Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

“Məqsədə xidmət edən yalanın ziyanı yoxdur” - deputat
Tarix: 22-04-2019, 09:19 | Çap et
“Məqsədə xidmət edən yalanın ziyanı yoxdur”
Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı Millət vəkili Siyavuş Novruzovdur.

- Siyavuş müəllim, kitabla aranız necədir?

- Kitabla aram həmişə yaxşı olub. Demək olar, məktəb illərindən indiyə qədər kitablara diqqət yetirmişəm. Gündə 10 səhifə oxumasam, elə bilirəm o günümü itirmişəm.

- İnternetdən, yəni “pdf” şəklində yox amma...

- Yox, onda hesab edirəm ki, mən nəsə oxumuram.

- Yaddaşda qalmır...

- Hə... İnternetdən yalnız informasiya almaq olar. Kitab bambaşqadır. Oxuduğun yerin altını cızırsan, ya harasa qeyd edirsən.

- Daha çox hansı kitabları oxuyursunuz?

- Bədii ədəbiyyata üstünlük verirəm. Siyasi ədəbiyyat da oxuyuram. Onsuz da bütün günümüz siyasətin içindədir. Rusiyadan, Türkiyədən jurnallar, kitablar sifariş edirəm, araşdırıram, oxuyuram. İslam tarixi ilə bağlı daha çox mütaliə etmişəm. O cümlədən bədii ədəbiyyat, yeni yazarlar... “Azərbaycan” jurnalına, “Ədəbiyyat qəzeti”nə abunəyəm, izləyirəm orda çıxan yazıları.

- Yeni yazarlar dediniz. Diqqətinizi çəkən hansı imzalar olub?

- Ən çox Aqşin Yeniseyi oxuyuram. Aysel Əlizadənin yaxşı yazıları olur. Başqaları da var təbii ki...

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yadımdadır. Mark Tvenin “Tom Soyerin macəraları”. Ondan sonra “Robinzon Kruzo”nu oxumuşam. O vaxt oxumaq üçün növbəyə düzülərdik, indi kimi kitab çox deyildi, hər kitabdan bir-iki nüsxə olardı. Yadımdadır, “Robinzon Kruzo”nu kitabxanadan götürəndə 5 gün vaxt vermişdilər. Mən o kitabı gecə-gündüz oxudum ki, vaxtında aparıb təhvil verim və növbədəki adam gəlib götürsün.

- Oxuma qrafikiniz varmı? Yəni günün hansı vaxtları oxuyursunuz?

- Əsasən axşamlar. Səhər tezdən iş olur deyə tam vaxt ayıra bilmirsən. Axşam da ölkədə baş verən hadisələri izləyirsən, xəbərlərə baxırsan. Ondan sonra qalan boş vaxtda bir saat kitab oxuya bilirəm.

- Siyavuş müəllim, sizin bəzi fikirləriniz cəmiyyətdə normal qarşılanmır, çox vaxt dedikləriniz böyük reaksiya doğurur. Şeir haqda da bir fikriniz diqqət çəkdi. Demişdiniz ki, gedib atalarından, analarından şeir yazırlar. Bu cür yazan şairləri tənqid etmişdiniz...

- Müəyyən insanlar müəyyən dövrdən sonra artıq xatirə yazır. O xatirə ola bilsin, kimin üçünsə maraqlı olsun, kimin üçünsə yox.

- Deyirsiniz o adamlar naşıdır?

- Naşı deyəndə ki... O cür nəsil şəcərəsi haqda yazmaq yalnız onun qohum-əqrəbası üçün maraq doğura bilər axı. Ancaq geniş oxucu kütləsi ona yaxın durmayacaq. Buna görə də görürsünüz, kitab oxuyanlarımızın sayı azalıb. Yazanlar da günahı oxucunun üstünə atır. Amma əslində belə deyil. Niyə oxucu Xalid Hüseyni oxuyur, səninkini yox? Halbuki sənin yazdığın bu xalqa daha yaxındı. Əgər əsərinin məna yükü olsa, oxucu təbii ki, səni oxuyacaq.

- Belə çıxır ki, indiki yazarlar bu günün ruhunu ifadə edən əsər yazmırlar?

- Bilirsiniz, mənim fikrim o idi ki, indi yazmaq üçün mövzu daha çoxdur, nəinki əvvəllər. Keçmişdə belə bir fikir vardı: əgər bolşevik inqilabı, Böyük Vətən Müharibəsi olmasaydı, sovet ədəbiyyatında böyük bir boşluq olacaqdı. Ancaq kolxozdan, sovxozdan yazacaqdılar. Bu cür mühüm məsələlər, müharibə ədəbiyyatın boşluğunu doldurdu. O dövrün şair, yazıçıları da müharibənin ağrılarını, onun yaratdığı ictimai-siyasi vəziyyəti yazdılar və ortaya maraqlı əsərlər çıxdı. Bu gün Azərbaycan müstəqillik qazanıb. İndi mövzu daha çoxdur. Məsələn, elə Xocalı haqqında kifayət qədər yaxşı, sanballı bədii, sənədli əsərlər yaratmaq olar. Əfsuslar olsun ki, bədii ədəbiyyatda bunu əks etdirən sanballı əsərlər yoxdur.

- Qarabağ mövzusunda yazılmayıb o sanballı əsər?

- Qarabağ mövzusunda da, digər mövzularda da. Elə Azərbaycanın müstəqilliyi haqda. Bir insanın fonunda dövrün ab-havasını çatdırmaq.

- Belə başa düşdüm ki, siz ictimai yükün bədii əsərdə görünməsinin tərəfdarısınız...

- Əlbəttə. Sevgi ilə bağlı, eşqlə bağlı indi normal əsər tapa bilmirsən. Çoxu qaçır fəlsəfəyə, mətni ağırlaşdırır. Halbuki sevgini daha sadə yolla təsvir etmək olar.

- Siyavuş müəllim, bəs yazıçının vətəndaş mövqeyi olmalıdırmı? Yəni o, ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirməlidirmi? Yoxsa sadəcə əsərini yazmalıdır?

- Əslində, yazıçının belə bir öhdəliyi yoxdur. Ancaq müəyyən dövrlərdə yazıçı və şairlər ictimaiyyətin önündə gedib, ona görə də fikirləri lazımlı olub. Əsasən də sovet dövründə. Zaman, dövr dəyişdikcə bu düşüncə də dəyişdi. Bu yazıçı kitabıyla fikrini deyə bilər. Əgər xalq təhqir olunursa, ölkəyə hər hansı təhdidlər varsa, bir insan, yazıçı, vətəndaş kimi öz mövqeyini ortaya qoymalıdır. Amma bu məsələlərdə problemlər yaşanır.

- Necə problemlər?

- Yəni ortaya mövqe qoymaq lazım olanda o adamlar kənara çəkilir.

- Yazıçının hakimiyyətə yaxınlığı necə? Bu haqda nə düşünürsünüz? Yəni yazıçının dövlətlə, yaxud hər hansı bir partiya ilə münasibətləri necə olmalıdır?

- Yazıçı əslində xalqla dövlət arasında bir körpü olmalıdır. Onun hər bir əsəri xalqın inkişafına, təkamülünə xidmət etməlidir.

- Bunu niyə soruşdum? Bizdə müstəqil, azad yazarlar var, hansı ki onlar heç bir siyasi quruma aid deyillər, hakimiyyətə yaxın deyillər. Onların yazdığı əsərləri oxuyursunuzmu? Münasibətiniz necə olur o yazarlara? Əsərlərini oxuyarkən həmin yazarların mövqeyinə önəm verirsinizmi?

- Biri var qərəz, biri var sağlam tənqid. Hesab edirəm, qərəzlə yanaşmaq düzgün deyil. İstənilən sağlam tənqidi normal cəmiyyətdə qəbul edirlər. Qərəzi, təhqiri, söyüşü isə yox. Bu yolda olan yazar özünə ziyan gətirir. Həm də oxucusuna. Çox vaxt bu təbəqədə olan insanları analiz edəndə görürsən ki, onlar ancaq öz düşüncə sferası ətrafında fırlanırlar. Onlar deyir, biz lazımi qiyməti almamışıq, cəmiyyətin diqqətindən kənar qalmışıq. Yəni çox vaxt obyektiv yox, subyektiv fikir ətrafında rəy formalaşdırırlar. Bir dəfə Yazıçılar İttifaqının qurultayında Heydər Əliyev çıxış eləmişdi. Füzulini və başqa şairləri misal çəkib demişdi ki, baxmayaraq çətin vəziyyətlərdə yaşayıblar, ən gözəl əsərləri onlar yazıblar. Sizlərin isə hərəsi bir şey istəyir, deyirsiniz, mənə elə ev verilsin ki, pəncərəsi dənizə baxsın, mən ona baxanda ilhama gəlib şeir yazım, yaxud pərdələrimi külək şıqqıldatsın... Ancaq indi ortaya qoyulan ədəbi məhsulların keyfiyyəti o dövrdə meydana çıxan əsərlərin yanında çox aşağıdır.

- Yazıçı umacaqlı olmalıdırmı yəni? Niyə hakimiyyətdən, rəsmi yerlərdən bunu istəsin ki?

- O boyda Füzuli 9 axçadan ötəri gecə-gündüz sosial təminatın qabağını kəsmişdi (gülür). Onu da vermədilər axırda. Yazıçı həmişə dövlətə baxır. Adətən deyirlər, qaçağı el saxlayar, yazıçını dövlət.

- Bizim bir neçə yazıçımız jurnalistlər üçün ayrılan binadan ev aldılar. Ayrıca yazıçılar üçün ev verilmədi.

- Əvvəllər yazıçılar üçün evlər verilirdi. İndi də yazıçılar vaxtaşırı evlə təmin olunur. Biri yubileyi ilə əlaqədar, biri yaradıcılığının hansısa dövrünə görə. Burda əsasən gənc yazarlara üstünlük verilməlidir, məncə. Onların şəraiti yaxşılaşdıqca yaradıcılıqla daha yaxşı məşğul ola biləcəklər.

- Sizcə, bu yazıçının müstəqilliyinə zərər vurmur?

- Yox, qətiyyən. Düzdü, bir az yazıçını tənbəl öyrədir. Amma bununla yanaşı, hesab edirəm ki, yazıçıya minimum da olsa şərait lazımdır. Elə yazıçılar, sənət adamları var ki, dövlət onlara həmişə əl uzadıb, indi də kömək edir. Və o sənət adamları, yazıçılara elə vəsaitlər ayrılıb ki, o vəsaitə beş ev almaq olar. Hökumət yazıçıya, sənət adamına həmişə dəyər verir. Kimliyindən asılı olmayaraq. Jurnalistlərə verilən evlər bütün qəzetlərə bərabər paylandı. Müxalifətə də, müxalifətdən kənar olana da, öz səhifəsində təhqirə yol verənə də.

- Bunun əksini düşünənlər də var. Deyirlər, yazıçı belə olduğu halda asılı olur, azadlığı əlindən gedir, istədiyi kimi yaza bilmir...

- Tamam, yazıçı azad, müstəqil olmalıdır. Amma indi göydən pul yağmır. Tutaq ki, 50 gənc yazara Prezident təqaüdü ayrılır və bu hələ də davam edir. Yazıçıların buna ehtiyacı var. Halbuki dünyada sponsor kitabı oxuyur və onu çap etmək istəyir, yazıçı da bundan qazanır. Gərək elə yazasan ki, o adamları cəlb eləsin və kitabın satılsın.

- Bizdə yazıçılar çox vaxt məhz bu məsələdən şikayətlənir. Kitab industriyasının olmaması, nəşriyyat sisteminin zəifliyi, yazarlara qonorar ödənilməməsi və s. Ona görə də yazıçı öz hesabına qazana bilmir...

- Yox. Yazıçının işi o olmalıdır ki, yaxşı kitab yazsın və oxucu onu alsın.

- Mən də bunu deyirəm. Bu sistem yerində deyil, oxucu kitabla tanış ola bilmir...

- Bunun obyektiv və subyektiv səbəbləri var. Mən tez-tez kitab dükanlarında oluram. Elə kitab var ki, onun qiyməti 30-40 manat olsa da camaat onu alır. Tutaq ki, Orxan Pamuk. O, müəyyən məsələlərdə ermənilərə haqq qazandırıb və bunun nəticəsində də Nobel alıb. Amma onu başqa yazarın kitabı ilə yan-yana qoymaq olmaz.

- Bəyənirsiniz Pamuku?

- Oxuyuram. Sözlə işləməyi maraqlıdır. “Qar” romanına fikir verin. Aktual mövzudur. Adam burda gənc xanımların intiharlarını araşdırır. Yavaş-yavaş səbəbləri açılır: biri yaşlı adama ərə verildiyi, o biri hicab taxmadığına, başqa biri məktəbə getmədiyinə görə və s. Bugünkü real həyatla üst-üstə düşür və ayaqlaşır. Düzdü, mən Orxan Pamuku təqdir eləmirəm, amma “Qar” əsər kimi sanballı əsərdir.

- Yəni siz əsas yazıçının şəxsiyyətinə, mövqeyinə yox, mətninə diqqət edirsiniz...

- Əsas onun ədəbiyyatına. Yaşayan ədəbiyyatdır.

- Ədəbiyyat haqda bəzən belə fikirlər səsləndirilir: ədəbiyyat vicdanı yada salır, insanı vicdanlı edir, yalan danışmağa qoymur və s.

- Ədəbiyyat insanı zənginləşdirir. O zənginliyin içində bunların hamısı var. İnsan haqqı, ədaləti dərk edir, ədalətli olur. Ədəbiyyatdan xəbəri olmayan insan başqasına yuxarıdan aşağı baxır. Sən də insansan, o da. Kimin taleyinin necə qurtaracağını heç kəs bilmir. Peyğəmbər deyirdi ki, mən Allahın peyğəmbəriyəm, amma axırım necə qurtaracaq, heç özüm də xəbərdar deyiləm. Ona görə də ədəbiyyatdan məlumatı olmayanlar Allahlıq, peyğəmbərlik iddiasına düşür.

- Amma kitab oxuyub yalan danışanlar, vicdansızlıq eləyənlər də var.

- Yalanın iki forması var. Əgər o yalan xeyrə xidmət edirsə, ziyanı yoxdur, həmin yalanı danışmaq olar. Məqsədə xidmət edən yalandır bu. Hətta dində də buna icazə verilir. Amma nəfəsi yalanla gedib-gələn insan var ki, o əlbəttə, böyük günahdır.

- Aha, aydındı...

- Bir dəfə Həzrət Əlidən soruşurlar ki, dünyada ən böyük üç günah hansıdır. Deyir, birincisi, yalandan şəhadət verməkdir, yalandan birinin üzünə durmaqdır. O, həmin insanın həm şəxsiyyətini korlayır, həm də insanlara olan etibarının itməsinə səbəb olur. İkincisi, yetimin haqqını yeməkdir. Kimsə kiminsə zəifliyindən, təcrübəsizliyindən istifadə edib onun malına sahib çıxmamalıdır. Təəssüf ki, biz cəmiyyətdə bu şeylərlə tez-tez rastlaşırıq. Üçüncüsü, zalımlıqdır. Bu üç günah bütün günahlardan ağırdır. Təbii ki, yalan da günahların içindədir. Amma xeyrə deyilibsə, kiminsə ailəsini dağıtmaqdan xilas edibsə, o yalanı demək olar.

- Sizin heç yalan danışdığınız olubmu?

- Mən çalışıram maksimum dərəcədə yalan danışmayım. Füzulinin gözəl bir “Söz” qəzəli var. Deyir, sözü yazmaq üçün lələyi mürəkkəb qabına salıb çıxarmaq Xızır peyğəmbərin yerin altından ölməzlik suyunu üzə çıxarmasına bərabərdir. Nizami Gəncəvi deyir, gələcək nəsillərdən üzr istəyirəm, amma sözdən elə istifadə elədim ki, məndən sonra gələnlər sözün həmin o qüdrətinə gəlib çıxa bilməyəcəklər.

- Siyavuş müəllim, dünya ədəbiyyatına baxanda bizim ədəbiyyatın yerini necə görürsünüz?

- Hesab eləyirəm ki, Azərbaycan bu sahədə digər ölkələrdən irəlidədir. Mən tək postsovet məkanını demirəm, həm də Qərb ölkələrini nəzərdə tuturam. Məsələn, rus ədəbiyyatı Qərb ədəbiyyatının təsiri ilə daha çox irəliyə getdi. Özü də rus ədəbiyyatının dünyaya yayılmasında səbəb dilin öz imkanlarının geniş olmasına görəydi. Bizi, Nizamini, Füzulini ümumi türk dünyası ədəbiyyatı kimi götürürəm. Onlar bütün Şərqi özlərində ehtiva edirlər. Bu sahədə bizim kifayət qədər deyəcək sözümüz var. Və adını çəkdiyim, çəkmədiyim müəlliflərin hər biri dünya ədəbiyyatı üçün əhəmiyyətli imzalardı. Nizamidən başlamış ta Anara, Elçinə qədər. Elçinin “Baş” romanını oxudum. O romana nə qədər əmək sərf olunub. Tarixiliklə bədiiliyi birləşdirib mükəmməl bir əsər ortaya qoyub. Əli Vəliyevin də bu səpkidə “Qafqaz qartalı” əsəri vardı, Qaçaq Nəbi haqda. 30 səhifə təbiət təsviri gedirdi. Ha istəyirdin söhbətə gəlib çıxasan, olmurdu (gülür). Amma onun da öz gözəlliyi var, təbii.

- Ən sevdiyiniz əsərlər hansıdır?

- Qılman İlkinin “Şimal küləyi”... Çox güclü əsərdi. O dövrdəki hadisələrin təqdimatı çox gözəl idi. Bir də Mir Cəlalın “Bir gəncin manifesti” əsəri.

- Bəs dünya ədəbiyyatından?

- “Başsız atlı”, “Robinzon Kruzo”, “Üç müşketyor” və s. Çoxdur. Aleksandr Tolstoyu da çox bəyənirdim. Lev yox ha, Aleksandr. Bir də “Səfillər” əsəri. Orda Qavroş obrazı çox xoşuma gəlmişdi.

- Detektivə münasibətiniz necədir?

- O qədər sevmirəm. O vaxt bizim Cəmşid Əmirovun “Qara Volqa” romanını oxumuşdum. Bu romanlar real hadisələrə əsaslanırdı. Gərək real olsun ki, maraqlı olsun. Bəzi detektivlər görürsən, reallıqdan uzaqdır və maraq doğurmur.

- Çingiz Abdullayevi necə? Oxuyursuz?

- Çingiz Abdullayev dünyada tanınan yazıçıdır. Oxuyuram. Deyim ki, onun əsərləri o vaxtlar, 90-cı illərdə daha çox oxunurdu. Siyasi detektiv olduğuna görə kitabları əl-əl gəzirdi. Azərbaycanı kifayət qədər dünyada tanıdan yazıçıdır.

- Siyavuş müəllim, bayaqdan kitabdan, sizin mütaliənizdən danışırıq. Amma çoxları sizin belə bir imicinizi yaradıb ki, Siyavuş Novruzov kitab oxuyan deyil...

- Təbii ki, məni istəməyən adamlar belə bir fikir formalaşdıracaq. Mən ömrü boyu idmanla məşğul olmuşam. SSRİ vaxtında hərbiçilər arasında idman çempionu olmuşam, idman ustası adı almışam. O vaxtı bu, çox böyük hdisə idi, Olimpiya çempionuna bərabər bir nailiyyət sayılırdı. Hə. Haqqımda deyirlər ki, Bədən Tərbiyəsi İnstitutunu bitirib. Halbuki mən orda heç vaxt oxumamışam (gülür). Oxumaq istəsəydim, onsuz da imtahansız qəbul olardım ora. Mənim birinci təhsilim hüquq təhsilidir. Orda da konkurs çox yüksək idi. Və bu cür yerə ən yüksək balla girmək çox müşkül məsələydi.

- Bunlar aydındı. Bəs niyə sizin haqda o cür düşünürlər? Bəlkə, kitab oxuyan adamın bir imici olmalıdır? Danışığı, baxışı və s. Kənardan baxan desin ki, bu oxuyan adamdır, ziyalıdır...

- Bəzən o imic insanı aldadır. Mənim özümün baxışlarım var. Hər alimə ziyalı demək olmaz. Ola bilər ki, dar çevrə üçün alimdir, akademikdir. Amma ziyalı adı tamam başqa addır. Burda vətənpərvərlik, xalqına bağlılıq, millət, torpaq sevgisi kimi cəhətlər olmalıdır. Bir də gördün, şairə tanınmış ziyalı deyirlər. Mən bunun qəti əleyhinəyəm. Biri yazıçıdırsa, şairdirsə, ziyalıdır? Nəyə əsasən? Yazar olmaq ziyalılığın göstəricisi deyil. Ziyalılıq məişətdən tutmuş davranışa, söhbətə və s. məsələlərə bağlı olan bir cəhətdir. Yaxşı bir misalımız var, deyirlər, insanı geyiminə görə qarşılayır, danışığına görə yola salırlar.

- Sizi o cür təqdim edən adamlara nə deyərdiniz?

- Mən onlara əhəmiyyət vermirəm. O adamları ciddi hesab etmirəm. Dedikləri mənim üçün maraqlı deyil.

- O obrazınızı dağıtmaq istəməmisiniz? Kitab oxumayan obrazınızı...

- Yox, bu havayı yerə vaxt sərf eləməkdir. Əvvəl-axır insanlar səni tanıyır, bilir, başa düşür. Mən 20 ilə yaxındır ki, Milli Məclisin üzvüyəm. Bunun özü artıq göstəricidir. 20 il ərzində də parlament jurnalistləri tərəfindən “fəal deputat”, “seçicilərin hüquqlarını müdafiə eləyən deputat”, “qanunvericilik təşəbbüsü ilə çıxış edən deputat” kimi təqdim olunmuşam. İndi kimsə gəlib orda eynək taxa, qalstuk bağlaya, yaxşı otura bilər, amma hələ də Milli Məclisdə gedən bütün prosesi izləyən jurnalistlər tərəfindən bu qiyməti almayıblar.

- Özünüz nəsə yazmısınız? Şeir, hekayə və s...

- Əvvəllər yazırdım. Qəzetdə hekayələrim çıxırdı.

- Hekayə? Maraqlıdır.

- Bədii hekayələr.

- Kitab çıxarmağı düşünürsünüz?

- Təbii. Onun da öz zamanı var.

- Bəs şeir?

- Şeirə o qədər meylim olmayıb. Yaxşı şeirə qulaq asıram, əzbərləyirəm. Siz gəlmədən əvvəl Nüsrət Kəsəmənlinin bir şeirinə qulaq asırdım. Məndə yaddaş yaxşıdır. Üç-dörd dəfə qulaq asandan sonra əzbərləyirəm.

- Əzbərə çox şeir bilirsiniz?

- Füzulinin bayaq adını çəkdiyim “Söz” qəzəlini əzbərə deyə bilərəm (bir neçə beyti əzbərə deyir). Hə, çox şeir bilirəm əzbərə. O vaxtı məktəbdə müəllim şeiri üzündən oxuyurdu, artıq mən onu elə ilk oxunuşdan əzbərləyirdim.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Bu gün, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru