Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                 

"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..." - NƏ BAŞ VERİR?
Tarix: 5-04-2021, 09:07 | Çap et
"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..."
Aprelin 1-dən İcbari tibbi sığortanın Azərbaycanın bütün ərazisində tətbiq edilməyə başlandığı açıqlandı. Rəsmi məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda da rəsmi qeydiyyatda olan əhali də artıq İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Əhali hansı xidmətlərdən istifadə edə biləcək? Sistem necə işləyəcək? Hər vətəndaş sığorta hesabına Xidmətlər Zərfinə aid tibbi xidmətlərdən yararlana biləcəkmi? Həkimlərə ödənilən əməkhaqqı onları qane edəcəkmi?

В«Əvvəl təkcə həkimə pul verirdik, indi...”

Yevlax rayonunda yaşayan Q.İ. AzadlıqRadiosuna deyir ki, İcbari tibbi sığorta haqqı əməkhaqqından çıxılsa da bunun bir xeyri yoxdur:

В«Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır”

Onun deməsinə görə, xidmət keyfiyyəti isə aşağıdır. Elə bəzi həkimlər də icbari tibbi sığorta sistemindən o qədər də razı deyil.

Bakıda yerləşən dövlət tibb müəssisələrinin birində çalışan E.T. isə AzadlıqRadiosuna həkimlərə təyin olunan əməkhaqqının qənaətbəxş olmadığını deyir:

“1500 manat dəyər qoyulan əməliyyatdan...”

В«Həkim sanitar işlərinə baxan işçisi ilə az qala eyni maaşı alır. 1500 manat dəyər qoyulan əməliyyatdan cərraha 150 manat bonus veriləcək. Birincisi, bu əməliyyatı hər cərrah bacarmır, ikincisi isə bacaran cərrah nə qədər uzun zaman bu bonusa qatlanıb işləyər?В».

Həkim əlavə edir ki, sistemə düzəlişlər edilməlidir, əks halda sistem işləməyəcək:

В«Ona görə əksər mütəxəssislər dövlət xəstəxanasından çıxaraq özəl klinikalara işə düzəlirlər. Maaş düzəlməsə vəziyyət pis olacaqВ».

Rəsmi qurumlar isə səslənən tənqidləri haqlı saymırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına illik icbari tibbi sığorta haqqı ayrılır:

"Heç bir yerdə...”

В«Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək İcbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlərВ».

Qurumdan vurğulanıb ki, Xidmətlər Zərfinə ilkin səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir:

В«Xidmətlər Zərfi ilə müəyyən edilmiş bütün tibbi xidmətlər Azərbaycan vətəndaşlarına ödənişsiz təqdim olunur. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindəki tibb müəssisələrində göstərilir. Xidmətlər Zərfinə daxil olan hər hansı tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı halda vətəndaşın Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həmin tibbi xidməti əldə etməsi təmin olunurВ».

Agentlikdən qeyd olunub ki, Xidmətlər Zərfindən yararlanmaq üçün vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir: В«Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidirВ».

“Vahid Tarif Sorğu Kitabçası əsasında...”

Qurumdan bildirilib ki, səhiyyə işçilərinin aylıq vəzifə maaşı əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Vahid Tarif Sorğu Kitabçası əsasında 18 dərəcə üzrə müəyyən edilir:

В«Bundan başqa həkimlər üçün sabit və ya xidmətə görə həvəsləndirici əlavələr də nəzərdə tutulubВ».

Agentlikdən vurğulanıb ki, Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20 faizi həcmində mükafat verilir:

“350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edirВ»

В«Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri əlavə dəyər vergisi (ƏDV) daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanıb: 500 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 350 manat qalır. 350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edirВ».

Qeyd olunub ki, sağlamlıq üçün təhlükəli, ağır əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə maaşının 15 faizi, xüsusilə təhlükəli, xüsusilə ağır əmək şəraiti üçün 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraiti ilə bağlı isə 60 faizi miqdarında əlavə haqq verilir:

В«Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilirВ».

Qurumdan əlavə olunub ki, tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində gecə işlərinə cəlb edilən həkimlərə işin hər saatına görə, saatlıq vəzifə maaşının 50 faizi, digər işçilərinə isə vəzifə maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

İqtisadçı ekspert Azər Mehdiyev isə AzadlıqRadiosuna bildirib ki, tibbi sığortanın bütün ölkə boyu tətbiqinə 2019-cu ildə keçiriləcəyi söylənilsə də, bu ancaq 2021-ci il aprelin 1-də baş tutub.

Ekspert hesab edir ki, İcbari tibbi sığorta sistemin etimad qazana bilməsi onun əhaliyə hansı səviyyədə xidmət göstərməsindən asılıdır:

В«Digər tərəfdən isə burada pasientlərin hüquqlarının qorunması kimi məsələ var. İndi belədir ki, xəstə həkimin qəbuluna gedir, həkim müayinələr, dərmanlar yazır, pasient bunun nə dərəcədə lazımlı olduğunu bilmir. Amma tibbi slğorta tətbiq olunduqda müalicə effekt vermədikdə həkim sorğulana bilir, yalnız müalicə özünü doğrultduqda ödəniş edilirВ».

Azər Mehtiyevin fikrincə, bu sahədə bəzi idarələrin toqquşan maraqları var: В«Odur ki, bu sahə üzrə idarəçilikdə tibb siyasəti, tibbi sığorta haqqını ödəmə, müalicənin keyfiyyətinə nəzarət fərqli qurumlarda olmalıdırВ».

“İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür”
İqtisadçı qeyd edib ki, İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür: В«Amma bunun üçün ictimai nəzarət sistemi qurulmalıdır. Burada medianın, vətəndaş cəmiyyəti institutlarının iştirakı ola bilər, amma indiki halda belə nəzarətin təşkilinə maraq göstərilməsi inandırıcı görünmürВ».

Azər Mehdiyev hesab edir ki, bu sistemin fəaliyyətini dəyərləndirə bilmək üçün ilk növbədə düzgün qiymətləndirmə sistemi qurulmalıdır.

В«Eyni zamanda mən sovet dönəmindən qalma xəstəxanalardan elə yüksək nəticələri gözləmirəmВ».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə “Turan” Agentliyinə deyib ki, İcbari tibbi sığorta sistemin ölkədə tədbiqi pozitiv hal olsa da, sistemin həkimlər üçün nə dərəcədə uğurlu olub-olmamasını müəyyənləşdirmək üçün 1-2 ay keçməlidir:

В«Düzdür, rəsmi şəkildə həkimlərin əməkhaqqları artıb və təxminən 300 manat civarındadır. Amma biz hamımız bilirik ki, nə həkim o maaşla dolanmır nə də başqa bir peşə sahibi. Fəhlə gəlib adamın həyətində işləyəndə günü 20 manata işləyir, bu da ayda 600 manat edirВ».

“Korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa,...”

Həkim qeyd edib ki, həqiqətən də korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa, aidiyyatlı qurumlar həkimlərin qeyri-rəsmi aylıq gəlirlərini hesablayıb ortalama bir rəqəm çıxartmalıdır və İcbari tibbi sığorta sistemi ilə çalışan həkimlərin əməkhaqqını buna uyğunlaşdırmalıdılar:

В«Həkim indiyədək 2-3 min manat qazanırdısa o öz büdcəsini buna uyğun formalaşdırıb və sabah onun gəlirləri azalanda o, sıxıntı ilə yaşayacaq. Yolları axtaracaq ki, əvvəlki gəlirləri kompensasiya eləsin, özəl xəstəxanalara və ya digər ölkələrə üz tutacaqВ».

Ekspertin fikrincə, həkimin gəliri qənaətbəxş olmasa, onun göstərdiyi tibbi xidmətlərin keyfiyyəti də avtomatik olaraq aşağı düşür.

В«O zaman xəstələr üz tutacaq özəl xəstəxanalara və əvvəlki sistemə qayıtma baş verəcəkВ».

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 22 il əvvəl qəbul edilib. Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. 2020-ci ilin əvvəlində də prosesin mərhələli şəkildə il ərzində başa çatacağı açıqlanmışdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Dünən, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Dünən, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Dünən, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Dünən, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Dünən, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Dünən, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dünən, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Dünən, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Dünən, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Dünən, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru