İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                 

“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan” - deputat
Tarix: 19-03-2019, 10:03 | Çap et
“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan”
Prezident İlham Əliyevin 431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.

Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.

Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.

Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.

Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru