Bosfor boğazı Rusiyanın üzünə bağlana bilər – Kremli ram edəcək “fəlakət” ssenarisi
Tarix: 30-03-2021, 08:18 | Çap et
 Türkiyə rus gəmilərinin Bosfordan keçməsini qadağan etmək niyyətindədir. Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın hərbi-aviasiya portalı Avia.pro irəli sürüb. Portalın iddiasına görə, Ankara bundan əlavə, Qara dənizdə NATO hərbi donanmasını da artırmağı planlaşdırır. “Ankara Rusiyanın hərbi gəmilərinin Qara dəniz sularından Aralıq dənizinə və əks istiqamətə keçməməsi üçün çox ciddi məhdudiyyət nəzərdə tutur. Bu, ilk növbədə, Türkiyənin Montrö Konvensiyasını pozmağa imkan verəcək alternativ kanal inşa etmək niyyəti ilə əlaqədardır”, - portal belə yazıb. Avia.pro Türkiyənin ana müxalifət partiyası CHP yetkilisi Gürsel Tekinin fikirlərinə istinad edərək bildirir ki, bu barədə gizli qərar qəbul olunub. Saytın istinad etdiyi fikir: "İstanbul tarixində ən böyük korrupsiya ilə üzləşdi. Təcrübənin əksinə olaraq, abadlıq planı hər hansı bir təşkilatın, qeyri-hökumət qurumlarının, ticarət assosiasiyalarının fikirləri nəzərə alınmadan və İstanbul bələdiyyəsinin komissiyalarında və toplantılarında müzakirə olunmadan, qapalı qapılar arxasında təsdiq edilib", - deyə Cümhuriyyət Xalq Partiyasının sabiq Baş katibi Gürsel Tekin bildirib. Potal vurğulayır ki, Ankara ilə Moskva arasındakı Suriya gərginliyi Rusiya Donanması üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər: “İstanbul kanalı tikiləndən sonra Montrö Konvensiyası öz fəaliyyətini dayandıracaq, bu da Rusiyanın cənub sərhədlərində çox ciddi gərginliklərə səbəb ola bilər”. Ovqat.com-un qeydi 1936-cı ildə Qara dəniz sahildaş ölkələri ilə bağlanan Montrö sazişinə görə, Türkiyə yalnız regional dövlətlərdən biri ilə müharibə edərsə, Bosfor boğazını bağlaya bilər. Son zamanlar Yunanıstanla Türkiyə arasında Şərqi Aralıq dənizi üstündə münasibətlərin gərginləşməsi Ankara üçün belə bir fürsət doğurmuşdu. Lakin hazırda iki dövlət danışıqlar masasında aralarındakı ziddiyyətlərin həllinə çalışırlar. Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Cosep Borellin dünən media orqanlarında dərc olunan bir yazısı da təsdiqləyir. Məqalədə bildirilir ki, Türkiyə-Yunanıstan arasındakı konflikt tədricən ortadan qalxır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ötən həftə Brüsseldə keçirdikləri görüşdə “tərəflər arasında daha konstruktiv münasibət qurmağın vacibliyinə əmin olduğunu” yazan Borell bu təşəbbüsü davam etdirmək üçün “daha fəal şəkildə çalışacaqlarını” vurğulayıb. Odur ki, Türkiyənin yaxın aylarda Bosfor boğazını bağlayacağı inandırıcı görünmür. Bununla yanaşı, belə bir planının olmadığını söyləmək də mümkün deyil. Məlumdur ki, son 500 il ərzində müxtəlif aralıqlarla davam edən, bu gün belə, soyuq savaş metodları ilə sürdürülən türk-rus müharibələrinin əsas hədəfi Bosfor boğazına yiyələnmək olub. İstanbul boğazı da adlanan və Qara dənizlə Aralığı birləşdirən bu keçid məntəqəsi Rusiyanın dünyaya açılan qapısıdır. Həmin qapı bağlanarsa Rusiyanın Qara dəniz hərbi donanması mənasız dəmir yığıntısına çevrilər və ölkənin ixrac məhsullarının mühüm qismi öz bazarını itirər. Bu baxımdan Bosfor boğazı əslində Türkiyənin pəncəsində hər an sıxılmağa hazır vəziyyətdə olan rus boğazıdır. Rusiyanın iqtisadi cəhətdən tamamilə çökdürülmə planı işə düşərsə, Bosfor boğazının ən müxtəlif səbəblərdən bağlanma ssenarisinə start verilə bilər. Məsələn, Türkiyə ilə Yunanıstan arasında artan hərbi gərginliyin bu sahədə potensial səbəb kimi ortaya çıxması istisna deyil. Maraqlıdır ki, Cosep Borellin haqqında məqalə qələmə aldığı Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirlərinin son Brüssel toplantısında müzakirəyə çıxarılan məsələlərdən biri də Rusiya ilə münasibətlərdi. Hər kəs bu toplantıdan ağır sanksiyaların çıxmasını gözlədiyi halda, Moskvaya yaya qədər möhlət verildi. Elə həmin ərəfədə Yunanıstanın Türkiyəyə qarşı iddiaları xeyli yumşaldı, Misir Yunanıstanla bağladığı Aralıq dənizi sazişindən geri çəkildi. Görünən bu idi ki, Avropa İttifaqı yetkililəri son anda Rusiyanın əhlilləşəcəyinə dair siqnal aldılar. Verilən son möhlətin bitməsinə isə cəmi bir neçə ay qalıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41 |
|
|
|
| • Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37 |
|
|
|
| • Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33 |
|
|
|
| • "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29 |
|
|
|
| • Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26 |
|
|
|
| • "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22 |
|
|
|
| • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09 |
|
|
|
| • Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55 |
|
|
|
| • ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39 |
|
|
|
| • “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37 |
|
|
|
| • AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36 |
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20 |
|
|
|
| • Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18 |
|
|
|
| • Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16 |
|
|
|
| • Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02 |
|
|
|
|