"Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                 

“Cihad” poliqonu Yaxın Şərqdən Əfqanıstana köçürülür: - Rusiya ilə Çin arasında bufer zona yaradılır
Tarix: 23-03-2021, 11:41 | Çap et
“Cihad” poliqonu Yaxın Şərqdən Əfqanıstana köçürülür:
ABŞ-ın Taliban ilə bağladığı Doha sazişinə əsasən, öz qoşunlarını Əfqanıstandan çıxarma vaxtı daralır.

Ovqat.com-un məlumatına görə, 29 fevral 2020-ci il tarixində Qətərin paytaxtı Dohada imzalanan sazişdə ABŞ 2021-ci ilin mayına qədər Əfqanıstanı tamamilə tərk etmək öhdəliyini boynuna götürüb.

Bu gündən həmin tarixə qədər cəmi 1 ay, 1 həftə zaman qalır. Müqavilə imzalandığı gündən indiyə qədər keçən bir il ərzində ABŞ öz əsgərlərinin böyük qismini həqiqətən də Əfqanıstandan çıxarıb. Saziş imzalananda ABŞ-ın bu ölkədə 13 min əsgəri vardı. 2020-ci il iyun ayının ortalarında ABŞ Əfqanıstandakı əsgər sayını 8.600-ə endirdi, Hilmənd, Uruzgan, Paktika və Lağman vilayətlərində ümumilikdə 5 böyük hərbi bazasını bağladı. Bu ilin 15 yanvarında isə ABŞ-ın Əfqanıstandakı əsgər sayı 2500-ə düşdü. Önümüzdəki 39 gün ərzində bu 2500 əsgər də evinə qayıtmalıdır.

İndiyə qədərki hərbi çəkilmələrin və Talıbanla bağlanan sazişin tarixinə nəzər salanda onların hamısının ABŞ-ın sabiq prezidenti Donald Trampın hakimiyyəti dövrünə düşdüyünü görə bilərik. Yeni prezident Cozef Bayden isə bu məsələyə o qədər də isti yanaşmır. Bayden hökumətinin bəzi rəsmiləri Əfqanıstandan çəkilməyəcəklərinə eyham vuraraq, Taliban ilə təkrar danışıqlara başlamağa ehtiyac olduğunu vurğulayıblar. Bir çox ekspertlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) də hökumətə Əfqanıstandan çəkilməməsi üçün təzyiq göstərdiyini bildirirlər. Mülahizələrə görə, Bayden hakimiyyəti hazırda üç variant üzərində baş sındırır: a) May ayına qədər Əfqanıstandan ayrılmaq; b) Ölkədəki hərbçilərin geri çağrılmasını daha 6 aya qədər uzatmaq; c) Əfqanıstanda müddətsiz qalış.

Taliban rəhbərliyi isə bu fikri yaxına buraxmaq istəmir. Təşkilatın bu yaxınlarda verdiyi bəyanatda ABŞ-ın may ayınadək Əfqanıstandan çıxmasının vacibliyi vurğulanır, əks halda, “ölkədə görünməmiş şiddətlə müharibəyə başlayacaqları” ilə Vaşinqton hədələnir.

Rəsmi məlumatlara görə, hal-hazırda ABŞ-ın 2500, digər xarici güclərin isə Əfqanıstanda 7920 əsgəri var. Üst-üstdə, Əfqanıstandakı xarici əsgərlərin sayı 10 mini keçir. 40 gün ərzində 10 mindən çox əsgəri və onların hərbi obyektlərini təxliyyə etməyin mümkün olub-olmadığı hazırda ən çox müzakirə olunan məsələlərdəndir. Digər başlıca müzakirə mövzusu isə ABŞ əsgərlərinin çəkilməsindən sonra Əfqanıstanda yaşanacaq vəziyyətdir.

Məsələ burasındadır ki, ABŞ-ın bölgədəki təsir gücü azalan kimi, digər regional dövlətlər yaranacaq avtoritar boşluğu doldurmağa çalışacaqlar. Xüsusilə Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi islam dövlətlərinin Əfqanıstan məsələsinə laqeyd qalacağını gözləmək sadəlövhlük olardı. Bəlli olduğu kimi, 20 il əvvəl ABŞ işğalı ilə hakimiyyətdən devrilən və bu müddət ərzində bütün əlverişsiz şərtlərə baxmayaraq xalq arasındakı nüfuzunu itirməyən, əksinə, əfqanları ətrafında toplayıb koalisiya qüvvələrini ölkədən çıxmağa vadar edən Taliban üzərində Pakistanın çox böyük təsiri imkanları var. Sözügedən təşkilat sovet ordusunu Əfqanıstandan qovmaq məqsədilə Pakistan tərəfindən yaradılıb və indiyə qədər də ən ciddi gizli dəstəyi İslamabaddan alıb. ABŞ-la bağlanan Doha sazişindən sonra İslamabad Talibanla daha rahat əlaqə saxlayacaq və Əfqanıstana nəzarətini gücləndirəcək.

İşğal zamanı ABŞ-a gizli dəstək və bilgi verən İran da son 20 ildə Əfqanıstanda öz mövqelərini kifayət qədər sağlamlaşdırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu hətta şiə əfqanlardan ibarət Fatimiyyun könüllülər batalyonu yaradıb. Suriyada, İraqda ən çətin döyüşlərdən çıxmış Fatimiyyun hərbi birləşməsinin tərkibində 12 mindən çox əfqanlının olduğu güman edilir. Bundan əlavə, hazırda Əfqanıstanda İranın dəstəklədiyi bəzi güclü qruplar da var: Cəbheyi - Müqavimət, Hizb-i Vəhdət, Əfqan Hizbullah və digər yerli Xəzəri könüllülər qrupları. Onların arasında hərbi baxımdan bunlardan ən təsirlisi Cəbheyi - Müqavimətdir (Müqavimət Cəbhəsi). “Müqavimət Cəbhəsi”nin hətta Fatimiyyun könüllərindən daha çox silahlını öz ətrafında birləşdirdiyi barədə iddialar var.

ABŞ-ın çəkilməsi ilə ərəb ölkələrinin də Əfanıstanda öz təsir güclərini artıracağı təxmin olunur. Əl-Qaidə, İŞİD kimi cərəyanların indi də Əfqanıstanda kifayət qədər təsir imkanlarının olduğu sirr deyil. İranı həm də Şərqdən sıxışdırmaq üçün Səudiyyə krallığının bütün fürsətlərdən yararlanacağı şübhə doğurmur.

Bütün bu reallıqlar regional hegemoniya uğrunda yarışan İslam ölkələrinin yaxın zamanlarda hesablaşmalarını Yaxın Şərqdən Cənubi Asiyaya köçürəcəyinə işarə edir. Əslində bu da səbəbsiz deyil. İslam daxili münaqişələr nə qədər dünya imperializminin maraqlarına nə qədər uyğun olsa da, hesablaşmaların Yaxın Şərqdə aparılması İsrail üçün böyük təhdid yaradır və təhlükəni başqa ərazilərə köçürmək zərurəti ortaya çıxır.

Üstəlik, müsəlman ölkələrin bir neçə coğrafiyada üz-üzə gəlməsi məzhəb savaşlarının bütün İslam coğrafiyasına yayılması deməkdir. Ən əsası isə Əfqanıstanın yeni döyüş poliqonuna çevrilməsi Orta Asiyanı qan gölünə çevirmək üçün yerli döyüşçülər yetişdirmək işini də asanlaşdırır. Bu zamanadək Yaxın Şərqdə yetişdirilən Orta Asiyalı “cihadçı”ların “təlim poliqonlarından” təyinat bölgəsinə göndərilməsi xeyli çətin başa gəlirdi. Həmin şəxslər bir neçə ölkənin sərhədlərindən keçib vətənlərinə qayıdana qədər xüsusi xidmət orqanlarına yaxalana bilirdilər. İndisə Əfqanıstanda yetişdiriləcək “cihadçıların” heç bir əngələ rastlaşmadan sərt yamaçlı dağların nəzarət edilməsi mümkün olmayan keçidlərindən (Məsələn, Pamir dağındakı Bədəxşan keçidi) aşaraq yeni döyüş bölgələrinə yollana biləcəklər.

Nəzərə alsaq ki, Orta Asiya ölkələrinin idarəçiləri Rusiya ilə Çinin təsir dairəsindədirlər və korrupsioner məmurların dəstəklənməsi ilə yürüdülən müstəmləkəçilik siyasətləri xüsusilə gənc nəsli dini terrorizmin qucağına atır, İslam dünyası üçün nəzərdə tutulan hərbi təlim poliqonunun Yaxın Şərqdən Əfqanıstana “sürüşdürülməsinin” bir başqa səbəbi də ortaya çıxır. Burada məqsəd həm də Orta Asiya ölkələrini Çin və Rusiya investorları üçün təhlükəli hala gətirmək, iki Şərq nəhəngi arasında bufer zona yaratmaq ola bilər.

Sual ortaya çıxır: ABŞ ordusu Əfqanıstanda qalmaqla bu siyasəti daha rahat həyata keçirə bilməzdimi?

Zənnimizcə, bu sual Pentaqonu da, Ağ evin indiki sahiblərini də dərindən düşündürdüyündən onlar ABŞ əsgərlərinin çıxarılması fikrinə o qədər də isti baxmırlar. Bununla yanaşı, ABŞ əsgərlərinin bölgədə qalması istər-istəməz potensial düşmənlərin – məzhəbçi qrupların bir hədəfdə - işğalçı koalisiya qüvvələrinə qarşı birləşdirir. Görünür, məhz bu səbəbdən Vaşinqtonda “ən yaxşısı, kənarda qalmaq və regional alətlərdən istifadə edərək prosesləri arzulanan istiqamətə yönəltmək” fikri hələ ki daha ağır gəlir.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru