Lavrov İrəvanda Paşinyana ultimatum verib: .....                     Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                 

“Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi - İTTİHAM
Tarix: 11-09-2021, 14:14 | Çap et
“Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi
Uzun illərdir düşmən tapdağı altında olan Dağlıq Qarabağ 44 gün ərzində erməni işğalından azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Artıq prezident İlham Əliyevin rəhbərliyi ilə regionda böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm addımlar atılır. Məcburi köçkünlərin geri qayıtması istiqamətində isə lazım olan bütün tədbirlərin həyata keçirilməsinə start verilib.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada sadalamağa zənnimizcə ehtiyac yoxdur.

Aktualinfo.org bu mövzuya səhifələrində bir neçə dəfə toxunub. Doğma yurdlarını tərk etməyə məcbur olmuş insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mövzusuna bir daha qayıtmaqda məqsədimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi deyilən bir dövlət qurumun hələ çoxlu sayda sosial problemlər içində çabalayan qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ətrafında biabırçı şəkildə simulyasiya etdiklərini bir daha geniş içtimaiyyətin diqqətinə çatdırmaqdır.

Sözügedən Komitə tərəfindən artıq həll olunmuş münaqişə nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlətimizin məqsədyönlü tədbirlərı necə həyata keçirilir? Biz burada yalnız mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunacağıq. Yəni, məşğulluğun artırılması və digər sosial problemlər üzərində qurulan oyunlardan xəbərdar deyilik.

Ötən aylarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfinən bir neçə satınalma proseduru həyata keçirilib.Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş müsabiqədə 299 494.79 manat məbləğində satınalma müqaviləsi 30.06.2021-ci il tarixdə “LİNE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Tenderin şərtlər toplusunda qeyd edilmiş aparılacaq təmir işlərinin siyahısına nəzər saldıqda nələri görmüş oluruq. Açar və rozetkalar üçün qutunun quraşdırılması,ağac tirlər atmaqla taxta tavanın düzəldilməsi 39.6 m(2),daxili divar və yamacların sulu boya ilə rənglənməsi 1780 m(2) və bu kimi bir çox işlər. Burada sual olunur. Bu işlər harada görüləcək? Havada,yoxsa suda? Burada konkret ünvan nə üçün göstərilmir? Məsələn filan qaçqın qəsəbəsində yerləşən filankəsov filankəsə məxsus filan nömrəli mənzilin tavanının və yaxud uçmuş divarın təmiri?Qeyd edək ki,bu üsuldan Departamentin keçirdiyi bütün tenderlərdə istifadə olunub ki,onları da aşağıda diqqətinizə çatdıracağıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİNE GROUP” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ V (YENİ GÜNƏŞLİ QƏS.), ev 28, m. 49, qanuni təmsilçisinin isə Hüseynov Suad Fuad oğlu olduğu qeyd edilib.

Qaradağ rayonu Müşfiqabad və Goranboy şəhərində salınmış məcburi köçkün qəsəbələrində binaların fasad üzlük daşları və dam örtüklərinin əsaslı təmiri üzrə keçirilmiş tenderdə 239778.61 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “ABADLIQ-R TTQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ-R TTQ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.05.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ,ŞAMİL KAMİLOV (BAKIXANOV QƏS.),ev 7, qanuni təmsilçisinin isə Cəfərov Rza Əli oğlu olduğu qeyd edilib.

Qeyd edək ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “ABADLIQ-R TTQ” MMC ilə 2020-2021-ci illərdə ümumi olaraq 687 167 manat məbləğində satınalma müqaviləsi bağlamaşdır.

Biləsuvar rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 265 598.68 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “DÖNÜŞ-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DÖNÜŞ-1” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SÜLEYMAN RÜSTƏM, ev 69, qanuni təmsilçisinin isə Quliyev İlkin Bəxtiyar oğlu olduğu qeyd edilib.

Goranboy rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş müsabiqədə 289 862.92 manat məbləğində satınalma müqaviləsi 18.06.2021-ci il tarixdə “SİMMETRİYA ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİMMETRİYA ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 6.00 manat olan MMC-nin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisinin isə Ağayev Ağa Xəqani oğlu olduğu qeyd edilib.

MMC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlarla, Mənzil İstismar Departamenti ilə ümumi olaraq 550 772 manat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 1 298 837.95 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Füzuli rayonunda birinci mərhəllədə fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş tenderdə 273 317.91 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMV GROUP” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100000 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 54, 11-ci küçəsi, Dalan 4, qanuni təmsilçisinin isə Məmmədov Xalid Nəriman oğlu olduğu qeyd edilib.

Ağdam rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 255 139.02 manat məbləğində satınalma müqaviləsi 09.06.2021-ci il tarixdə “CİTY CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CİTY CONSTRUCTİON” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 34, qanuni təmsilçisinin isə Əliyev Emil Paşa oğlu olduğu qeyd edilib.

Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 289 299.99 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə “MÜASİR TİKİNTİLƏR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜASİR TİKİNTİLƏR” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, LANDAU, ev MƏHƏLLƏ 546, m. 118, qanuni təmsilçisinin isə Tusi İlkin Tusi oğlu olduğu qeyd edilib.

MMC 2020-2021-ci ilin 8 ayı ərzində Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə 586 400 manat məbləğində satınalma müqaviləsi bağlamaşdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli digər qurumla, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 19 533 569 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Göründüyü kimi 2021-ci ilin 6 ayı ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məcburi köçkün qəsəbəlırində fərdi yaşayış evlərinin təmirinə ümumi olaraq 1 912 491 manat dövlət vəsaiti ayırıb. Sözügedən Departament ötən il də, 03.10.2020-ci il tarixdə Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “MÜASİR TİKİNTİLƏR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 297 100.05 manat məbləğində, 20.10.2020-ci il tarixdə İmişli rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 236995.35 manat məbləğində, 20.10.2020-ci il tarixdə Füzuli rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 164 747.46 manat məbləğində, 23.10.2020-ci il tarixdə Ağcabədi rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 277952.95 manat məbləğində, 23.10.2020-ci il tarixdə Biləsuvar rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256 931.96 manat məbləğində, 23.10.2020-ci il tarixdə Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri üzrə “AZENERGO TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 192 499.85 manat məbləğində, 28.10.2020-ci il tarixdə Goranboy rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118753.09 manat məbləğində müqavilələr bağlanılmışdır.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Tender Komissiyası şərtlər toplusunda umumi olaraq bir neçə kvadratmetr təmir işləri yazmaqla kimin başını aldatmaq istəyir? Dövlətin,qaçqınların,yoxsa ictimaiyyətin? Ötən yazıda apardığımız müqayisəni bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə ayrılmış dövlət vəsaitlərinə görə fərdi yaşayış evlərinin təmirinə orta hesabla 20 min manat düşür. Hazırki bazar qiymətləri ilə sözügedən məbləğə kənd yerində 3 otaqlı yeni mənzil tikmək mümkündür. Bu açıqlamadan sonra Komitənin Mənzil İstismar Departamenti ifşa olunduqlarını görüb tenderlərin əsas şərtlər toplusunda təmir olunacaq mənzillərin sayını deyil, sadəcə kvadratmetr göstəriblər ki,bu daha bibırçı deyilmi? Məcburi köçkünlərin qəsəbəsində 4-5 il əvvəl tikilərək istifadəyə verilmiş fərdi yaşayış evlərinin yenidən təmir olunması işlərin səthi aparılmasına bir işarə deyilmi? Bunlardan əlavə,təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

Tenderlərdə qalib gələn MMC-lərə gəlincə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi heç bir maddi-texniki bazası olmayan şirkətlərdir. Rayon yerlərində qul bazarlarından günü 5-10 manata fəhlə cəlb etməklə kosmetik işlər görməklə ayrılmış dövlət vəsaitlərinin müəyyən faizini sifarişçilərə çatdırmaqdan başqa heç bir iş görmək iqtidarında deyillər. Bir sözlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin və Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovun qaçqın malını talayan ortaqlarıdırlar.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Bu gün, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Bu gün, 18:24
Paşinyan Lavrovla görüşüb
Bu gün, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Bu gün, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Bu gün, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Bu gün, 18:02
"JEK" 31 ədəd qaloş alır
Bu gün, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Bu gün, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Bu gün, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Bu gün, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Bu gün, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Bu gün, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Bu gün, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Bu gün, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Bu gün, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Bu gün, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Bu gün, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Bu gün, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Bu gün, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru