Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                 

“UKRAYNA CAVAB ZƏRBƏSİ HAZIRLAYIR” – “Bölgədə amansız və dağıdıcı qarşıdurma olacaq”
Tarix: 2-04-2021, 09:19 | Çap et
“UKRAYNA CAVAB ZƏRBƏSİ HAZIRLAYIR”
Ukraynanın şərqində yerləşən Donbasda hərbi vəziyyət davam edir və böyük miqyaslı müharibə ehtimalı getdikcə artır. Xüsusilə də son bir ayda təmas xəttində gərgin durum yaranıb. 2021-ci il başlayandan bu yana cəbhə xəttində 23 ukraynalı əsgər öldürülüb. Ötən gün isə Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca və Krımda cəmləşdirilməsinə dair xəbərlər yayılıb.

Digər bir maraqlı məsələ Rusiyanın Aralıq dənizinin Suriya sahillərinə hərbi gəmilər, raketlər cəmləşdirməsi, bunun qarşılığında Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığının genişləndirilməsidir.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib. Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, son günlər Ukraynanın Rusiya ilə sərhədlərində, xüsusilə Donetsk və Luqansk istiqamətində hərbi-siyasi durum gərginləşib. Rusiyanın əraziyə qoşun topladığına dair məlumatlar yayılır. Sizcə, sözügedən regionda baş verənlər hansı perspektivləri vəd edir?

- Rusiya əvvəlcə Krımı, ardınca Donetsk və Luqansk vilayətlərini yerli separatçıların dəstəyi ilə faktiki olaraq ilhaq edib. Separatçılara silah-sursat, maliyyə dəstəyi Rusiya tərəfindən verilib və əsas əməliyyatlarda da rus hərbçiləri iştirak edib. Təəssüflər olsun ki, bu ərazilərdə ruslar və ukraynalılar birgə yaşadıqları bir zamanda araya təxribatlar salınaraq ukraynalıların bir qisminin oradan çıxarılmasına rəvac verildi. Nəticə etibarilə postsovet məkanında yeni bir qanlı münaqişə ocağı meydana gəldi. İndi Ukrayna müəyyən qədər özünə gəlib. Qərb dünyasından Ukraynaya böyük dəstəyin olması da sirr deyil. ABŞ və NATO Ukraynaya müasir silahlar verməyə başlayıb. Üstəlik, NATO üzvü olan bəzi ölkələr, məsələn, Polşa elan edib ki, əgər Rusiya ilə qarşıdurma müharibə variantına çevrilərsə, Ukraynaya kömək edəcək.

Qardaş Türkiyə isə bu regionda özünün dronları ilə daha çox populyardır və bildiyim qədər Ukraynaya xeyli sayda dron satılıb. Artıq Ukrayna ordusu bir neçə gün əvvəl dronların test sınağını yüksək peşəkarlıqla həyata keçirib. Rusiya isə militarist şüarlarla çıxış edir. Jirinovski açıq elan edir ki, Kiyevi də götürərək, bütövlükdə Ukraynanı Rusiya Federasiyasının tərkibinə qatmaq lazımdır. Başqa bir şovinist bəyan edir ki, ruslar Qara dəniz sahilləri boyunca irəliləyərək, Odessanı almaqla Dnestryanı bölgəyə çıxmalıdır. Bir sözlə, Ukraynanın üzərində “öldürülməyən ayı dərisinin bölüşdürülməsi” proseduruna oxşar yanaşmalar müşahidə edilir. Bu, əslində dünya tərəfindən qınanmalı məsələdir. Suveren ölkəyə qarşı təcavüzkar ölkə tərəfindən belə fikirlərin səsləndirilməsi heç bir əndazəyə sığmır.

- Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak bəyan edib ki, Kiyev ölkənin şərqində istənilən variantları, o cümlədən hücum əməliyyatları da nəzərdən keçirir və ordu buna hazırdır. Yaxın günlərdə hərbi əməliyyatlar baş verə bilərmi?

- Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün 44 günlük müharibə apardı və demək olar ki, istəyinə nail oldu. İndi Ukrayna Respublikası özünün tarixi torpaqları olan Donetsk və Luqanskı geriyə qaytarmaq niyyətini elan edir. Hətta Kiyev razıdır ki, bu vilayətlərə digər vilayətlərdən fərqli səlahiyyətlər versin. Amma Rusiya, separatçılar və bu ərazidə yaşayan ruslar bunu qəbul etmir. Sözsüz ki, indi orada yaşayan əhalinin nə deməsi əsas deyil, bu torpaqlar tarixi və əzəli Ukrayna torpaqlarıdır, silah gücünə ilhaq edilib. Bu prosesdə yerli separatçılarla yanaşı rus ordusu da iştirak edib.

Hazırda Ukrayna cavab zərbəsi hazırlayır. Əlbəttə, Ukrayna Baş Qərargahının hansı tədbirləri nəzərdə tutduğunu mən bilmirəm, amma bildiyim qədər Ukrayna ilk növbədə Donetsk və Luqansk vilayətlərini bir-birindən ayıraraq Rusiya ilə sərhədlərə çıxmaq, dövlət sərhədini bütünlüklə nəzarətə götürmək istəyir. Bundan sonra Luqansk və Donetskdəki separatçılar, eləcə də ərazidəki rus hərbçiləri ilə məsələni birdəfəlik həll etmək niyyətindədir. “Niormand beşliyi”nin prinsipləri, eləcə də Minskdə olan əlavə razılaşmalar da buna icazə verir. Ukrayna dövləti əzəli torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparmaq istədiyi halda, Rusiya hissə-hissə keçmiş SSRİ-yə daxil olan əraziləri öz ərazilərinə qatmaq istəyir. Ancaq dünya buna heç cür razı olmaz. Ruslar unudurlar ki, dünya düzənini bu qaydada pozmaq bu düzənə cavabdeh olan dövlətlərin sərt cavab addımları ilə nəticələnə bilər.

- Rusiya Dövlət Dumasının Müdafiə Məsələləri Komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, Rusiya münaqişəyə birbaşa qarışsa və Donbasa ordu yeritsə, Ukrayna ordusunun tamamilə darmadağın edilməsi təhlükəsi yaranacaq. Sizcə, bu, Ukraynanın şantaj edilməsi, qorxudulmasıdır, yoxsa ciddi xəbərdarlıqla yanaşı real mənzərənin əksidir?

- Bəli, Rusiya öz potensialına görə Ukraynanı üstələyir. Amma Ukrayna da tək deyil. Kiyevin arxasında NATO, ABŞ dayanır. Dünyanın əksər ölkələri Ukraynanın haqq işini müdafiə edir və ona kömək etməyə hazırdır. Əgər Rusiya Ukrayna ilə bu şəkildə davranmağı sürdürsə, zənnimcə, çox qorxulu nəticələrlə üzləşəcək. Bu, hətta dünya müharibəsinə də səbəb ola bilər. Hər halda, Rusiya Ukraynaya hücum etməyə çalışsa, NATO qüvvələrilə üz-üzə dayanmalı olacaq.

- Demək istəyirsiniz ki, Qərb-Rusiya qarşıdurmasının hərbi istiqaməti Ukrayna cəbhəsi ola bilər?

- Mənim fikrimcə, ABŞ-Rusiya qarşıdurmasında Ukrayna probleminin həll edilməsi əsas məsələ kimi ortaya atılacaq. Qərb özünün potensialının böyük bir hissəsini ya Ukraynanın sərancamına verəcək, ya da Ukrayna ilə birlikdə savaşa çıxacaq. Bu halda müharibə genişmiqyaslı olacaq. Təkcə Donetsk və Luqansk deyil, Krım və Qara dənizi də əhatə edəcək. Qərbin indiyə qədər Gürcüstana hücum edərək ərazilərini ilhaq edən, Azərbaycana qarşı ermənilərə Dağlıq Qarabağ konfliktində dəstək verən, Moldovanın Dnestryanı bölgəsini mənimsəyən və Ukraynanın 20 faizdən çox ərazisini özününküləşdirən bir dövlətə sərt münasibətini ifadə etməsinin əsl vaxtıdır. Çünki bu məsələlər problem kimi qaldıqca və ya ona reaksiyalar zəiflədikcə rəqib daha geniş əraziləri ilhaq etmək niyyətinə düşür.

Putin çıxışlarının birində qeyd edir ki, postsovet məkanındakı ölkələrin hamısına rus torpaqlarından hədiyyə verilib. İndi bu hədiyyələri geri qaytarmaq vaxtıdır. Kim də bilməsə, tarixçilər yaxşı bilirlər ki, ruslar zamanında əsasən Kiyev ətrafında yaşayıblar və onların ərazisi cəmi 360 min kvadrat kilometr olub. İndi Rusiya əvvəlki tarixi ərazisindən 100 dəfədən çox ərazini ilhaq və istila edib. Dünyada belə bir ekspansiya siyasəti yürüdən ikinci dövlət tapmaq çətindir. Bu dövlətin nüvə silahına malik olması onun iştahasını daim çoxaldır. Dünya koronavirusdan sonra özünü düzəltmək, insanların və xalqların vəziyyətini yoluna qoymaq haqda düşündüyü bir vaxtda Rusiyanın belə təcavüzkar niyyətləri qəbuledilən deyil. Bu mənada Ukraynanın torpaqları ya xoşluqla özünə qaytarılmalıdır, ya da bölgəni amansız və dağıdıcı qarşıdurma gözləyir.

- Rusiya Aralıq dənizinin Suriya sahillərində və Qara dənizdə də gücünü artırır, bu regionlara hərbi gəmilərini göndərir. Türkiyə isə əksinə, Ukraynada fəallaşır. Sizcə, bu, nədən xəbər verir?

- Ehtimal edirəm ki, Türkiyənin siyasəti daha ağıllı, daha praqmatikdir. Rusiya Aralıq dənizinin o başında köhnə və SSRİ-dən qalma sualtı qayıqları, raketləri cəmləşdirir. Bəli, hədəfdə Türkiyədir. Düşünürlər ki, Türkiyə Donetsk və Luqansk mübarizəsində Ukraynanın yanında olacaq. Onlar Türkiyənin Ukraynadakı davranışlarından asılı olaraq Suriya sahillərinə yığdıqları silahlardan Türkiyənin maraqlarına qarşı istifadə etmək istəyirlər. Məsələn, son on gündə Türkiyənin sərhəd bölgələrinə yaxın Suriya ərazilərinə ballistik raketlər atılıb. Bütün bunlar Türkiyəyə xəbərdarlıq, onu qorxutmaq məqsədi daşıyır. Lakin Türkiyə hər şeyin hesabını aparmağı bacarır və bu hadisələrin içərisindən indiyə qədər olduğu kimi, bundan sonra da uduşlu çıxacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru