“Məmurlardan fərqli olaraq biz büdcə talamamışıq” - Qazi qardaşlar ETİRAZ EDİR
Tarix: 1-05-2021, 10:30 | Çap et
 İsmayıllının Zeyvə kənd sakinləri olan Məhəmmədəli və Baxış Baxışov qardaşları İkinci Qarabağ Müharibəsində döyüşüblər. Məhəmmədəli Naxçıvandakı N saylı xüsusi təyinatlı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi, Baxış isə könüllü olaraq döyüşlərə qatılıb. Hazırda hər iki qardaş Bakıda müalicə və reabilitasiya keçir.
“İşğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak etdik, hər ikimiz Şuşa şəhərini azad edərkən ağır yaralandıq. Hazırda birimiz hospitalda, digərimiz Mərdəkandakı Reabilitasiya Mərkəzində müalicələrimizi davam etdiririk. Ancaq təəssüf ki, bizi ən çox incidən xarici düşmən raketlərinin zərbəsindən aldığımız yaralar deyil, daxili məmurlarımızın atamız Rəşad Baxışova qarşı törətdikləri rəzalətlərdir”, - qardaşlar yazır.
“Qəssabxananı şumladılar, bizi çörəksiz qoydular”
Baxışov qardaşları daha sonra yazır ki, ataları Rəşad Baxışova məxsus olan, İsmayıllının Bizlan kəndinin girəcəyində, Basqal kəndinə yaxın olan yol kənarındakı 6x4 ölçüdə qəssab dükanını və balaca kafesini 2020-ci ildən yol genişlənməsi bəhanəsilə qonşuluqda olan obyektlərlə birlikdə söküblər. Digər mağazalar sonradan daşla hörülərək sahiblərinə qaytarılıb. 1 ildir yerli məmurlar Rəşad Baxışova keçmiş obyektlərinin yerində nə yenisini tikib özünə qaytarır, nə də özünün bu işə əl qatmasına imkan verirlər.
“Deyirlər, başçı gərək razılıq verə...”
“Hər ikimiz döyüşdən yaralı qayıtmışıq, əmək fəaliyyətiylə məşğul ola bilmirik və yəqin ki, hələ uzun müddət də belə davam edəcək. Ailənin yükü atamızın çiyinlərindədir. Ancaq yerli məmurlar atamın qazanc yerini hərtərəfli bağlayıblar. Bu işləri Dövlət Turizm Agentliyi ilə yerli icra hakimiyyəti həyata keçirir. Atam Dövlət Turizm Agentliyinə müraciət etdikdə ona bildirirlər ki, bunun üçün gərək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının razılığı ola... Başçı isə atamı yaxına buraxmır. Hansı səbəbdən qəssabxananı və kafeni bərpa etməyə imkan vermir, bizə də məlum deyil. Halbuki, icra başçısı yaxşı bilir ki, atamın ailə üzvləri – yəni biz iki qardaş Şuşa uğrunda döyüşüb yaralanmışıq. Biz müharibədən yaralanıb qayıtdıqdan sonra gəlib evimizdə rayonun məmurlarından tutmuş Səfərbərlik Şöbəsinin rəisinədək gəlib evimizdə bizimlə şəkil çəkdirib gedirlər, ancaq haqqımız tapdalanır, bir adam da səsini çıxarmır”, - Baxışov qardaşları deyir .

Qardaşlardan biri - Məhəmmədəli Baxışov hələ müharibədən əvvəl ailənin dolanışığının ağır olması səbəbindən “Kapital Bank”dan 3000 manat kredit götürüb. Müharibəyə yollanandan sonra bank ödəniş tələb etməsə də, qayıtdıqdan bir müddət sonra – bu ilin fevral-mart aylarından bank krediti onun maaş kartından tutmağa başlayıb:
“Biz ora-bura yazandan sonra bank kartımdan çəkdiyi pulların bir hissəsini qaytarıb, ancaq digər hissəsini yox... Atama bildirilib ki, reabilitasiya və müalicə bitdikdən sonra özüm banka yaxınlaşsam, problemi həll edə bilərlər. Bankın gələcəkdə hansı qərarı verəcəyini bilmədiyimiz üçün hələlik bir şikayətimiz yoxdur. Ancaq atamın işsiz qalması, bizi yoluxmaq üçün pulsuz-parasız İsmayıllı-Bakı yolunu gəlib-getməsi ürəyimizi incidir”.
“Məmurlardan fərqli olaraq biz büdcə talamamışıq”
Baxışov qardaşları Prezident İlham Əliyevə də müraciət ediblər. “Sizdən dönə-dönə xahiş edirik, atamızın gözümüz önündə sıxıntıdan əziyyət çəkməsinə son qoyulması üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısına xəbərdarlıq edəsiz. Atam daim vergisini ödəyib, məmurlardan fərqli olaraq biz büdcə talamamışıq, atam dövlətin büdcəsinə xeyir verib ki, zərər vurmayıb”, - deyə qardaşlar ölkə başçısına müraciətlərində bildiriblər.
İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sahibkar Rəşad Baxışovun obyekti yol layihəsinə düşdüşüyü üçün sökülüb. Ona sahibkarlıq fəaliyyətini davam etdirmək üçün həmin ərazidən bir az kənarda yer təklif olunsa da, razılaşmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Bu gün, 20:36 |
|
|
|
• Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Bu gün, 20:32 |
|
|
|
• "Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Bu gün, 19:46 |
|
|
|
• Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Bu gün, 19:42 |
|
|
|
• “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Bu gün, 19:40 |
|
|
|
• Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Bu gün, 19:37 |
|
|
|
• Kimlər əfvə düşə bilməz? - AKTUAL
Bu gün, 18:06 |
|
|
|
• Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Bu gün, 18:03 |
|
|
|
• Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Bu gün, 18:00 |
|
|
|
• Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Bu gün, 17:59 |
|
|
|
• Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Bu gün, 17:57 |
|
|
|
• Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 17:50 |
|
|
|
• Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Bu gün, 17:47 |
|
|
|
• Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Bu gün, 17:45 |
|
|
|
• Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Bu gün, 17:38 |
|
|
|
• Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19 |
|
|
|
• ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15 |
|
|
|
• Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11 |
|
|
|
• "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07 |
|
|
|
• Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00 |
|
|
|
• "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54 |
|
|
|
• Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51 |
|
|
|
• Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44 |
|
|
|
• Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36 |
|
|
|
• Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34 |
|
|
|
• “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27 |
|
|
|
• Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25 |
|
|
|
• İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23 |
|
|
|
• 16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22 |
|
|
|
• “Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19 |
|
|
|
• 400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17 |
|
|
|
• Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07 |
|
|
|
• Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01 |
|
|
|
• 1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56 |
|
|
|
• Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53 |
|
|
|
• Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47 |
|
|
|
• "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47 |
|
|
|
• Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06 |
|
|
|
• Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02 |
|
|
|
• Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00 |
|
|
|
• Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57 |
|
|
|
• ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54 |
|
|
|
• Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42 |
|
|
|
• "Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38 |
|
|
|
• Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31 |
|
|
|
|