıdurmaların arxasında Rusiya dayanır - SSRİ-nin dağılmasını iyirminci əsrin ən böyük fəlakəti hesab edən Rusiya. Biz burada son müstəmləkə imperiyasının, millətlərin həbsxanasının çöküşünü görürük və Rusiya rəhbərliyi intiqam almaq istəyir, qonşu dövlətləri özünə tabe etməyə, Avropa Birliyini parçalamağa və ABŞ-da qarışıqlıq yaratmağa çalışır.

Yeri gəlmişkən, mənə dedilər ki, Putinin Makrona qarşı kompromatı var və bu, onun ani geosiyasi korluğunu izah edir. Prezident de Qoll ilə tarixi paralellərin işə düşməsini düşünmək istərdim. ABŞ da Böyük Britaniya, Polşa və nəhayət Ukrayna kimi digər Avropa ölkələrini əsas müttəfiqləri olaraq seçəcək. Belə bir ittifaqın artıq formalaşdığına dair bəzi əlamətlər var. Ancaq, ümumiyyətlə, Prezident Baydenin görəcəyi hələ çox işi olduğunu etiraf etməliyik”.

Ukraynalı politoloq, “Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara dəniz Təhlükəsizlik” jurnalının baş redaktoru Mixail Qonçar:

“Makronun bu açıqlamalarına çox əhəmiyyət verməzdim. NATO-da “hava şəraitini” Paris yox, ABŞ, Kanada və İngiltərənin anqlo-sakson ittifaqı müəyyən edir. Fransa həmişə NATO-da xüsusi bir mövqe tutub. NATO qərargahının Parisdən Brüsselə köçürülməsi ilə başa çatan 60-cı illərdəki Fransız demarşlarını xatırlamaq kifayətdir.

Fransa Avropada liderliyini bərpa etməyi səbirsizliklə gözləyir. Lakin obyektiv səbəblərə görə bugünkü Fransa Almaniya ilə rəqabət edə biləcək bir vəziyyətdə deyil. Yəqin ki, Makron Merkelin gedişi ilə onun kölgəsindən çıxmaq və Avropada birinci olmaq şansının olacağına inanır. Ancaq bunun reallaşması ehtimalı azdır. Dəyərsiz liderlər buna qadir deyillər. Avropa ordusu yaratmaq ideyası yeni bir fikir deyil, amma reallaşma ehtimalı azdır. 1990-cı illərdə Balkanlardakı hadisələr göstərdi ki, ABŞ və NATO olmadan Avropa təhlükəsizlik məsələlərini həll etmək iqtidarında deyil.

NATO dəfələrlə daxili böhran yaşadı. Sovet və daha sonra Rusiya təbliğatı bir neçə dəfə blokun çöküşünü proqnozlaşdırırdı. Bunların heç biri olmadı. İttifaqın üzvlərinin sayı yalnız artdı. Səbəbi Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO çətiri olmadan Rusiyanın təcavüzkar siyasəti qarşısında özlərini təhlükəsiz hiss etməməsidir. Buna görə İttifaqa üzv oldular.

İndi növbədə Gürcüstan və Ukrayna dayanır. Yeri gəlmişkən, 2008-ci ildə NATO-nun Buxarest sammitində bizə Üzvlük Fəaliyyət Planının təqdim edilməsinə maneə törətməklə, Fransa və Almaniyadan ölkələrimizin arxasına saplanan bıçaq olmasaydı, artıq NATO üzvü idik. Və o zaman nə Gürcüstan, nə də Ukraynan Rusiyanın tərəfdən öz ərazilərinin işğalı faktı ilə üz-üzə qalacaqdı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru