Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                 

“...Erməniləri yığıb Bakıya gətirmək düzgün deyil” - deputat
Tarix: 16-02-2019, 09:24 | Çap et
“...Erməniləri yığıb Bakıya gətirmək düzgün deyil”
Son vaxtlar Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan müzakirələrdən biri də xalqların sülhə hazırlanması və dialoqun qurulmasıdır. Lakin bu məsələyə yanaşma da birmənalı deyil. Hər iki ölkənin vətəndaşları tərəfindən dialoq məsələsinə iradlar var. Azərbaycan vətəndaşları torpaqlarının azad olunması xəbərini eşitmədən dialoqa getməyi qəbul etmədiyi kimi, ermənilər də böyük itki verərək işğal etdikləri və haqsız da olsa sahibləndikləri torpaqlardan əl çəkmək istəmirlər. Belə olduğu halda, cəmiyyətin sülhə və dialoqa nə qədər hazır olduğu sual doğurur?

Bəs görəsən, Qarabağda torpağını, yurdunu itirən ictimai fikir adamlarının bu məsələyə münasibəti necədir?

“Yeni Müsavat”ın sualını cavablandıran deputat Aqil Abbas da indiki halda dialoqun mümkün olmadığını dilə gətirdi: “Ermənilər torpaqları işğal edib, orada məktəb tikib yol çəkiblər. Rayonlarda xeyli iş aparıblar. Ermənistan prezidenti bu yaxınlarda Fransaya rəsmi səfər etdi, daha sonra oradan Amerikaya getdi, oradan Moskvaya döndü və ona dedilər ki, get işinlə məşğul ol, nə istəyirsənsə onu et. Daha sonra gəldi və işğal olunmuş torpaqlarımızda yeni işlər görməyə başladı. Dialoq bir nağıldır. Təbii ki, mən də sülh istəyirəm. Mən də istəmərəm ki, bir azərbaycanlının övladı şəhid olsun. Ancaq bu yolla sülh əldə etmək olmur. Öncə erməni işğalçıları torpaqlarımızı tərk etməlidir. Daha sonra oturub danışıqlar aparmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə müəyyən hüquqlar vermək olar. Onların da bizim kimi seçib-seçilmək hüququ olmalıdır, sosial təminatı olmalıdır. Əgər vətəndaşlığı qəbul etsə, bunlardan faydalana bilər. Hətta onun müharibədə həlak olmuş yaxınına görə də, Azərbaycan pul verə bilər. Ancaq onlar bizim torpaqlarımızı qaytarmadıqca, dialoq bir nağıldır. Biz sülh istəyirik, ancaq dediyim şərtlərlə. Əks halda, biz erməniləri öz torpaqlarımızdan çıxaracağıq, Qarabağı azad edəcəyik. Ermənilər əgər qalıb vətəndaşlığımızı qəbul etsə, onların hüquqlarına hörmətlə yanaşacağıq. Ancaq torpaqlar azad edilməmiş, erməniləri yığıb Bakıya gətirmək, onlarla gəzib çay içmək düzgün deyil”.

Musavat.com saytının redaktoru Xalid Kazımlı da vurğuladı ki, indiki şərtlərlə ermənilərlə heç bir barışıqdan söhbət gedə bilməz: “Ortada Azərbaycana vurulmuş milyardlarla dollar həcmində maddi ziyan, 30 minə yaxın qətlə yetirilmiş insanın, 70 minə yaxın xəsarət almış insanın özlərinin və ailələrinin faciəsi, işğal olunmuş rayonlar var. Bunların üstünə ermənilərin öz dədə-baba yurdlarından deportasiya etdiyi, başqa sözlə, genosid siyasətinə məruz qoyduğu bir milyona yaxın insanın da yaşadığı maddi-mənəvi, psixoloji sarsıntısını da gəlsək, hansı dialoqdan, barışıqdan, yaxınlaşmadan söhbət gedə bilər? Heç cür mümkün deyil. Fiksiyadır və özünü aldatmaqdır. Bu, ermənilərin xeyrinə olan bir təşəbbüsdür. Zərərlidir. Bu iki dövlət və millət arasında dialoq o zaman baş tuta bilər ki, ermənilər olub-keçənlərə görə öz günahlarını etiraf etsinlər, vurduqları zərəri ödəsinlər, üzr istəsinlər, əfv diləsinlər, öz hərbi canilərini lənətləsinlər, bir daha belə etməyəcəklərinə dair təminat versinlər. O zaman dialoq predmeti tapıla bilər, tədricən yaxınlaşma ola bilər. Yoxsa bu münaqişə min il də davam etsə, biz öz mövqeyimizdən geri çəkilə, duruşumuzu poza bilmərik. Prinsipial olmaq, bu avantüranın son nəticədə erməniləri necə yazıq günə qoyduğu günü gözləmək, o günün tez yetişməsi üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır”.

Tanınmış telejurnalist Qulu Məhərrəmli isə hesab edir ki, xalqları sülhə hazırlamaq məsələsinin arxasında heç bir mexanizm dayanmır: “Xalqları sülhə hazırlamaq məsələsi bir şüar kimi ortaya atılsa da, onun arxasında heç bir plan, mexanizm və ideya dayanmır, sadəcə söz var. Ona görə də, xalqları sülhə hazırlamaq məsələsi havadan asılı bir şeydir. Xalqı sülhə hazırlamaq anlayışı və güzəşt yalnız o halda ola bilər ki, Azərbaycanın torpağı azad olunsun, ondan sonra separatçı ermənilərin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı güzəşt haqqında danışmaq olar. Azərbaycan heç bir torpaq güzəştinə gedə bilməz. Sülh məsələsində isə ermənilər bizdən daha çox maraqlı olmalıdır. Çünki Qafqazda gedən çox ciddi layihələrdən , o cümlədən kommunikasiya və enerji layihələrindən kənarda qalırlar. Hazırda Ermənistanda sosial problemlər önə çıxıb. Yeni hökumətin əsas məqsədlərindən biri əhalinin sosial problemlərini həll etməkdir. Ona görə də, müəyyən güzəşt edilə bilər, Xankəndində yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə müəyyən güzəştlər edilə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru