Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                 

"Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı" - deputat
Tarix: 4-03-2019, 08:32 | Çap et
"Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibə verib. O, müsahibəsində iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük bir aksiyanın keçirilə biləcəyini vurğulayıb.

Sitat: “Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal antihökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu, çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.

AĞ Partiya başqanı Tural Abbaslı Q.Həsənquliyevin fikirlərini dəstəklədi: “Çox uğurlu və faydalı təklifdir. Biz həm AĞ Partiya, həm də Qarabağ Komitəsinin həmtəsisçisi olaraq hər zaman bəyan etmişik ki, Qarabağ bizim üçün ümummilli bir məsələdir və bütün siyasi maraqlarımızdan üstündür. Bizlər üçün Qarabağ mövzusunda iqtidar-müxalifət ayırımı yoxdur. Bu mövzuda bir ayırım var - işğalçı və biz, Azərbaycan xalqı. Mən Qüdrət bəyin bu təklifini alqışlamaqla yanaşı daha da genişləndirmək istəyirəm. Təklif edirəm ki, Qarabağ Komitəsinin martın 16-sına təyin etdiyi mitinqin həm təşkilatçılığında, həm də təbliğatında iqtidar partiyası da, BAXCP də yaxından iştirak etsin. Gəlsinlər Qarabağ Komitəsi olaraq bu məsələni birlikdə müzakirə edək və mitinqi birlikdə keçirək. Qoy bütün dünya da, düşmənlər də, dostlar da Azərbaycan xalqının Qarabağ məsələsindəki birliyinin, həmrəyliyinin və qətiyyətinin şahidi olsun. Hələ son zamanlar Ermənistan rəhbərliyinin sərsəm bəyənatlarını və aşağılayıcı siyasi gedişlərini nəzərə alsaq, bu çox yerində bir mitinq olar. Biz Qarabağ Komitəsinin ilk mitinqində də istərsə hakimiyyət partiyasına, istərsə də digər hakimiyyət yönümlü partiyalara müraciət etmişdik və hətta məktublar da göndərmişdik. Təəssüf olsun ki, nə iqtidar partiyasından, nə də özlərini aparıcı müxalifət partiyaları hesab edən digər partiyalardan dəvətimizə müsbət cavab gəldi. Hər halda, ən azından indi qəbul edərlər ki, bu məsələ nə qədər vacibdir. Qarabağ naminə birlik fərzdir və bunu cəmiyyət olaraq nə qədər tez anlasaq və fəaliyyətə keçsək bir o qədər yaxşı olar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev başqa bir təkliflə çıxış etdi: “Bu təklifin əleyhinə deyiləm. Amma biz bir yerə yığılıb, bir-birimizə fikirlərimizi söyləyib sonra da dağılıb gedəcəyik. Bundan daha ciddi bir təklif etmişdim ki, iqtidar, müxalifət və ictimai təşkilatlar parlamentində özündə parlamentin iştirakı ilə böyük bir toplantı keçirilməli, orada bir memorandum imzalanmalıdır. O memorandumda münaqişənin həlli təcrübəsi göstərilsin. Göstəriləndə də həm iqtidar, həm də müxalifət ona imza atsın. Bu bir funksiya daşımalıdır. Xaricdən Azərbaycana hər hansı bir təzyiq olduqda onlar bildirsinlər ki, bu xalqın bütün kəsimlərini əhatə edən bir sənəddir və bu sənəddən kənarda heç nə qəbul oluna bilməz. Bu işimizi xeyli yüngülləşdirər.

Üstəlik də müxalifət əmin olmalıdır ki, iqtidar başqa formada münaqişənin həllini istəmir, iqtidar da əmin olsun ki, müxalifət Qarabağ şüarından istifadə edərək hakimiyyət uğrunda savaş aparmır. Çox təəssüf ki, bu məsələyə hələ baxılmayıb. Lakin onun da əleyhinə deyiləm ki, xalqın böyük hissəsi iqtidar və müxalifətli dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin. Bu da qətnamə qəbul etmək şərti ilə ki, BMT qəbul etdiyi qətnamələrin icrasına nəzarəti həyata keçirməsə, yaxud da böyük güclər, vasitəçilər Ermənistanı Azərbaycandan çıxarmasa, filan vaxtı əməliyyatlara başlayırıq, bu xalqın iradəsidir, təkcə hökumətin deyil. Konkret bir ay vaxt qoymaq olar. Mənim də dediyim memorandum buna dəstək verəcək. Bu çox rahat bir məsələ olar. Milli birlik və milli gücün bir yerdə milli iradəyə çevrilməsini təmin edən faktor olardı. Həm müxalifət iqtidardan, həm də iqtidar müxalifətdən əmin olardı. Hakimiyyətin protokol qaydalarından kənara çıxmamasını anlayıram.

Amma çox təəssüflər olsun ki, uzun müddətdir müxalifətdə olan və öz dövlətinə qarşı radikal mövqe nümayiş etdirənlər İrana bir söz demirlər. İndi də susublar. Biz mütəmadi olaraq Bütöv Azərbaycan məsələsini ortaya qoyanda bunu utopik fərziyyə kimi nəzərə alırdılar. Anlamırdılar ki, hər bir millətin strateji hədəfləri olmalıdır. Hər zaman demişəm, indi də təkrar edirəm ki, hədəfsiz millət kompassız gəmi kimidir. Bizim üçün ədalətli status-kvo Bütöv Azərbaycandır. Son hadisələr göstərdi ki, Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımız bu məsələyə susmadı.

Son hadisələrdə şüarlar səsləndirmələri, xüsusilə, yüz minlərlə insanın ”Qarabağ bizimdir, bizim olacaq!" şüarı İran rejiminə sərt şillə oldu. Ermənilər yürüş keçirəndə İranın hakimiyyət orqanları öz arxalarında “biz birlikdəyik” deyə şüar atmışdılar. Bununla ermənilərlə bir yerdə olduqlarını açıq şəkildə göstərdilər. İran rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Biz bəzi məsələlərə göz yummamalıyıq. Azərbaycan böyük strateji hədəflərinə çatmaq üçün kiməsə görə susmalı deyil. Artıq sərt şəkildə təpki göstərmək zamanıdır. Zaman da göstərdi ki, bu utopik məsələ deyil. Xalqımız bir yerdə problemlərin həllinin üstünə getmək iqtidarındadır. Cənubi Azərbaycanda Qarabağ problemi şimaldan heç də az deyil. Kifayət qədər orada təpkilər də göstərilir. Bu məsələdə kifayət qədər gecikmişik. Siz dediyiniz və başqa məsələlərin həyata keçirilməsinin zamanı çatıb".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru