"Bəlkə iclasın ortasına və ya axırına gəlib çatacaqdım?" - QALMAQAL
Tarix: 7-03-2019, 08:32 | Çap et
 Martın 6-da Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin İdarə Heyəti üzvlüyünə xitam verilib.
Eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub. Deputat Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayev iclasda iştirak edərək, növbəti toplantıda komitəyə üzv olacağını bəyan edib.
İclas barədə musavat.com-a QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib.
Barəsində verilən qərarla bağlı Akif Nağının fikirlərini aldıq. O, təəssüfləndiyini dilə gətirdi: “Açığı, belə bir qərarın qəbul ediləcəyini gözləmirdik. Çünki ortada səmimiyyət olmalıdır. Tələm-tələsik qərar qəbul edib, Akif Nağının fəaliyyətinə xitam verməklə nə qazanacaqlar? Qeyri-səmimi bir yanaşma sərgilədilər. Qaydaları pozaraq barəmdə belə qərar qəbul etdilər. Qarabağ Komitəsinin əsasnaməsində idarə heyətindən və komitədən çıxarılma ilə bağlı heç bir maddə, müddəa yoxdur. Bizim qəbul etdiyimiz əsasnamədə komitənin tərkibindən çıxarılma ilə bağlı bənddə belə deyilir ki, komitəyə üzv qəbul oluna və oradan çıxarıla bilər. Yəni orada ”kimsə iclasda iştirak etməsə çıxarılacaq" kimi söhbət yoxdur. Ən azından şifahi xəbərdarlıq olunmalı idi ki, 3 iclasda iştirak etməsən çıxarılacaqsan. Buna əməl etmədilər. Mən indiyə qədər üç iclasda iştirak etməmişəm. Bu üçüncü idi. İclasın əvvəlində bu məsələni gündəmə çıxarıb belə qərar qəbul ediblər. Bəlkə iclasın ortasına və ya axırına gəlib çatacaqdım?
Üç iclasdan sonra dördüncü iclasda bu məsələni qoya bilərdilər. Ciddi bir arqument ortaya qoymadan məni çıxarıblar. Şübhələr yaranır ki, burada sifariş və ya başqa amillər ola bilər. Dünya praktikasında belədir ki, bir şəxs haqqında qərar qəbul olunanda şəxsin özü orada mütləq iştirak etməlidir. Məsələmin müzakirəsi ilə bağlı mənə heç bir məlumat verilməyib. Ötən həftənin dördüncü günü Mirmahmud Mirəlioğlu bir heyətlə gəlmişdi ki, iclaslarda hansı səbəblərdən iştirak etmirsən. Mən də müəyyən səbəbləri demişdim. Səbəblərim aradan qaldırılandan sonra komitədə fəaliyyətimi davam etdirməyə hazır olduğumu bildirmişdim. Onlar da demişdilər ki, bu məsələni müzakirə edərik. Yəni mənə idarə heyətindən çıxarılmağımla bağlı müzakirə olacağı deyilməyib. Mənim orada iştirakım təmin olunmalı idi. İştirak etməsəm belə mənə deyilməli idi. Verdikləri qərara, sadəcə, təəssüf edirəm. Biz artıq təəccüblənmək hissini unutmuşuq. Təəssüf edirik ki, Qarabağ Komitəsinin fəaliyyəti belə bir istiqamətə yönəldi".
A.Nağı istənilən halda sıravi üzv kimi olsa belə komitədə fəaliyyətini davam etdirəcəyini söylədi: “Komitədən istefa vermək fikrim yoxdur. Sadəcə olaraq, komitənin fəaliyyətini bu cür xoşagəlməyən istiqamətdə qurduqları üçün iclaslarda iştirak etməyəcəyəm. Qarabağ Azadlıq Təşkilatının şənbə günü Ali Məclisinin iclasıdır. Bu iclas komitədə barəmdə verilən qərarla bağlı deyil. Hər üç aydan bir çağırılır. Təbii ki, yerli şöbələr baş verənlərdən narahatdır. İclasda yəqin ki, bu məsələ qaldırılacaq. Müəyyən qərarlarımız olacaq. QAT-ın İdarə Heyətində də bu məsələ müzakirə ediləcək. Şəxsimin bu məsələ ilə bağlı mövqeyi var. Onu indidən səsləndirib Ali Məclisin və idarə heyətinin qərarına təsir etmək istəmirəm”.
QAT sədri QK-da olan partiyaların da “bostanına daş atdı: ”Ad çəkmək istəmirəm. Amma komitə rəhbərliyində olanlardan narazı qaldığımı gizlətmirəm. Orada 3-4 partiya rəhbəri var. Onların partiyasının üzvləri komitə üzvü kimi fəaliyyət göstərirlər. Həmin partiyaların rəhbərləri xüsusi canfəşanlıqla məni tərifləyərək, sonda qərarın lehinə səs verməklə işlərini gördülər. Yerdə qalanlar, yəni partiyalardan komitədə üzv olanlar rəhbərləri hansı qərarı verdisə, ona da əməl etdilər. Ümumiyyətlə, Azərbaycanda partiyalarda demokratiyanın olmadığını Qarabağ Komitəsində açıq gördüm. QAT üzvləri də komitə üzvüdürlər. Fəaliyyət göstərdiyimiz yarım il ərzində bir dəfə də şahidi olmadım ki, komitədə üzv olan partiya təmsilçisi sədrinin dediyinin əleyhinə səs versin və ya çıxsın. Bunu heç bir partiyadan görmədim. Hər kəs gördü ki, QAT daha çox demokratik prinsiplərə əməl etdi. Üzvlərimiz hətta mənim belə fikirlərimə qarşı çıxırdılar. İclasın canlı yayımında hər kəs gördü. Partiya sədrləri rəy formalaşdırdılar, barəmdə belə qərarın verilməsinə nail oldular".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27 |
|
|
|
| • Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23 |
|
|
|
| • İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04 |
|
|
|
| • Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41 |
|
|
|
| • Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37 |
|
|
|
| • Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33 |
|
|
|
| • "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29 |
|
|
|
| • Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26 |
|
|
|
| • "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22 |
|
|
|
| • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09 |
|
|
|
| • Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55 |
|
|
|
| • ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39 |
|
|
|
| • “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37 |
|
|
|
| • AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36 |
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
|