Bazar ertəsi, 16 iyun 2025, 21:13:54  
   Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib .....                     İran məşhur taktikaya əl atdı .....                     SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" .....                     İsrail Təbriz hava limanına hücum etdi .....                     Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər .....                     İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb? .....                     “İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq .....                     Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib .....                     AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb .....                     Hacı Şahinin oğlu nişanlandı .....                     "Mənim heç 74 yaşlı atam olmadı" .....                     İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları .....                     İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb .....                     Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? .....                     İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib .....                     Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı .....                     Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: .....                     “Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir” .....                     AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb .....                     “İranın nüvə proqramını məhv etmək mümkün deyil...” .....                     Neft bu qədər BAHALAŞA BİLƏR .....                     İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? .....                     "Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər" .....                     Yeni rəis təyin olundu .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Əli Xamenei .....                     Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! .....                     Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? .....                     Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər .....                     Aktrisa onu skuterlə vuran kuryerdən .....                     “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” .....                     İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub .....                     İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB .....                     Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? .....                     “AzToyuq” MMC-nin vergi borcu yaranıb .....                     “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA .....                     “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” .....                     Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI .....                     İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər .....                     "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB .....                 

Ruslar qonşu respublikaların əsəblərini tarıma çəkir: - Bu, əndazəni aşmaqdır
Tarix: 7-04-2021, 10:36 | Çap et
Ruslar qonşu respublikaların əsəblərini tarıma çəkir:
Son zamanlarda artıq ikinci dəfədir ki, tanınmış rusiyalı şəxslərin diqqətsiz ifadələri, Rusiya ilə Qazaxıstan arasındakı zahirən buludsuz münasibətləri təhdid edir. Görəsən, bu cür çıxışlar nə qədər təsadüfi olur? Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Vladimir Medinskinin “Böyük Rusiya torpaqlarının Qazaxıstan ərazisinə necə keçdiyini” düşünmək təklifini elmi araşdırmalarla əlaqələndirdi.

İnterfaks xəbər verir ki, Peskov Medinskinin bu açıqlamasının Prezident Administrasiyasının gündəmi ilə heç bir əlaqəsi olmadığını vurğuladı: “Gündəmdə belə bir məsələ yoxdur. Bu, elmi araşdırmalardır”.

Maraqlı məqamdır - Peskova görə, ərazi iddiaları ifadəsinin asanlıqla “elmi araşdırma” kimi qiymətləndirilə biləcəyi ortaya çıxdı.

Medinski açıqlamasını 30 martda Federasiya Şurasında səsləndirmişdi. Burada senatorlar və nazirliklərin nümayəndələri Rusiya ilə Qərb arasındakı qarşıdurma kontekstində “tarix uğrunda döyüş” və “yaddaş müharibəsi”ni müzakirə etdilər. Ertəsi gün müzakirələr “Kommersant”-ın səhifələrində yer aldı.

Keçmiş mədəniyyət naziri, Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri, məktəb tarixi dərsliyinin müəllifi Vladimir Medinski bu müzakirələrdə “tarixi saxtalaşdırmaq bir məqsəd deyil, vasitədir” və “Qərb qüvvələri rusların beynini yuyur” kimi açıqlamalar verdi. Onun fikrincə, Qərb dəyərlərinin tətbiq edilməsi, rusların könüllü şəkildə “Kuril, Kalininqrad, Kareliya və Vıborqu geri vermək” istəməsinə gətirib çıxaracaq.

Bundan sonra Medinski iştirakçıları “Böyük rus torpaqlarının Ukrayna, Qazaxıstan və hətta Belarus ərazisinə necə düşməsi” barədə düşünməyə dəvət etdi.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov “Birinci Kanal”-da “Qazaxıstanın ərazisi Rusiyanın böyük bir hədiyyəsidir” demişdi. Bundan sonra Rusiya səfirliyinin müvəqqəti nümayəndəsi Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Bir müddət sonra “Belrusinfo” “YouTube” kanalında Dövlət Dumasının digər üzvü Yevgeni Fyodorov da Qazaxıstana “bağışlanan” ərazilərdən danışdı və ölkənin Xarici İşlər Nazirliyinin reaksiyasını nankorluğun təzahürü kimi qiymətləndirdi. 20 dekabrda Fyodorov eyni kanalda Qazaxıstanın ərazilərin bir hissəsini icarəyə götürdüyünü və SSRİ-dən çıxdıqdan sonra bu torpaqları geri qaytarmağa borclu olduğunu söylədi. Ayrıca, o, “Qazaxıstanla vahid bir dövlətin bərpası”nın tərəfdarı olduğunu da bildirdi.

Həm keçmiş, həm də indiki bu söz oyunlarını necə qiymətləndirmək olar? Ümumiyyətlə, baş verənlər nə qədər təsadüf sayılmalıdır?

AYNA-nın suallarını Qazaxıstanın tanınmış ekspertləri cavablandırıblar.

Politoloq Kazbek Beysebayev:

“Bəli, son vaxtlar bir sıra Rusiya rəsmiləri, sanki vahid komanda alaraq, Qazaxıstana qarşı ərazi iddiaları səsləndirirlər. Bu da təsadüfi deyil. Cənab Medinski yalnız Prezident Putinin köməkçisi deyil, o, keçmiş hökumətin üzvüdür. Yeri gəlmişkən, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ - MQİMO) məzunudur və nəzəri olaraq diplomatik etiket qaydaları üzrə təhsil almış olmalıdır. Buna görə də bütün bunları təsadüfən söyləmədiyini müəyyən dərəcədə inamla deyə bilərik.

Digər tərəfdən, soyadı tamamilə rus olmayan, Ukraynanın Çerkassı bölgəsində yaşayan birinin “Ukrayna, Qazaxıstan və hətta Belarus ərazilərində qalan böyük rus torpaqlarından” danışması təəccüblüdür. Nədənsə, 1922-ci ildə gürcü bolşevikləri sıralarındakı bir epizodu - Leninin “ruslaşmış əcnəbilər həmişə rus ruhu baxımından əndazəni aşırlar” deməsini xatırlamaq istərdim.

Kreml bəyanatların “elmi araşdırmaya” aid olduğunu bildirsə də, müttəfiq dövlətin Prezidentinin köməkçisi çox maraqlı bir elmi işlə məşğuldur. Adətən bu cür ərazi iddiaları həmyerlimiz Jirinovski tərəfindən irəli sürülürdü və biz ona öyrəşdik, əhəmiyyət vermədik. Ancaq Dövlət Dumasının digər deputatları da bu cür açıqlamalar verməyə başladılar.

İnanıram ki, bunlar təsadüfi deyil. Kremlin Qazaxıstan rəhbərliyinə qarşı bəzi iddiaları olduğuna inanıram. Təsadüfi deyil ki, Putinin özü bu yaxınlarda Moskvanın “Rusiyanın səxavətli ərazi hədiyyələrindən” Rusiyanın maraqlarına qarşı istifadə edilməsinə icazə verməyəcəyini söylədi. Bu iddiaların nə olduğunu söyləmək çətindir, amma son açıqlamalara görə bunlar var və ciddidir”.

Siyasi analitik Rəsul Jumalı:

“Təəssüf ki, cənab Medinskinin və bundan əvvəl Rusiya siyasi quruluşunun digər təmsilçilərinin son bəyanatlarını bir növ sözgəlişi və ya elmi araşdırma kimi qəbul etməyin mənası yoxdur. Cənab Medinskinin son açıqlaması Federasiya Şurasında edildi. Və bura elmi tədqiqatların aparıldığı bir yer deyil. Orada qanunlar və proqramlar qəbul olunur. Buna görə də, əlbəttə ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskovun verməyə çalışdığı əsaslandırma da tənqidə tab gətirmir.

Bu cür açıqlamalar ilk dəfə verilmir və bunlar təkcə tarixə, beynəlxalq siyasətə və normalara deyil, üstəlik Rusiyanın bir vaxtlar üzərinə götürdüyü öhdəliklərə də ziddir. Həmçinin, Qazaxıstanla ikitərəfli müqavilələr çərçivəsində sərhədlərin delimitasiyası, daxili işlərə müdaxilə etməmək kimi müqavilələrlə də ziddiyyət təşkil edir. Yəni, Rusiya təmsilçilərinin zaman-zaman verdiyi bu cür açıqlamalar bütün parametrlərlə ziddiyyət təşkil edir - siyasi, hüquqi, tarixi və s. Bu, çox məntiqsiz, qeyri-praqmatik bir yanaşmadır, çünki dövlətlər arasındakı münasibətləri və atmosferi pisləşdirməklə yanaşı, hətta Qazaxıstandakı Putin rejimi və “Rus dünyası”nın ən prinsipial tərəfdarlarını belə, düşünməyə vadar edir.

Təəssüf ki, bunlar sadəcə sözlər deyil, zaman-zaman konkret addımlarla dəstəklənir - gəlin, Ukraynanı, Gürcüstanı xatırlayaq. Buna görə də belə şeylərə ciddi yanaşmaq lazımdır. Bütün bu işlərin bir mərkəzdən həyata keçirildiyinə, təşkil olunduğuna, mütəşəkkil olduğuna əminəm. Bu, ayrı-ayrı siyasətçilərin özəl təşəbbüsü deyil. Bu, Putinin 2007-ci ildə Münhendəki qalmaqallı çıxışından bəri yayılmağa başlayan bir tendensiyadır. Məhz o zaman Rusiyanın revanşist istəklərinə tərəf sərt bir meyl başladı və bu, Rusiya Federasiyasının siyasi ritorikasından doğan bütün nəticələrlə birlikdə hələ də hakim tendensiyadır.

Düşünürəm ki, belə şeylərə reaksiya vermək lazımdır. Bütün razılaşmaların, qaydaların və davranış normalarının pozulması olduğu müqabilində susmaq səhv bir reaksiyadır. Rusiya nümayəndələri reaksiya verməməyi zəiflik əlaməti, təcavüzə dəvət kimi başa düşürlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib - “Babama qarşı bu haqsızlıqdır”
Bu gün, 00:01
İran məşhur taktikaya əl atdı – Bunu İsrail də gözləmirdi
Dünən, 23:57
SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" - FOTOFAKT
Dünən, 23:52
İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Dünən, 18:18
Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Dünən, 18:16
İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Dünən, 17:39
“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Dünən, 17:36
Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Dünən, 17:30
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Dünən, 17:28
Hacı Şahinin oğlu nişanlandı - FOTO
Dünən, 16:50
"Mənim heç 74 yaşlı atam olmadı"
Dünən, 16:47
İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları - GƏLİŞMƏ
Dünən, 16:43
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb - “The Times of Israel"
Dünən, 16:39
Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
Dünən, 16:00
İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib - KİV
Dünən, 15:48
Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı - BAKIDA metroda hadisə
Dünən, 15:47
Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: - Məclisə Rafet El Roman gəldi
Dünən, 15:45
“Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir”
Dünən, 15:43
AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb - SİYAHI
Dünən, 15:39
“İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Dünən, 13:47
Neft bu qədər BAHALAŞA BİLƏR - AÇIQLAMA
Dünən, 13:20
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? - “Nezavisimaya qazeta”
Dünən, 13:06
"Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"
Dünən, 13:04
Yeni rəis təyin olundu - ƏMR
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
Əli Xamenei harda GİZLƏNİB?
Dünən, 12:52
Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! - TƏFƏRRÜAT
Dünən, 12:48
Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? - Ekspert danışır...
Dünən, 12:45
Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər
Dünən, 12:39
Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Dünən, 12:29
“Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” - Faciənin astanasındayıq
Dünən, 12:27
İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub
Dünən, 12:18
İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB - KİV
Dünən, 12:04
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Dünən, 12:00
“AzToyuq” MMC-nin vergi borcu yaranıb - FOTO
Dünən, 11:55
“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?
Dünən, 11:47
“İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” - deputat
Dünən, 11:44
Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI - "Sədrin kim olması ilə bağlı məsələ..."
Dünən, 11:41
İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər - NƏ ETMƏLİ?
Dünən, 11:35
"Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB - HESABAT
Dünən, 11:32
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
Dünən, 11:30
Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb - TƏFƏRRÜAT
Dünən, 11:14
İsraildən XƏBƏRDARLIQ: - Tehrandakı binaları və məhəllələridağıdacaq
Dünən, 11:12
İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:00
ABŞ İsrailə İrana hücum etməyə imkan verib - Pezeşkian
Dünən, 10:55
"Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..." - NARAZILIQ VAR...
Dünən, 10:49
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dünən, 10:44
Kamil Zeynallı dağlara çəkildi
Dünən, 10:33
Xumar "Vəhşi kimi"ni bu dəfə onlar üçün canlı oxudu - VİDEO
Dünən, 10:30
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib - FOTO
Dünən, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru