İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                 

“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Tarix: 19-03-2019, 09:48 | Çap et
“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Bu ilin əvvəlindən başlayaraq ölkə prezidenti İlham Əliyev tərəfindən ən müxtəlif sahələr üzrə mühüm sərəncamlar verilir, iqtisadi-sosial, ictimai-siyasi sferada müsbət addımlar atılır. İnqilabi xarakterli islahatlar tamamilə yeni bir atmosfer yaradır.

Son iki ay ərzində ölkə rəhbəri şəhid ailələri ilə görüşdü və birdəfəlik müavinət ala bilməyən bu ailələrin problemi həll olundu. Problemli kreditlər barədə də prezidentin cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanan qərarı oldu və həmin qərardan sonra bu problem aradan qalxmaq üzrədir. Pensiyalar, minimum əməkhaqları, sosial müavinətlər qaldırıldı. Ölkə başçısının bir sıra rayonlara da səfərləri oldu, xalqla yaxından təmas quran prezident onların problemləri ilə maraqlandı, şəxsən özü şikayətçilərin əllərindən onların ərizələrini aldı. Bu cür faktlardan ibarət siyahını uzatmaq da olar.

Habelə, bloger Mehman Hüseynovun işi, iki gün öncə isə geniş miqyaslı əfv sərəncamının imzalanması da böyük rezonans doğurub. Sərəncamla həbsdəki 55 siyasi fəal da azad edildi, bütövlükdə əfv 431 nəfərə şamil olundu. Novruz əfvi təkcə ölkə daxilində deyil, beynəlxalq qurumlar tərəfindən də alqışlarla qarşılandı.

Son olaraq, martın 18-də sərəncam imzalayan ölkə rəhbəri 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayırıb.

Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatına yönəldiləcək.

Bütün bunların fonunda ölkədə tam yeni bir siyasi mühit formalaşdığı və bunun növbədənkənar parlament seçkilərinə də zəmin yaratdığı ekspertlər tərəfindən vurğulanır. Qeyd edək ki, hələ bir müddət öncə bu haqda ilkin informasiyalar “Yeni Müsavat”a daxil olmuşdu.

İlkin xəbərdə parlament seçkilərinin bu ilin aprel-may aylarında baş tutacağı iddia olunurdu. “Yeni Müsavat”a daxil olan son məlumatda isə bildirilir ki, növbədənkənar seçkilərin keçirilməsi üçün konstitusiyada dəyişikliklər edilməsi zərurəti olduğundan proses sentyabr-oktyabr aylarınadək uzana bilər.

Ekspertlər bütün hallarda bu islahatların məntiqi davamı kimi qanunverici orqanda da dəyişikliklərin ola biləcəyini ehtimal edirlər. Hətta hökumət daxilində artıq seçkilərə hazırlıqların getdiyi də gələn xəbərlər sırasındadır. Belə iddialar da səslənir ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə parlament seçkiləri eyni günə təsadüf edə bilər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli parlament seçkilərinin keçirilməsi üçün zərurətin yarandığını düşünür. “Yeni Müsavat”a açıqlamasında sabiq müşavir bunları dedi: “Aparılan struktur islahatlarının davamı mütləqdir. Yəni idarəetmə aparatı sadələşdirilir, artıq lüzumsuz, bürokratik aparatdan imtina edilir, daha çevik və mobil idarəetmə sistemləri tətbiq edilir. Bunun hesabına idarəetmə çevik olmaqla yanaşı, həm də asanlaşır. İdarəetmədə bürokratik əngəllər yaradan, rüşvətə, korrupsiyaya yol açan sahələrin bəziləri “ASAN Xidmət“ə verilir. Beləliklə də dövlət orqanları xeyli şəffaflaşır. Məmur özbaşınalığına tədricən olsa da, son qoyulmağa başlanılıb. Sıravi insanları incitməyi özlərinin peşələri sayanlar idarəetmədən uzaqlaşdırılır. Bununla da idarəetmə humanist xarakter daşımağa başlayıb. Düşünürəm ki, idarəetmənin qolları arasında əlaqələrin yaradılmasına ciddi ehtiyac duyulur. Yəni hakimiyyətin icraedici orqanları ilə qanunverici orqanları, eləcə də məhkəmə orqanları arasında bölgünün dəqiqləşdirilməsi, ”hakimiyyətin üç qol prinsipi"nə dünya praktikasına uyğun olaraq əməl edilməsi məsələsi də gündəmə gəlir. Bu gün bəzi məsələlərlə bağlı etiraf etmək lazımdır ki, qanunverici hakimiyyətin rolu bəzən icraedici hakimiyyətin rolu ilə qarışdırılır. Məhkəmə orqanlarında ciddi siyasi islahatlara ehtiyac var. Bu orqanların müstəqilliyi xeyli artırılmalı, onun işinə ictimai nəzarətin gücləndirilməsi xeyli vacib görünür. Çünki bu gün hüquq-mühafizə orqanlarındakı özbaşınalıq, rüşvət və korrupsiya halları hələ ki durdurula bilməyib, bu proses davam etməkdədir. Məhkəmə hüquq islahatları köklü aparılmalıdır. Elə edilməlidir ki, məhkəmə sisteminə hakimiyyətin digər qolunun təsir etmək imkanı olmasın.

Nəticə etibarı ilə qəbul edilmiş qərarlar qanunvericiliyə söykənməlidir. Prezident bunların anonslarını verib, növbəti islahatların məhkəmə orqanlarını əhatə edəcəyi barədə fikirlər səsləndirib. Düşünürəm ki, bu kontekstdə qanunverici hakimiyyətin yenilənməsinə, işinin daha da səmərəli olmasına ehtiyac duyulur. Çünki vəzifələrindən istefa vermiş deputatlar var, dünyasını dəyişən deputat da var. Kifayət qədər passiv, qanunvericilik hakimiyyətinin səlahiyyətlərini bilməyən, qanunvericilik məsələsində səsi olmayan adamlar da az deyil. Parlament sözün həqiqi mənasında peşəkar olmalıdır. Milli Məclis peşəkar adamlardan, özü də qanunvericilik məsələlərini dərindən bilənlərdən təşkil olunmalıdır. Bu məsələdə iş təcrübəsinə önəm verilməlidir ki, qanunverici hakimiyyət ölkədə möhkəmlənsin, digər proseslərə təsir etmək imkanları olsun. Düşünürəm ki, parlament seçkilərinin qabağa çəkilməsində heç bir qəbahət yoxdur. Bunun üçün hətta kifayət qədər zərurət yaranıb. Üstəlik də islahatlar dərinləşdikcə daha da radikal əhəmiyyət kəsb edir. Bunun fonunda hakimiyyətin hər üç qolunda islahatlar başa çatmalıdır. Kadr islahatları artıq davamlı xarakter daşımağa başlayıb. Məhkəmə islahatlarının başlanılması haqqında rəylər var. Qanunverici orqanın yenidən seçilməsi, qanunvericiliyə edilən dəyişikliklərlə struktur dəyişikliklərinin də əsası qoyula bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru