Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                 

Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Tarix: 14-02-2019, 09:41 | Çap et
Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Son günlər Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı böyüyür. Bunun yaranma səbəblərindən biri partiya funksioneri Səxavət Soltanlının paylaşdığı status olub. “Yeni Müsavat” sözügedən statusu təqdim edir: “Əziz dostlar, hakimiyyətin tapşırığı ilə Müsavat Partiyasına qarşı ”saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb. Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu “ittihamlara” cavab verməyimizi istəyirlər. Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Şəxsən sən oxucu, öldürmədiyin şəxsi harada basdırdığını deyə bilərsənmi? Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə “Ortaya fakt qoyun” deyirik.

Elə “faktlar” qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə “sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər” deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən, götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Guya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, “arayış alverçisi”mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiyyəti yoxdur, o, Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyəti olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür.

Belə saxtakarlara, işbazlara görə Müsavat Partiyası kimi ləyaqətlə mübarizə aparan partiyanın adını hallandırmaq olarmı?

Bu “fakt”lara görə bizdən cavab vermək tələb edilə bilərmi?

Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!

Fakt qoyun ortaya, daha belə saxta fakt yox".

Bu status Müsavat Partiyası daxilində, eləcə də sosial şəbəkədə ciddi müzakirələrə, qovğaya səbəb olub. İlkin reaksiyalardan birini elə partiyanın divan üzvü Yadigar Sadıqlı bildirib. Onun mövzu ilə bağlı yazdıqlarını təqdim edirik: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.
Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm".

Müzakirələr zamanı Y.Sadıqlı ona sual ünvanlayan bəzi partiyadaşlarına cavab olaraq deyib: “Mənim adım keçən və guya aylarla əllərində olan sənəd barədə mənə heç bir məlumat verilməməsini, qəfildən sosial şəbəkədə paylaşılmasını izah edə bilərsiniz?” O, bununla da bu paylaşımın səmimi məqsədlərdən xəbər vermədiyinə işarə vurub.

Partiya başqanının müavini Tofiq Yaqublu isə müzakirələrdə bildirib ki, “bu saxta sənəd ələ keçən kimi Yadıgar bəyə dərhal məlumat verilməliydi”.

S.Soltanlı isə yaranmış fikir ayrılıqlarına belə münasibət bildirib: “İsterikanı anlamadım. Müsavata qarşı iflasa uğrayan şər kampaniyasını yenidən dirçəltmək cəhdinə cavab olaraq yazmışam ki, belə saxta sənədlər müxtəlif Müsavat yetkililərinin o cümlədən Yadigar Sadıqlının da adından düzəldilir, və saxta olması qəti şübhə doğurmayan bir nümunəni paylaşmışam. Burada sizi narahat edən nədir?

Eyni zamanda işbazların Yadigar Sadıqlının adından hazırladığı, guya Müsavat Partiyasına aid olan saxta sənədi ictimailəşdirməyimin Yadigar Sadıqlının başqanlığa namizəd olacağını elan etməsi ilə əlaqələndirmək riyakarlıqdır. Əvvəla, bu saxta sənəd Yadigar Sadıqlıya qarşı kompromat deyil. İkincisi, Yadigar Sadıqlı mən bu saxta sənəd haqqında Divan üzvlərinə (13 nəfərin iştirak etdiyi iclasda) məlumat verdikdən, bəzi Divan üzvlərinə və Elman Fəttaha bu saxta sənədi göstərdikdən, onun vasitəsi ilə bu haqda məlumat Yadigar Sadıqlıya çatdırıldıqdan sonra o qurultayda başqanlığa namizəd olacağını elan edib".

S.Soltanlı eyni zamanda bildirib ki, “Adam nə qədər savadsız və utanmaz olmalıdır ki, iddia eləsin ki, hansısa təşkilat öz üzvünə ”saxta vəsiqə", “saxta arayış” nə bilim saxta nəsə versin?". O, bu fikirlərini möhkəmləndirmək üçün aşağıdakıları qeyd edib: “Verirsə, elə həqiqi vəsiqə, həqiqi arayış verər də. Ay savadsız və bizə qarşı istifadə olunanlar, hansısa təşkilatın adından saxta sənəd varsa, bu o deməkdir ki, bu sənəd hansısa başqa fırıldaqçılar tərəfindən hazırlanıb. Bəli, Müsavat Partiyasının sənədlərinə oxşar sənəd düzəldənlər var və biz də bu saxtakarların tapılmasında, cəzalanmasında maraqlıyıq.

Əlində partiyanın möhürü, blankı olan bir şəxs niyə saxta sənəd versin? Niyə boş yerə oksigen israf edirsiz? 50, 100, 1000, 10000 min manat qarşılığında şəxsiyyətini, əqidəsini, əqidədaşlarını satanlar bizlərin düşünmədən nələrdən imtina etdiklərimizi heç düşünə bilirlərmi?

Bələdiyyə, parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə seçkilərdə iştirak etməməyə görə şəxsən mənə təklif edilən pulun və başqa maddi şeylərin qarşısında bizə şər atanlar çox şeylərin satardılar.

Biz həmin təklif göndərənlərə düşünmədən layiq olduqları formada cavab vermişik.

Bir imza vərəqinə görə mən də daxil olmaqla namizədlərimizə təklif edilənlərdən xəbəriniz olsa da sizdə utanan sifət görmürəm.

Biri bizə Müsavatın sənədinə oxşar saxta sənəd göstərir, araşdırmasız görünür ki, saxta sənəddir, deyir “fakt demirdiz, bu da fakt”.

Bu adamlara ona görə vaxt ayırıram ki, cavab verilməyəndə, həqiqətlər deyilməyəndə ən absurd yalan da ayaq tutub yeriyir.

Bundan əvvəlki kampaniyaları kimi bu da suya düşüb".

“Yeni Müsavat” mövzu ilə bağlı tərəflərlə danışmağa cəhd göstərsə də, buna nail olmayıb. Y.Sadıqlı bu barədə mediaya açıqlama verməyəcəyini bildirib. Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, ötən illərdə də Müsavat Partiyasına qarşı saxta vəsiqə ittihamları olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru