"Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                 

Siyasi münasibətlərdə yeni mərhələ: - iqtidar-müxalifət dialoqu gündəmə gəlir
Tarix: 18-03-2019, 08:20 | Çap et
Siyasi münasibətlərdə yeni mərhələ:
2019-cu ilin Azərbaycan tarixində təkcə sosial, iqtisadi islahatlar ili kimi deyil, həm də siyasi açılımlar ili kimi qalacağını artıq indidən söyləmək mümkündür. Ölkə prezidenti tərəfindən ard-arda çoxsaylı sosial xarakterli fərmanlar və sərəncamların imzalanmasının ardınca siyasi məhbus kimi təqdim edilən 50-yə yaxın məhbusun azad olunması siyasi islahatların da başlanğıcının əlaməti hesab edilir. Bir sıra siyasilər hesab edirlər ki, atılan addımlar Azərbaycanda fərqli siyasi sistemə, iqtidar-müxalifət münasibətlərinin yeni müsbət müstəviyə keçilməsinə gətirib çıxara bilər.

Görülən sosial yönlü müsbət tədbirlərin effektiv nəticələr verməsinə siyasi islahatların ciddi təsir edəcəyi bildirilir.

Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında deyib ki, 2019-cu il prosesləri yeni bir müstəviyə daşıya bilər: “Siyasi məhbusların həbsdən azad olunması gələcəkdə imkan verir ki, siyasi partiyalarla da dialoq yaransın və cəmiyyət barış, dialoq müstəvisində Azərbaycanın problemlərini həll edə bilsin. Azərbaycana da, Azərbaycanın problemlərinə də, regiondakı yerimizə, vəziyyətimizə də yaraşan barış və dialoqdur. Çünki bizim vəziyyətimiz olduqca çətindir. Həm Cənubi Qafqazda, həm dünyadakı yerimiz olduqca çətindir, böyük problemlərimiz var. Ya zəlzələdən, ya vəlvələdən Ermənistan-Azərbaycan münaqişəsi gəlib elə bir yerə dirənib ki, burdan yalnız dil, düşüncə, fikir, vətəndaş birliyi ilə çıxmaq mümkündür.

Bunun üçün isə ilk növbədə hakimiyyət elə adddımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin. Güman edirəm ki, bu da o addımlardan biridir. Siyasi müxalifət daha çox hakimiyyətin bu addımlarını təqdir edərək, böyük açılımlar etməyə həm həvəsləndirməlidir, həm də təminat verməlidir. Təminat verməlidir ki, biz bunu qiymətləndiririk; bu, dəyərli addımdır və ardınca da müxalifətlə, o cümlədən demokratik seçkilərlə bağlı ciddi addımlar atılsın. Müxalifətin görməli olduğu iş əslində bu istiqamətdə hakimiyyətə dəstək verməkdir. Hər halda hakimiyyətə bir təminat verməlidir ki, biz atdığınız addımların arxasındayıq və bundan kiminsə sui-istifafə etməsinə imkan verməyəcəyik, ölkəmizi möhkəmləndirəcəyik”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında ilk növbədə cənab prezidentin atdığı humanist addımı alqışladığını dedi. O daha sonra atılan addımların iqtidar-müxalifət münasibətlərinə təsir edəcəyi barədə danışdı: “Bu, prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına yüksək rəğbəti, humanizm prinsiplərinə əsaslanmağı ilə bağlıdır. Prezident neçə-neçə ailələrə böyük sevinc bəxş etdi. Eyni zamanda, azadlığa çıxanlara da göz aydınlığı verirəm. Əminəm ki, onlar bu həbs müddətində öz fəaliyyətlərini götür-qoy ediblər. Mən çox istərdim ki, onlar Azərbaycan üçün daha üstün cəhətləri özündə ifadə edən, daşıyan, dövlətçiliyimizə töhfə verə biləcək vətəndaş kimi cəmiyyətdə fərqlənsinlər. Dövlətimizə, xalqımıza xidmət üçün hərə öz imkanları daxilində töhfəsini versin. Bir sözlə artıq onlar azadlıqdadırlar. Bu, çox yaxşıdır.

Ölkəmizin prezidenti, bildiyiniz kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dərin islahatlara başlayıb. Hələ prezident seçkiləri ərəfəsində söylədiyi fikirlər göstərirdi ki, artıq prezident seçkilərindən sonra Azərbaycan dövləti, cəmiyyəti özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyacaq. Bu, dövlətçiliyimizin yeni bir diqqəti cəlb eləyən, cəmiyyətimizi möhkəmləndirən, xalqla prezidentin birliyini daha da yüksək səviyyəyə qaldıran bir mərhələ olacaq. Bu mərhələni prezident seçkilərindən sonra cənab prezidentimiz başladıb və bu gün də ciddi şəkildə davam edir.

Təkcə 2019-cu ilin yanvarından bu tərəfə həm iqtisadi-sosial islahatlar sahədə mühüm qərarlar verilib, həm vətəndaşların gözlədiyi problemli kreditlərə dair fərman, eyni zamanda, struktur dəyişiklikləri ilə bağlı islahatların dərinləşməsinə xidmət eləyən fərmanlar, sərəncamlar imzalanıb. Bu proses gedir. Eyni zamanda, əlbəttə, gözlənilirdi ki, artıq Azərbaycana kənardan bir təzyiq forması kimi istifadə olunan, “siyasi məhbus” adlandırılan insanlar da azadlığa çıxacaqlar. Əslində prezidentin atdığı addımların mahiyyəti və məntiqi bunu göstərməkdəydi. Prezidentin atdığı bu addımlar ölkəmizdə siyasi məhbus amili üzərində alver etmək istəyən daxildəki qüvvələri və xaricdəki antimilli qüvvələri susdurmağı bacardı. Prezident bir daha nümayiş etdirdi ki, o, ölkəmizdə sağlam siyasi mühitin olmasında maraqlıdır. Məncə, başlanan bu müsbət proses davam edəcək. İstisna deyil ki, məhkəmələr qaydasında da “siyasi məhbus” kimi adı hallanan bəzi məhbuslar azad edilsin".

F.Ağamalı vurğuladı ki, demokratik cəmiyyətdə iqtidarla bərabər, müxalifətin olması çox vacib şərtdir: “Bu, ölkəmizin də inkişafı üçün ciddi bir şərtdir. Çox arzu olunandır ki, iqtidarın bu və ya digər hərəkətlərini qəbul etməyən, özü buna başqa cür yanaşan müxalifət mövqeyində duran insanlar qanunun aliliyinə söykənərək bu fəaliyyəti göstərsinlər. Prezidentimiz hər bir vətəndaşa, məmura nümunədir. Çox yaxşı olar ki, vətəndaşımız, müxalifətçilər, məmurlar cənab prezidentdən nümunə götürsünlər. O zaman məmur-vətəndaş münasibətlərində, siyasi münasibətlərdə daha yüksək səviyyəli sivil münasibətlər hökm sürəcək. Bu gün Azərbaycanda siyasi baxımdan qarşıdurma elementləri, demək olar ki, yox dərəcəsindədir. Müxalifət partiyalarının mütləq əksəriyyəti öz fəaliyyətini Azərbaycan qanunvericiliyi çərçivəsində qururlar, iqtidarla onların dövlətçilik baxımından hər hansı bir problemləri yaşanmır. Bu cür üstün cəhətləri, əlbəttə, unutmaq olmaz. Cənab prezidentin sosial-iqtisadi islahatların ardınca imzaladığı məlum əfv fərmanı ölkəmizdə siyasi münasibətlərin daha da müsbət yön almasında şübhəsiz ki, ciddi təsirini göstərəcək. Müxalifətlə iqtidar arasında münasibətlərin daha yüksək səviyyədə qurulması üçün bundan sonra hər iki tərəfdən yeni addımlar atıla bilər. Müxalifət iqtidara qarşı qərəzli mövqedən imtina edərək konstruktiv mövqedə duran mövqe nümayiş etdirsə, əlbəttə, iqtidar tərəfindən də onlara doğru addımlar atıla bilər. Bizim çox ciddi problemimiz var - Qarabağ problemi. Torpaqlarımızın işğalda olması bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Burada iqtidar-müxalifət anlayışı tamamilə kənara qoyulmalıdır. Birmənalı olaraq bu anlayışdan imtina edib hər birimiz işğaldakı torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni etməliyik. Bununla bağlı iqtidarla müxalifət arasında dialoq da təşkil oluna bilər. Ölkəmizin, ola bilsin ki, sosial-iqtisadi inkişafı ilə bağlı, digər vacib məsələlərlə bağlı iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqlar da təşkil oluna bilər. Bunlar siyasi mühit üçün də faydalı olar. Gələcəkdə bütün bunların olmasını istisna etmirəm”.

Deputatın sözlərinə görə, eyni zamanda, təbii ki, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün də bundan sonra dövlət başçısının siyasəti daha ardıcıl xarakter daşıyacaq: “Xüsusi olaraq vətəndaş cəmiyyətinin güclənməsində mühüm rol oynayan QHT-lərin, medianın fəaliyyəti bundan sonra, məncə, daha intensiv xarakter daşıyacaq. Onların bu və ya digər layihələrdə iştirakına geniş imkanlar açılacaq. İctimai rəyin formalaşmasında, dövlətçiliyimizdə xüsusi töhfələr vermək üçün güclü imkanlara malik Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətində də bundan sonra geniş imkanlar yaradılacaq. Bir sözlə, Azərbaycan getdikcə daha güclü bir cəmiyyətə, daha güclü ölkəyə çevrilməkdədir. Ölkə prezidentinin atdığı addımların mahiyyətində və məntiqində ciddi bir hədəf durur. Bu da yaxın zaman kəsiyində Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq üçün onun iqtisadi, sosial inkişafı ilə bərabər, həm də güclü vətəndaş cəmiyyətinin olması mühüm şərtdir. Mənə belə gəlir ki, artıq biz buna doğru ciddi addımlar atmaqdayıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru