Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                 

Teledebat Baydeni büdrətdi: amerikalı seçicilərin qərarı nə olacaq? - GEDİŞAT
Tarix: 5-07-2024, 16:00 | Çap et
Teledebat Baydeni büdrətdi: amerikalı seçicilərin qərarı nə olacaq?
İyunun 28-nə keçən gecə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı Prezidenti, prezidentliyə Demokrat Partiyasından namizəd olan Co Bayden və keçmiş Prezident, prezidentliyə Respublikaçılar Partiyasından olan Donald Tramp arasında seçkiqabağı ilk teledebat baş tutub. CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb. İki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.

Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib. Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasından gedib. Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.

"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden Trampa cavabında qeyd edib.

Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.

Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edib və bir-birlərini söz atəşinə tutublar. Bayden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətinƏ toxunaraq keçmiş prezidenti “uğursuz” adlandırıb. Tramp isə Baydeni “tarixin ən pis prezidenti” adlandırıb.

İlk debatdan sonra dünya mediasında Baydenin faktiki olaraq “Trampa məğlub” olduğu müzakirəsi gedir. Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən işlərə diqqət yetirməlidirlər.

ABŞ Prezidenti Co Bayden isə etiraf edib ki, prezident seçkilərində siyasi rəqibi Trampla debatda çıxışı uğurlu olmayıb: “Mən bilirəm ki, artıq gənc deyiləm, əvvəlki kimi asanlıqla yerimirəm. Əvvəlki kimi rahat danışmıram, əvvəlki kimi mübahisə etməyi bacarmıram. Amma bildiyimi bilirəm - həqiqəti necə deməyi bilirəm!”. Amerika liderinin sözlərinə görə, “əgər yıxılarsansa, ayağa qalxmalısan”.

Maraqlı məqamlardan biri isə odur ki, debatdan sonra bir çox amerikalı seçici hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı liderinin əvəzinə ABŞ Prezidenti postuna başqa bir namizəd seçməlidir. “Morning Consult”ın apardığı sorğunun nəticələrinə görə, sorğuda iştirak edən seçicilərin 60 faizi deyib ki, Bayden televiziya debatında zəif çıxış etdikdən sonra demokratlar prezidentliyə namizədi “mütləq” dəyişdirilməlidirlər. Respondentlərin 45 faizi Baydeni ABŞ-ın növbəti Prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib, 44 faizi onun əsas siyasi rəqibi, sabiq Prezident Trampı dəstəkləyib. Sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyinə inanır.Sorğu ABŞ-ın təxminən 2 min yetkin sakini arasında aparılıb.

Bir çox analitiklər hesab edirlər ki, ilk debat göstərdi ki, Bayden payızda keçiriləcək seçkilərdə keçmiş və indiki rəqibi Trampa məğlub olacaq. Amma fərqli fikir səsləndirənlər də var. Politoloqların bir qisminin qənaətincə, bir debatla “Bayden məğlub olacaq” proqnozu vermək doğru deyil.

ABŞ-da keçiriləcək seçkilər və Bayden-Tramp mübarizəsi barədə AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, ilk teledebatdan sonra Baydenin seçkini uduzacağı ilə bağlı çoxlu fikirlər səsləndirilir:

- Bəzən belə proqnozlar verilir ki, Baydenin məğlubiyyəti artıq heç kimdə şübhə doğurmur. Amma Amerika cəmiyyətinin böyük hissəsinin Trampa qarşı çox neqativ yanaşdığını nəzərə almamaq mümkün deyil. Amma bu hələ o demək deyil ki, onlar da Baydenə səs verəcəklər. Vəziyyət bu dərəcədə qarmaqarışıq və ziddiyyətlidir. Bu vəziyyətə aydınlığı ancaq zaman gətirəcək. İndi kimin qalib gələcəyini demək üçün tezdir. Razıyam ki, ilk teledebatın nəticəsi xeyli dərəcədə ABŞ-da seçkilərlə bağlı fikirləri dəyişib. Lakin heç kim nəzərə almır ki, son sözü seçici deyəcək və onların necə davranacağını indidən demək olmaz.

- Amma ABŞ seçiciləri arasında “Morning Consult”ın apardığı sorğunun nəticəsi də Baydenin uduzacağına işarə edir...

- Biz dəfələrlə şahidi olmuşuq ki, sosioloji sorğular, aparılan rəy sorğuları yanlıç ola bilər. Məsələn, 2016-cı ildə heç bir sorğu, heç bir sosioloji araşdırma Donald Trampın prezident seçiləcəyini işarə etmirdi. Amma tramp seçkilərdə qalib oldu. Məncə, heç Trampın özü də bu nəticəini təsəvvür etmirdi. Onun qələbəsi özü üçün də gözlənilməz olmuşdu.

- Demək istəyirsiniz ki, indi də vəziyyət 2016-cı ildəki kimidir?

- Təxminən, vəziyyət eynidir. Heç kim seçicinin nə qərar verəcəyini bilmir. Görünən və görünməyən məqamlar mövcuddur. Sual budur: doğrudanmı ABŞ seçiciləri artıq Baydenə səs vermək istəmirlər? Məncə bunu təsdiqləmək üçün hələ tezdir. Bu gün ABŞ-da vəziyyət çox qarışıqdır. Düzdür, Bayden büdrədi, amma qarışıq vəziyyət olduğu üçün seçkilərin nəticəsi hər iki namizəd üçün sual altındadır.

- Amerikada Demokrat Partiyasının namizədi dəyişmək, Baydenin yerinə başqa bir şəxsin namizədliyini irəli sürmək çağırışları var. Sizcə, demokratlar namizədini dəyişə bilərmi?

- Dediyim kimi, bu gün Amerikada siyasi qarışıqlıq hökm sürür, ABŞ siyasəti çətin dövr keçirir. Əgər demokratlar namizədi dəyişsələr, təbii ki, seçkilərdə məğlub olacaqları qaçılmazdır. Çünki zaman azdır, seçkilərə çox qısa vaxt qalıb. Növbəti namizədi təqdim etmək, onu cəmiyyətə nümayiş etdirmək zaman tələb edir. Nəzərə almaq lazımdır ki, ABŞ böyük və seçki aktivliyi olan ölkədir. Eyni zamanda, demokratların arasında tam qüsursuz namizəd yoxdur ki, onu qısa zamanda cəmiyyətə təqdim etsinlər, seçkilərdə qalib gəlsinlər. Buna görə də, Bayden seçkiyə getməkdə israrlı olduğunu bəyan etdi. Bəzi məlumatlara görə, Baydenin seçkilərdə iştirak israrında ailəsinin, yaxınlarının təsirləri var. Amma məncə, məsələ bu qədər sadə deyil. Ümumiyyətlə, ABŞ siyasəti haqqında belə sadə düşünməyin tərəfdarı deyiləm. Baydenin komandası, partiya rəhbərliyi, Ağ Evdəki komanda, sponsorlar var. ABŞ-da siyasətə təsir edən bir çox amillər var. Baydenin qərarına bu amillər təsir edir. Onu da bildirim ki, bu yaxınlarda Demokrat Partiyasının “Demokratik Milli Konqres” adlandırılan qurultayı keçiriləcək. O zaman Baydenin seçkiyə getməsini istəyənlərin motivi aydın olacaq. Bununla yanaşı, Baydenin namizəd olmasının əleyhinə olan demokratların da motivləri bəlli olacaq.

- Azərbaycan üçün ABŞ Prezidenti postuna kimin seçilməsi məqbuldur?

- Bu sualınıza cavab çox sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq ABŞ maraqları hər bir halda prioritet olacaq. Hesab edirəm ki, Azərbaycan üçün indiki məqamda demokratların namizədinin ABŞ Prezidenti olması daha məqbuldur. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından da, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən də açıq-aydın görürük. Lakin nəzərə almaq lazımdır ki, Bayden, yaxud Tramp seçkilərdə qalib gələrsə, Prezident postuna gələn il yanvarın 20-də əyləçşəcək. Məncə, Azərbaycan bu müddətədək yarımçıq qalmış işlərini tamamlamalıdır. Xüsusilə, söhbət Ermənistanla imzalanacaq sülh sazişindən gedir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru