Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

"Bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın" - deputat
Tarix: 29-04-2019, 09:29 | Çap et
"Bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın"
Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədov deyir ki, bəzi qüvvələr ölkəmizdə islahatların aparılmasına mane olmağa çalışır. Buna səbəb həmin qüvvələrin öz vəzifələrini itirmək qorxusu və maraq dairələrində olan nələrinsə əllərindən çıxma təhlükəsidir.

diaaz.space Azpolitika.info-ya istinadla Vahid Əhmədovun müsahibəsini təqdim edir:

- Vahid müəllim, Azərbaycanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan saziş haqqında fikriniz necədir, bu sənəd ölkəmizə hansı üstünlüklər gətirə bilər?

– Bu saziş bizim dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Biz iki dəfə bu cür saziş imzalamışıq, ancaq faktiki olaraq bu əsas saziş kimi götürülür. Dövlətimiz inkişaf edir, müəyyən ticarət əlaqələri yaranıb, bəzi problemlər öz həllini tapıb. Amma sazişdə bir neçə məsələ var ki, bizim üçün əhəmiyyətlidir və onlar əsas kimi qəbul edilməlidir.

Birincisi, Azərbaycanın ərazi bütövlüyü sazişdə mütləq olaraq öz əksini tapmalıdır. Diqqət etdinizsə, cənab Prezident Çində çıxışı zamanı BMT-nin müvafiq qətnamələrinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilmədiyini vurğuladı. Yəni bu məqam sazişdə öz əksini tapmalıdır. Əgər sazişdə ərazi bütövlüyü öz əksini tapmasa, fikrimcə, sazişin dəyəri çox aşağı olacaq.

İkincisi, Azərbaycan və Avropa İttifaqı arasında ticarət, mədəni və humanitar əlaqələr inkişaf edir. Bu sazişin imzalanmasından sonra Azərbaycan-Avropa Birliyi əlaqələri daha sürətlə inkişaf edəcək. Çünki Azərbaycan həm də Ümumdünya Ticarət Təşkilatına üzvlüyə hazırlaşır. Əgər oradakı şərtlər bizi qane etsə, aparılan danışıqlar maraqlarımıza uyğun olsa, üzv olacağıq. Beləcə, azad ticarət fəaliyyət göstərəcək, istənilən mal Azərbaycana daxil olacaq, Azərbaycan da istənilən dövlətə öz mallarını göndərəcək. Yəni ticarət əlaqələri daha geniş və əhatəli olacaq.

Eləcə də digər məsələlər var. Bu saziş bizim müstəqilliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropaya inteqrasiya kursunu götürüb. Düzdür, bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın. Ancaq Prezidentin siyasi iradəsi var və yəqin ki, saziş imzalanacaq.

- Sazişin imzalanmasına mane olan müəyyən qüvvələrin olduğunu deyirsiniz. Bunlar ölkə daxilində olan qüvvələrdir, yoxsa xaricdə?

– Ölkə daxilində insanlarımızın hamısı istəyir ki, bu saziş imzalansın. Xarici qüvvələr var və onlar istəmirlər ki, biz Avropa İttifaqı ilə yaxınlaşaq, bu sazişi imzalayaq.

Birincisi, Ermənistan istəmir ki, bizim ərazi bütövlüyümüz həmin sazişdə öz əksini tapsın.

İkincisi, digər dövlətlər var ki, Azərbaycanı öz himayəsində saxlamağa çalışırlar. Çünki Azərbaycan inkişaf edir və gələcəkdə çox perspektivli dövlət olacaq. İstəmirlər ki, bunu əldən versinlər. Ancaq mən hesab edirəm ki, artıq gecdir, cənab Məmmədyarovun dediyi kimi, sazişin 90 faizi uzlaşdırılıb, digər 10 faizi də razılaşdırılacaq.

- Siz, mane olan qüvvə dedikdə Rusiyanı nəzərdə tutursunuz?

– Siz məndən də yaxşı bilirsiniz. Əlbəttə, istər Rusiya olsun, istər Ermənistan, istərsə də bizim inkişaf etməyimizi istəməyən digər ölkələr. Onlar istəməz ki, bizim Avropa İttifaqı ilə normal əlaqələrimiz olsun, ərazi bütövlüyümüz məlum sazişdə öz əksini tapsın. Çünki rıçaq kimi bu məqamlardan istifadə edirlər.

- Öncə sazişin mayın 13-də imzalanacağı deyilsə də, indi sanki imzalanma mərasiminin tarixi qeyri-müəyyəndir…

– Sazişin imzalanma vaxtına dair konkret məlumat yoxdur. Milli Məclisdə də müzakirə zamanı deyildi. Mənim fikrimcə, saziş yaxın zamanlarda imzalanacaq.

- Siz, son illər islahatların aparılmasının vacibliyinə dair çağırışlar etmisiniz. Prezidentin son aylar atdığı addımları konseptual və dərin islahat saymaq olarmı?

– Mən də bəzi ekspertlərin fikirlərini oxuyuram. Onlar hesab edirlər ki, bunlar islahat deyil. Lakin mənim fikrimcə, 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra islahat başlayıb. Ciddi kadr islahatlarına start verildi. Cavan kadrlar müəyyən nazirliklərə, komitələrə gətirildi və hazırda fəaliyyət göstərirlər. Əlbəttə, gənc kadrların müəyyən səhvləri olsa da, hesab edirəm ki, iki ildən sonra püxtələşəcək və normal işləyəcəklər. Əsas odur ki, korrupsiyaya bulaşmırlar, təmiz və şəffaf işləyirlər. Bu, bizim üçün əhəmiyyətlidir.

Həmçinin, sosial islahatlar həyata keçirildi, cənab Prezident bir neçə sərəncama imza atdı. Təxminən bu istiqamətdə 2 milyard manata qədər vəsait xərclənəcək. Eyni zamanda məhkəmə-hüquq islahatları ilə əlaqədar fərman imzalandı, müəyyən tədbirlər görülür. Yəni bu davamlı olacaq, Azərbaycanda islahatlar bütün istiqamətlər üzrə gedəcək. Bu mənada hesab edirəm ki, bu islahatlar bütün sahələrdə aparılmalı və uğurla başa çatmalıdır ki, Azərbaycan ciddi problemlər yaşamasın.

- Hakimiyyət daxilində aparılan islahatları tormozlamaq istəyən qüvvələrin olduğuna dair fikirlər səslənir. Sizcə, ölkə daxilində belə qüvvələr varmı?

– Əlbəttə, bunda maraqlı qüvvələr var. Elə qüvvələr var ki, onlar öz vəzifələrini itirmək istəmir, maraq dairələrindən nələrinsə çıxmasını arzu etmirlər. İndi tale elə gətirib ki, Prezident islahatlara başlayıb. Mənim aldığım məlumatlara görə, bu islahatlar davamlı olacaq. Fikir verdinizsə, uzun müddət idi ki, Milli Məclisdə bank sistemindəki problemli kreditlərlə bağlı məsələlər qaldırılırdı. Nəhayət Prezident bununla bağlı sərəncam imzaladı və insanlar hazırda vəsaitlərini əldə edir, razılıqlarını ifadə edirlər.

Digər islahatlar da gedir. Mane olmağa çalışan qüvvələr başa düşməlidir ki, bu artıq hərəkatdır və onun qarşısını almaq mümkün deyil.

- Bu islahatların məntiqi davamı olaraq parlament islahatları da keçirilə bilərmi?

– Mən parlamentdə islahatların gedəcəyini gözləyirəm. Bəli, parlamentdə də islahatlar getməlidir. Məncə, 2020-ci il Milli Məclis seçkilərindən sonra islahatlar başlaya, müəyyən dəyişikliklər ola bilər. Amma hazırda parlament normal fəaliyyət göstərir, biz fikrimizi azad şəkildə deyə bilirik, bunun üçün imkanlar var. Dövlət və xalqın mənafeyini parlamentdə müdafiə edirik.

Bəzən söz-söhbətlər gəzir ki, yeni parlament seçkiləri ola bilər. Açığı, mən buna ehtiyac görmürəm. Vaxtı gələndə, yəni 2020-ci ildə parlament seçkiləri keçiriləcək.

- Yəni siz növbədənkənar parlament seçkiləri ehtimalını təkzib edirsiniz?

– Təkzib etmirəm. Azərbaycan dövləti arzu etdiyi vaxt seçkilər keçirə bilər. Ancaq seçkini keçirməyin müəyyən səbəbləri olmalıdır. Yəni ölkədə ictimai-siyasi durum bunu tələb edirsə, keçirmək olar. Ancaq indi islahatlara start verilib, böyük işlər aparılır. Prezident də islahatlar məsələsində siyasi iradəsini ortaya qoyub. Odur ki, parlamentin buraxılması islahatlarla əlaqədar olaraq digər problemlər yarada bilər. Üstəlik, yeni seçkilər həm də müəyyən mənada xərc deməkdir. Fikrimcə, seçkilər vaxtında keçiriləcək. Ancaq indi də keçirilsə, problem yoxdur.

- İçərişəhərlə bağlı yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

– Mən bu barədə mövqeyimi ifadə etmişəm. Gördüyünüz kimi, məsələ ictimai müzakirəyə çıxdıqdan sonra ölkənin I vitse-prezidenti İçərişəhərdə oldu, vəziyyətlə şəxsən maraqlandı və mövqeyini də ifadə etdi. Bunların hamısı gedən islahatların nəticəsidir. Diqqət edin, cənab Prezident, I vitse-prezident rayonlarda əhali ilə necə görüşür, şikayətlərə baxırlar, insanlarla yaxından maraqlanırlar. Bunlar çox müsbət addımlardır. İndi Prezident Administrasiyasının hər şöbəsindən bir mütəxəssis olmaqla rayonlara gedib insanları qəbul edir, onların şikayətlərinə baxırlar. Proses gedir, bunun daha yaxşı getməsi bizdən də, millətdən də asılıdır. Biz prosesi şəffaf aparmalıyıq ki, problemlər aradan qalxsın.

- İçərişəhərdə qədim qala divarlarının dibində restoranların tikilməsinə necə baxırsınız?

– Qala divarları qorunan tarixi obyektlər kimi YUNESKO-nun siyahısına daxil edilib. Bunun üçün Mehriban xanım və Mədəniyyət Nazirliyi böyük əmək sərf edib. İndi qala divarlarına bitişik hər hansı bir obyekt tikintisindən söhbət gedə bilməz. Ancaq ora gələn qonaqlar var. Xaricdən ölkəmizə gələnlər daha çox İçərişəhərə gedir, oraları gəzirlər, tariximizlə tanış olurlar. İçərişəhərdə müəyyən iaşə obyektləri ola bilər və bu normaldır. Amma qala divarlarına toxunmaq olmaz. Qala divarları bizim tariximizdir və onu qoruyub saxlamaq bizim vəzifəmizdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Bu gün, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru