Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                 

Putin Ukraynadan nə istəyir? - TƏHLİL
Tarix: 9-04-2021, 08:18 | Çap et
Putin Ukraynadan nə istəyir?
Ukrayna prezidenti Vladimir Zelenski bu gün cəbhə xəttinə gedərək əsgər və zabitlərlə görüşüb. Bu səfər həm ölkənin şərqindəki təmas xəttində, həm də Rusiya ilə sərhədlərdə gərginliyin artması fonunda gerçəkləşib.

Son həftələrdə atəşkəs pozuntuları intensivləşib və demək olar ki, hər gün həlak olan və yaralanan Ukrayna hərbçiləri barədə xəbərlər daxil olur. İlin əvvəlindən bəri həlak olan Ukrayna hərbçilərinin sayı 30-u ötüb. Halbuki atəşkəs haqqında 27 iyul 2020-ci il tarixindən qüvvəyə minən razılaşma var. Bu razılaşma Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət üçtərəfli təmas qrupu çərçivəsində əldə olunub, prezidentlər Zelenski və Putin 26 iyul 2020-ci il tarixli telefon danışığında atəşkəsin təmin olunmasına dair əlavə tədbirləri müzakirə edərək ortaq rəyə gəliblər. Lakin o vaxtdan bəri çox şey dəyişib və Moskvanın yeni Ukrayna prezidentinə bəslədiyi ümidlər özünü doğrultmayıb.

Hazırda Putinin əmri ilə Rusiyanın hər yerindən çoxlu sayda hərbi texnika və ordu birlikləri Ukrayna sərhədlərində və işğal altındakı Krımda cəmləşdirilir. Rusiyanın Qara dəniz donanmasının qüvvələri yetmirmiş kimi, Xəzər donanmasının gəmiləri də oraya göndərilir.

Amma bu yazıda biz müharbə ehtimalından yox, hadisələrin niyə bu həddə gəlib çatmasından və Rusiyanın məqsədlərindən danışırıq.

Putin Zelenskidən nə gözləyirdi?

Siyasətə “komediyalar aləmi”ndən gələn Vladimir Zelenski 2019-cu ildə seçki kampaniyasını sülh notları üzərində qurmuşdu. O, ukraynalı gənclərin hər gün cəbhədə həlak olmasından ürək yanğısı ilə danışır, müharibəyə son qoymağı birinci dərəcəli vəzifə elan edirdi. Müharibənin niyə, hansı səbəbdən baş verdiyinə çox da toxunmayan Zelenski bu məsələdə Rusiyadan çox, öz ölkəsinin rəhbərliyini ittiham edirdi. O, prezident Poroşenko və çevrəsini ağır qınaqlara məruz qoyur, hətta onları müharibədən pul qazanan əclaflar və vicdansızlar adlandırmaqdan da çəkinmirdi.

Bu cür ritorika əlbəttə ki, Kremldə müsbət qarşılanırdı, çünki Poroşenko hökuməti ilə aparılan danışıqlar dalana dirənmişdi, Moskvada düşünürdülər ki, Ukrayna prezidenti radikal millətçi-faşist qüvvələrə təslim olub, onların diktəsi ilə hərəkət edir. Poroşenko Moskvada “anlaşmağı bacarmayan adam” (недоговороспособный) kimi qəbul olunurdu və tamam gözdən düşmüşdü. Zelenski isə Poroşenkonun antaqonisti kimi ortaya çıxdı. Qeyd etdiyimiz sülhə meylli ritorikası ilə birlikdə gənc rusdilli aktyor Ukrayna millətçilərindən fərqli olaraq, rus kultural mühitinə daha yaxın adam hesab olunduğu, yaxud hələ KVN-də çıxış etdiyi dövrdən belə tanındığı üçün də Rusiyada simpatik qarşılanırdı.

Uzun sözün qısası, Zelenski hakimiyyətə gəldi və ilk vaxtlar həqiqətən Rusiya ilə masaya oturub, qarşılıqlı güzəştlərlə münaqişəni həll etməyə cəhd göstərsə də, sərt reallıqlarla üzləşərək öncə tərəddüd etməyə, sonra isə güzəşt niyyətindən tədricən vaz keçməyə məcbur oldu. Üzərində xalqın və dövlətin taleyi ilə bağlı məsuliyyət olmayanda bir siyasətçi üçün danışmaq, vədlər vermək asandır, amma bu məsuliyyəti üzərinə götürdükdə vəziyyət dəyişir. Zelenski də bunu yaşadı. Komik aktyorun dramı… Dövlət idarə etmək (üstəlik, Ukrayna kimi çox ağır problemlərlə üzləşmiş bir ölkədən söhbət gedirsə) serialda Ukrayna prezidentini canlandırıb, pafoslu və sentimental çıxışlar etməkdən xeyli çətin işdir. İnsanlar təkcə sülh vədinə görə yox, həm də Ukrayna siyasətinin çirkabına bulaşmadığına, təmiz reputasiyasına görə Zelenskiyə səs verdilər. Hətta onun qələbəsində ikinci amilin birincidən daha çox rol oynadığını söyləsək, yanılmış olmarıq.

Təcrübəsiz siyasətçi Bankovaya küçəsindəki iqamətgaha yerləşdikdən bir qədər sonra anlamağa başladı ki, Putinə güzəştə getməyin onun özü və ölkə üçün hansı nəticələri ola bilər. Əhali arasında – xüsusən paytaxt Kiyevdə, qərb vilayətlərində və mərkəzi vilayətlərin əksəriyyətində, eləcə də rusiyameylli əhali kütləsinin nisbətən ağırlıqda olduğu cənub-şərq vilayətlərinin milli mövqeli sakinləri arasında “güzəşt” və “kompromis” sözləri şübhəli qarşılanır, bir çoxları bunu təslimçiliyin sinonimi kimi anlayır. Üstəlik, müharibədə iştirak etmiş, silahdaşlarını itirmiş, yaralanmış və tərxis olunmuş minlərlə keçmiş döyüşçü var ki, hər hansı ciddi güzəşti onlara izah etmək və qəbul etdirmək mümkün deyil. Bu adamların bu mövzuda söz deməyə mənəvi haqları var və onları əks fikirlərə inandırmaq dünyanın ən mürəkkəb vəzifəsidir. Ona görə də, güzəştlər yolu ilə münaqişəni həll etmək siyasəti yarımçıq qaldı.

Rusiya konkret nə istəyir?

Donbas probleminin həllinə dair Minsk razılaşmaları var: birincisi 2014-cü ilin sentyabrında, ikincisi 2015-ci ilin fevralında imzalanıb. Bu razılaşmalarda həm təhlükəsizlik, həm də siyasi problemlərin həllinə dair müddəalar yazılıb.

Təhlükəsizliklə bağlı müddəalar Ukraynanın maraqlarına cavab verir, çünki bütün xarici silahlı dəstələrin, hərbi texnikanın, muzdluların Ukrayna ərazisindən çıxarılmasını (aydındır ki, söhbət Rusiyadan gələn canlı qüvvə və hərbi texnikadan gedir), bütün qanunsuz silahlı dəstələrin (yerli separatçılar) tərksilah olunmasını və Ukrayna-Rusiya dövlət sərhədinin nəzarətdən çıxmış hissəsinin Kiyevin nəzarətinə qaytarılmasını nəzərdə tutur. Lakin siyasi blokda təhlükəli müddəalar var. Orada Donetsk və Luqansk vilayətlərinin separatçıların (əslində Rusiyanın) nəzarətindəki hissələrinə xüsusi status verilməsi və bunun Ukrayna Konstitusiyasında təsbit olunması, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi, döyüşlərdə iştirak etmiş şəxslərə (əli qana batmış separatçılara və onların liderlərinə) amnistiya verilməsi əksini tapıb. Yəni faktiki olaraq, Ukraynanın federallaşması nəzərdə tutulur.

Ukrayna tərəfi İlovaysk və Debaltsevo məğlubiyyətlərindən sonra bu razılaşmalara imza atmağa məcbur olub.

(Xüsusən İlovaysk məğlubiyyəti çox ağır idi, Rusiya ordusunun birbaşa müdaxiləsi nəticəsində Ukrayna ordu hissələri və könüllü batalyonlar orada mühasirəyə düşüb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, mühasirəni yarıb çıxarkən 366 nəfər əsgər və könüllü həlak olub, 429-u yaralanıb, 300-ü əsir düşüb.)

Ukrayna tərəfi bu razılaşmalardan imtina etmir, amma hesab edir ki, əvvəlcə təhlükəsizlik komponenti yerinə yetirilməlidir. Yəni öncə Rusiyadan gələn bütün silahlı adamlar və hərbi texnika çıxarılmalı, sərhəd xətti Ukraynanın nəzarətinə verilməlidir, yalnız bundan sonra siyasi müddəaların həyata keçirilməsinə başlamaq olar. Rusiya tərəfi isə bildirir ki, əvvəlcə Ukrayna siyasi komponenti icra etsin, bundan sonra digər məsələlərə növbə çata bilər. Hər iki tərəf ona görə bu mövqelərində israrlıdır ki, sərhəd bağlandıqdan və Rusiyadan gələn bütün silahlılar, siyasi kuratorlar çıxdıqdan sonra həmin ərazilərdə seçkilərin keçirilməsi, yerli hakimiyyət orqanlarının formalaşdırılması Ukrayna mərkəzi hökumətinin nəzarətində baş verəcək. Bu halda Ukraynanın bütün siyasi partiyaları həmin ərazilərdə sürətlə təşkilatlanacaq, tərəfdar toplayacaq, seçkilərə rahat şəkildə qatılacaq və nəticədə dövlətə sadiq qüvvələr yerli hakimiyyətdə təmsil olunacaq. Bu isə siyasi müddəaları və federallaşma ssenarisini heçə endirəcək.

Siyasi müddəaların ilk növbədə həyata keçirilməsi isə Donetsk və Luqansk vilayətlərindəki oyuncaq rejimlərin legitimlik qazanması, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın federasiya subyektləri kimi Ukraynanın tərkibində yer alması deməkdir. Bu halda dövlət Ukrayna Federativ Respublikası adlandırılmasa da, mahiyyət etibarilə Ukraynanın dövlət quruluşu federasiya olacaq. Təsəvvür edin ki, Ukraynanın tərkibində tamamilə Moskvadan asılı olan, onun direktivləri əsasında hərəkət edən 2 respublika yaranır, sonra federativ quruluşa uyğun olaraq ikipalatalı qanunverici orqan formalaşır, yuxarı palatada federasiya subyektlərinin nümayəndələri digər regionlarla bərabər sayda təmsilçilik hüququ əldə edir, aşağı palatada da həmin ərazilərdən seçilmiş deputatlar Ukraynada artıq mövcud olan rusiyayönümlü partiyaların deputatlarına qoşulur və böyük bir fraksiya yaradırlar. Yuxarı palata bütün önəmli qanunları – məsələn, Ukraynanın NATO-ya və Avropa Birliyinə üzv olmasını bloklamaq imkanına malik olur.

Rusiyanın bu ssenarisi gerçəkləşərsə, Ukrayna təkrar Moskvadan asılılığa düşəcək, ən yaxşı halda neytral dövlət kimi Rusiya və Qərbin arasında hər hansı inkişaf perspektivi olmadan “baş girləyəcək.” Putinin istədiyi məhz budur. Moskva bu problemi yaradarkən heç də həmin ərazilərin Ukraynadan qoparılmasını və ilhaqını planlaşdırmayıb. Məqsəd separatçı respublikalar yaradaraq onları zorla Ukraynanın tərkibinə daxil etmək və ölkəni federallaşdırıb, onun avroatlantik inteqrasiyasını və Rusiyanın qonşuluğunda normal, demokratik, inkişaf edən dövlətə – rusiyalılar üçün bir cazibə mərkəzinə çevrilməsini əngəlləməkdir!

Rusiyanın bu tələblərini qəbul etmək, yəni Minsk razılaşmalarını Moskvanın interpretasiyasına uyğun həyata keçirmək Zelenski və Ukrayna üçün intihar olardı. Ona görə də Zelenski buna getmir. Hələ üstəlik, ABŞ-ın yeni Bayden hökumətindən cəsarət alaraq 5-ci kolonun üstünə yeriyir, Rusiyanın Ukrayna daxilindəki şəbəkələrini demontaj edir. Putin məhz bu 2 səbəbdən qəzəblənib: Zelenski həm Donbas məsələsində güzəştə getmir, həm də Rusiyanın nüfuzunu sarsıdan, Putinin xarizmasını cızan addımlar atır. Ukrayna dövlətinin hədəfində olan oliqarx-siyasətçi Viktor Medvedçuk Rusiyanın adamı olmaqdan əlavə, həm də şəxsən Putinin qohumu sayılır: Rusiya prezidenti bu şəxsin qızının xaç atasıdır.

Ona görə də, Putin qərara gəlib ki, həm Zelenskini geri oturdub, onu güzəştlərə vadar etsin, həm də Baydenin sərt siyasi kursuna Ukraynada cavab verərək Vaşinqtonu bir tərəfdən Rusiyaya qarşı planlaşdırdığı addımlardan, digər yandan Ukraynanı hərtərəfli dəstəkləyərək onu NATO-ya aparmaq siyasətindən çəkindirsin.
Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru