Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

Hakim partiyanın rəhbər şəxsindən ilginc açıqlamalar - "...bunu iqtidarın üzərinə atacaqlar"
Tarix: 9-05-2019, 08:22 | Çap et
Hakim partiyanın rəhbər şəxsindən ilginc açıqlamalar
Bakı ilə Brüssel arasında imzalanması nəzərdə tutulan saziş üzərində işlər tam başa çatmaq üzrədir. Bu arada Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib ki, strateji tərəfdaşlıq barədə yeni saziş üzrə danışıqlar davam etdirilir: “Sazişin tez bir zamanda imzalanması üçün mümkün olan işlər yerinə yetirilməlidir”.

Aİ nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə tarixi səfəri haqda da danışıb. “Gələn həftə, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirlərdə Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan məmnuniyyət duyardıq” - Yankauskas Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyinə işarə edib. Səfir Avropa Günü şərəfinə Bakıda keçirilən qəbulda deyib ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır və biz Azərbaycanla Avropanı bir-birinə daha da yaxınlaşdıracaq böyük bir razılaşma üzərində işləyirik.

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”ın bu və digər mövzularla bağlı suallarını cavablandırdı:

- Siyavuş bəy, Azərbaycan prezidenti Brüsseldə keçiriləcək tədbirə dəvət olunub. Hakim partiya Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığı və bu əməkdaşlığın perspektivlərini necə dəyərləndirir? Mümkündürmü elə bu səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalansın?

- Təbii ki, Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Burada iqtisadi sahədə çox böyük əməkdaşlıq var, 20 milyard avrodan artıq iqtisadi əməkdaşlığımız mövcuddur. İndiyə qədər mövcud olan əməkdaşlıq davam edir və bu, hər iki tərəf üçün məqbuldur. Görürsən, bəziləri tələm-tələsik Avropa İttifaqına daxil olur, heç Avropa standartlarına cavab vermədən istəyirlər ki, problemlərini Avropa çərçivəsində həll etsinlər. Bəziləri isə Avropa İttifaqına ona görə daxil olur ki, qrant alsın, borc alsın, öz iqtisadiyyatını bu qurumun hesabına qursun. Azərbaycan isə inkişaf etmiş bir ölkədir. Azərbaycanın istər qanunvericiliyi, biznes mühiti, iqtisadiyyata olan diqqət, iqtisadi inkişaf, sərmayələrin qoyuluşu üçün yaradılan şərait tam Avropa standartlarına cavab verir. Həmçinin qanunlarımız və həyat tərzimiz Avropa standartlarına tam uyğundur. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Avropa üçün heç bir problem yaratmır. Ona görə də ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə, daha da genişləndirməkdə maraqlıdır. Azərbaycan da bərabərhüquqlu tərəf kimi öz əməkdaşlığını davam etdirməyə hazırdır. Azərbaycan bloklara qoşulmamaq hərəkatının üzvüdür. Ölkəmiz heç bir bloka qoşulmur, yaxud da böyük-kiçik dövlət münasibətləri qurmur, sadəcə, bərabərhüquqlu qaydada münasibətlər qurur. Bu mənada güman edirəm ki, Avropa bu məsələni yetərincə dəyərləndirir.

- Sazişin imzalanması məsələsində konkretlik varmı?

- May ayında olacaq. Buna uzun müddətdir ki, hazırlıq gedir.

- Sazişdə ərazi bütövlüyümüzün Avropa İttifaqı tərəfindən tanınması ilə bağlı müddəanın əksini tapmadığı iddia olunurdu.

- BMT çərçivəsində ərazi bütövlüyünün, sərhədlərin tanınması ilə əlaqədar Avropa İttifaqı bir neçə dəfə qərar verib. Yəni digər postsovet ölkələrinə münasibətdə qurumun mövqeyi olub. Sərhədlərin dəyişməməsi Avropa İttifaqının əsas prinsiplərindən biridir. Münaqişələr nəticəsində hansısa ölkənin digər ölkədən torpaq qopartmaq istəyi Avropa prinsiplərinə ziddir. Elə Azərbaycan BMT-yə daxil olarkən də sərhədlər, tanınıb. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu qiymətləndirir. Bu da bizim üçün çox zəruridir.

- Azərbaycanın Avropa ailəsinə yaxınlaşmasına qarşı olan qüvvələrin hərəkətə keçməsi narahatlıq doğurmur ki?

- Təbii ki, Azərbaycanın əleyhinə fəaliyyət göstərənlər var. Onlar ayrı-ayrı adlar altında vəziyyəti gərginləşdirməyə çalışırlar. Həm daxildə, həm xaricdə olan qüvvələr, dairələr var ki, Azərbaycanın inkişafını istəmirlər. Yaxud məsələləri siyasi baxımdan şişirdib qabardan qüvvələr var ki, onların da qarşısının alınması üçün addımlar atılır. Avropa İttifaqı da görür ki, bütün bunlar yalandan quraşdırılmış qarayaxma kampaniyasıdır. Çünki Azərbaycanda hər bir insanın hüquqları qorunur. Həmçinin bütün siyasi, sosial hüquqlar qorunur. Bu baxımdan Azərbaycanda ciddi şəkildə inkişaf, ictimai-siyasi sabitlik var. Lakin xarici ölkələrdə bu və ya digər adlar altında sığınacaq almış şəxslər müxtəlif məsələləri şişirdirlər. Erməni lobbisi tərəfindən maliyyələşən Avropa Parlamentinin üzvləri, yaxud sapı özümüzdən olan baltalar var ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişafını istəmirlər. Bu baxımdan da siyasi məhbus, digər məsələləri ortaya atırlar.

- Siyavuş bəy, belə bir həssas mərhələdə müxalifətin mitinqlərinə icazə verilməməsinin səbəbi nədir?

- Hər dəfə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırır ki, bunlar götürdüyü öhdəlikləri yerinə yetirmir. Burada hər hansı təxribat ola bilər və təxribata görə sərbəst toplaşma ilə əlaqədar bəzi məsələləri qeyd edir. Lakin bunlar ardıcıl şəkildə əllərində bir fakt olsun deyə, bu məsələni qabardırlar. Müxtəlif bəhanələri ortaya atırlar ki, Avropa İttifaqı ilə imzalanacaq sənədə kölgə salsınlar.

- Deməli, hakimiyyət təxribat ola biləcəyini nəzərə alıb mitinqlərə “yox” deyir?

- Burada iki məsələ var. Əvvəla, belə versiya var ki, bunlar mitinq keçirəndə özləri təxribat törədəcəklər, sonra bunu iqtidarın üzərinə atacaqlar. Bu, ən ciddi məsələdir. Bunlar da hansı partiyanın tərəfdarı olmasına baxmayaraq, Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların təhlükəsizliyini müdafiə edir. O baxımdan da dövlət maraqlıdır ki, onlar təhlükəsiz yaşasınlar, çalışsınlar, fəaliyyət göstərsinlər. İkincisi də mitinqi təşkil edənlər həmişə xəbərdarlığa imza atırlar. Sərbəst toplaşma haqqında qanunda var ki, milli, dini ayrı-seçkilik, dini, milli qarşıdurma, silahlı çevriliş, dövlət çevrilişinə cəhd çağırışlarına yol verilməsin. Lakin öhdəlik götürmələrinə baxmayaraq, onlar hər dəfə bu öhdəliyi pozurlar, qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin. Lakin polis səbirlə davranır və imkan vermir ki, bunlar təxribatdan bəhrələnsinlər. Beləliklə, onlar öz öhdəliklərinə əməl etmədikləri üçün növbəti mitinqlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Dünən, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Dünən, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Dünən, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Dünən, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Dünən, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru