Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

“Elə bir dairənin, şəbəkənin içinə giriblər ki, istəsələr də, ordan çıxa bilməyəcəklər” - deputat
Tarix: 20-05-2019, 08:38 | Çap et
“Elə bir dairənin, şəbəkənin içinə giriblər ki, istəsələr də, ordan çıxa bilməyəcəklər”
Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi isə daha geniş müzakirəyə səbəb oldu. Birinci vitse-spiker Ziyafət Əsgərov sənədlə bağlı məlumat verdi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə paytaxtımızın gözəl məkanlarından birində, Filarmoniya bağındakı çayxanada görüşdük. Sözümüzü yerə salmayıb görüş təklifinə razılıq verdiyi üçün minnətdarlıq etmək istəyirdim ki, uzun illərdən sonra çoxsaylı xatirələrinin olduğu bir məkana dəvət etdiyim üçün təşəkkürünü bildirdi. Ardınca da 70-ci illərdən üzü bu tərəfə “inqilab beşiyi” olan bu məkanla bağlı ilginc xatirələrini danışdı. Söhbətimiz hərlənib bu günümüzə gəldi və mətləbə keçdik:

- Fəzail bəy, futbol azarkeşisiniz?

- Əvvəlki kimi yox. İndi artıq daha elitar, daha baxımlı, gözəl oyunlara baxmağa üstünlük verirəm.

- “Çelsi”-"Arsenal" matçına bilet almısınız?

- Yox. Həmin gün mən əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq Sankt-Peterburqda MDB Parlament Assambleyasının toplantısında iştirak etməliyəm. Milli Məclisdən digər həmkarlarımızla birlikdə mayın 29-da Sankt-Peterburqa uçmalıyıq. Çox təəssüf edirəm ki, final oyununu meydançadan izləyə bilməyəcəyəm.

- İki ingilis klubundan hansını şanslı sayırsınız?

- Məncə, “Çelsi” daha şanslıdır.

- Bu proqnoz bir az da Mxitaryanın komandasına antipatiyadan irəli gəlmir ki?

- Yox. Doğrusu, mən heç bu günə qədər bilmirdim ki, orda bir erməni var. Əslində erməni hər yerdə var, hətta burnumuzun ucunda da. Dünyanın hər yerinə yayılmış bir etnosdur. Olsun. Mənə görə, hər şeydən öncə futbol siyasət deyil, idmandır. Ancaq bu oyunla bağlı siyasi gəlişmələr də oldu.

- Bəli. Elə onu soruşmaq istəyirdim. Böyük Britaniya XİN-in bəyanatı...

- Heç gözləmədiyimiz bir şantaj, Azərbaycan reallığını əks etdirməyən, qeyri-obyektiv münasibət idi.

- Həmkarınız Siyavuş Novruzov da yaxşı dedi ki, neftimizi daşıyanda Azərbaycan təhlükəli deyildi, amma indi...

- Siyavuş Novruzov onu çox gözəl ifadə elədi. Azərbaycan neftinin xeyli hissəsi bp-nin xətti ilə həm istehsal olunur, həm də burada böyük gəlir götürülür. Bp də Böyük Britaniyanın büdcəsinə xeyli vergi ödəyir, bu, unudulmamalıydı. Digər tərəfdən, axı onlar bilməmiş deyillər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslam Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək səviyyəli tədbirlərin, sivilizasiyalararası dialoqların yüksək səviyyədə keçirilməsinə nail olub, təşkilatçılıqda xüsusi brendə imza atıb. Ona görə də burada təəccüblü odur ki, Böyük Britaniya kimi nüfuzlu ölkənin daxilində Azərbaycana qarşı bəyanatla çıxış etdilər. Bir gün iddia etdilər ki, guya Azərbaycanda səhər yeməyini yemək olmaz, zəhərlənə bilərsən. Buna təkzib veriləndən sonra hava limanı ilə bağlı bəhanələr etdilər. Siyavuş müəllim əsaslı arqumentlərlə onların fikirlərini tamamilə alt-üst etdi ki, necə olur Azərbaycan neftini daşıyanda, Əfqanıstandakı NATO qüvvələri ilə bağlı Azərbaycanın hava məkanından istifadə edəndə, yaxud terrorizmə qarşı mübarizədə səmamızdan yararlananda sən təhlükə barədə düşünmürsən, indi nə oldu birdən-birə “təhlükə” yada düşdü?

- Bu daş haradan atılır, sizcə?

- Burda ermənilərin böyük rolu, xristian təəssübkeşliyi var. Çünki Britaniyanın rəsmi hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin yüksək münasibətləri mövcuddur.

- Amma hər halda Britaniya XİN-in bəyanatı oldu...

- XİN-in bəyanatı da istər-istəməz bu nəticəyə gəlməyə imkan verir ki, erməni barmağı ABŞ Dövlət Departamentində olduğu kimi, Böyük Britaniya XİN-də də var.

- Erməni faktorunu çox böyütmürük ki?

- Yox. Mənim düşüncəmə görə, ermənilərin bu şəkildə müdafiəsinin arxasında, şübhəsiz ki, dünyaya yayılan və kifayət qədər maliyyə imkanları olan, maliyyəsini erməni məsələsinə sərf edən erməni diasporu var. Onlar onilliklərdən bəri kifayət qədər formalaşıblar, təşkilatlanıblar. İkincisi, xristian təəssübkeşliyi var, bunu da unutmaq olmaz. Erməni təəssübkeşliyində bu amil ciddi rol oynamaqdadır. Burada Azərbaycanı zəif görmək istəyən ayrı-ayrı dövlətlərin maraqları da ola bilər. Azərbaycan gücləndikcə, böyük nüfuza malik olduqca, imkanları artdıqca ölkəmizə qarşı qısqanclıq, bu tip qeyri-obyektiv mövqelər də zaman-zaman yer almaqdadır. Düşünürəm ki, bu kimi hallar bundan sonra da davam edəcək.

- Bəlkə, biz də üzərimizə düşəni etmirik, necə bilirsiniz?

- Azərbaycan dövləti beynəlxalq miqyasda Ermənistan üzərində çox güclü diplomatik üstünlüyə malikdir, bunu etiraf etməliyik. İnformasiya müharibəsində də biz əvvəlki illərdən fərqli olaraq, daha üstün imkanlara malikik. Ölkə prezidentinin həyata keçirmiş olduğu hücum diplomatiyası özünün konkret bəhrələrini verib, bunu faktlarla da sübut etmək olar. Məsələn, beynəlxalq təşkilatların, demək olar ki, hamısında Azərbaycanın mövqeyi müdafiə olunub, BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, ATƏT və NATO Parlament assambleyalarında, Avropa Şurasında, İslam Konfransı Təşkilatında, Qoşulmama Hərəkatında Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın ərazi bütövlüyü təsbit edilib. Eyni zamanda, Azərbaycanın strateji xarakter daşıyan, yüksək səviyyəli əməkdaşlıq etdiyi ölkələrin hər birində də bu, istənilən formada ifadə olunmaqdadır, Azərbaycanın ərazi bütövlüyü etiraf olunub. Məhz bu, Azərbaycanıda ulu öndərimizdən başlayaraq, bu günə qədər həyata keçirilmiş xarici siyasətin ciddi nəticələridir, bunu etiraf etmək lazımdır. Lakin biz cəmiyyətlə işləməliyik, aparıcı, söz sahibi olan dövlətlərin cəmiyyətləri ilə işləmək lazımdır. Bunun üçün Milli Məclisimiz parlament səviyyəsində işləməlidir, bu işi daha da gücləndirməlidir. Eyni zamanda, mətbuat olaraq siz dostlarınızı tapmalısınız. Təkcə Azərbaycan auditoriyası üçün yazılarla kifayətlənməli deyilsiniz, dostlarınızın vasitəsilə həqiqətlərimizdən bəhs edən yazıları xarici mediada dərc etdirməyə çalışmalısınız. Bax bu istiqamətdə boşluq var. QHT təmsilçilərimizlə dünyanın aparıcı ölkələrində olan QHT-lər arasındakı münasibətlər daha sıx qurulmalıdır.

- Bəlkə, QHT-lərimizin fəaliyyəti, xaricdən maliyyə əldə etməsi ilə bağlı məsələyə yenidən baxılsa, bu, ümumi işin xeyrinə olar, onların əlləri açılar. Bu barədə fikriniz necədir?

- Əgər bu məsələyə baxmalı olsaq, yenə də... İfadəm bəlkə də bir az etikadan kənardır, buna görə üzr istəyirəm, damarı boş adamlar ola bilər, yenə də gedib hansısa qüvvələrin təsiri altına düşə bilərlər. Ən müxtəlif fondların təsiri altına düşərək, onların sifarişini yerinə yetirə bilərlər. Necə ki, bu gün biz Milli Şurada onun ifadəsini görməkdəyik. Bu yaxınlarda prezidentin Belçika səfəri ilə bağlı Avropadakı ermənilər, antimilli qüvvələrlə Azərbaycandakı Milli Şuranın təmsilçiləri Cəmil Həsənli ilə Əli Kərimlinin mövqeləri üst-üstə düşdü. Sanki bir nöqtədən idarə olunurlar. Əslində elə belədir. Burada da üç mühüm amil: erməni diasporu, xristian təəssübkeşliyi və maraqlı dövlətlərin Azərbaycanı zəif görmək istəyi rol oynayır. Özü də bütün istiqamətlərdən - həm siyasi platformalarda, həm QHT-lər səviyyəsində, həm media səviyyəsində, həm Avropadakı antimilli qüvvələr, həm də elə Böyük Britaniya XİN-i səviyyəsində total, geniş miqyas daşıyan bir cəbhə fəaliyyət göstərməkdədir. Bunun üçün, əlbəttə, biz bütün imkanlarımızı səfərbərliyə almalıyıq. Bunu təkcə iqtidar, prezident, yaxud XİN eləsin, deməməliyik. Əlbəttə, onlar da üzərinə düşənləri edirlər. Lakin biz də özümüz deyib, özümüz eşitməli deyilik. Biz aparıcı dünya dillərində materiallar hazırlayıb, onları yaymalıyıq. Monoqrafiyalar, elmi-tədqiqat əsərləri də yazılsın, ancaq bunlar kitabxanalara gedir, çox məhdud auditoriyanı əhatə edir. Lakin publikaya işləmək üçün biz ayrı-ayrı ölkələrin KİV-i ilə hökmən əlaqələr qurmalıyıq, onlarla yüksək səviyyədə, operativ və işgüzar əlaqələr yaratmalıyıq ki, Azərbaycan həqiqətlərini yaya bilək. Elə işləməliyik ki, Fransada bir pensiyaçı qarşısına pivəni qoyub qəzet oxuyanda orada Azərbaycanla bağlı həqiqətləri ifadə edən yazılarla tanış olmaq imkanı qazansın. Bu isə kütləvilikdir. Belə üsullarla biz ermənilərin xristian dünyasında müdafiəsini xeyli dərəcədə neytrallaşdıra bilərik.

“Elə işləməliyik ki, Fransada bir pensiyaçı qarşısına pivəni qoyub qəzet oxuyanda orada Azərbaycanla bağlı həqiqətləri ifadə edən yazılarla tanış olmaq imkanı qazansın”
- Avropa İttifaqı ilə imzalanmalı olan sazişdən bu aralar çox danışıldı. Necə hesab edirsiniz, bizi Avropaya doğru addım atmağa qoymayan qüvvələrmi var? Bəlkə, hakimiyyətin öz daxilində bununla bağlı yekcins fikirlər yoxdur? Yaxud Avropa özü hələ Azərbaycandan məsafə saxlamağa üstünlük verir?

- Məncə, burada xristian amili var. Baxın, Türkiyə uzun illərdir ki, Avropa Birliyinin üzvü olmağa çalışır. Ən müxtəlif bəhanələrlə ona imkan vermirlər. Ermənistan işğalçı ölkədir. İqtisadiyyati, onun Avropaya vermiş olduğu hər hansı töhfə yox dərəcəsindədir. Bununla müqayisədə Azərbaycan daha demokratikdir, daha böyük iqtisadi inkişaf səviyyəsindədir. Azərbaycan bu gün dünya üçün, bəşəriyyət üçün ciddi töhfələr verməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox ciddi rol oynamaqdadır. Tərəfdaş kimi sözünün sahibidir, məsuliyyətlidir, etibarlı tərəfdaşdır. Ancaq bütün bunların heç biri Ermənistanda yoxdur, heç Gürcüstanda da yoxdur. Onları dərhal qəbul etdilər, Azərbaycandan fərqli olaraq. Azərbaycana qarşı hələ də məhdudiyyətlər qoya-qoya gedirlər. Mən burada başlıca səbəbi xristian təəssübkeşliyində görürəm. Bu xristian klublarına Azərbaycan kimi demokratik, Avropa dəyərlərinə üstünlük verən ölkəni bu məkanın bir hissəsi kimi, müsəlman olduğuna, İslamı dəyərlərin daşıyıcısı olduğuna görə yaxın qoymaq istəmirlər. İkincisi - mən ermənilərin rolunu şişirtmək istəmirəm - amma məncə, erməni diasporu və onun maliyyələşdirdiyi erməni lobbisinin də müəyyən təsiri var. Əlbəttə ki, Avropa İttifaqı və bura daxil olan dövlətlərin maraqları da öz sözünü deyir.

- Fəzail bəy, Avropada yaşayan və Azərbaycan hakimiyyəti ilə savaş aparan azərbaycanlılarla bağlı proseslər hara qədər davam edəcək? Bu qarşılıqlı deyişmələr, əndazəni aşan polemikalar, təbii ki, milli maraqlarımıza uyğun deyil, bu mənzərə yalnız düşmənin ürəyincədir. Həm də belələri bizim üçün itirilmiş vətəndaşlar, itirilmiş soydaşlar sayılır indiki halda. Onları yenidən qazanmaq, başqa qüvvələrə “yem” olmaması üçün nə təklif edərdiniz?

- Tamamilə doğrudur, onlar Azərbaycan üçün itirilmiş insanlardır. Onların Azərbaycanla, Azərbaycan dövləti ilə hər hansı bir bağlılığı yoxdur, bunu tam məsuliyyətlə deyirəm. Onlar ermənilərin təsiri altında olan qüvvələrin, fondların maliyyələşdirdiyi və Azərbaycana xəyanət edən insanlardır, bu, birmənalıdır.

-Bəs, bunun cavabı necə olacaq? Məsələn, deputat həmkarınız Səməd Seyidov bu günlərdə mühacir azərbaycanlıları Vətənə qayıtmağa çağırmışdı.

- Qayıtsınlar! Əgər onların iradələri çatırsa, özlərində güc tapırlarsa, qayıdıb Azərbaycan qanunları qarşısında cavab versinlər. Onların günahsız olduqları sübut olunarsa, yaxud da etdikləri səhvi etiraf edib Azərbaycan xalqından üzr istəsələr, məncə, bu, problemin həllinin bir yolu olar. Ancaq onlar gələcəkmi, Azərbaycan xalqından üzr istəyəcəkmi, mən buna inanmaq istəyərdim, ancaq inana bilmirəm. Çünki onlar elə bir dairənin, şəbəkənin içərisinə giriblər ki, istəsələr də, oradan çıxa bilməyəcəklər. Brüsseldə biz bunların 3-4 nəfərinin sifətini gördük. Youtube-də onların bəzi çıxışlarına qulaq asdım, sonadək dinləyə bilmədim. Çünki olduqca mənasız, düşük fikirlər idi: “Baxın, baxın, maşına baxın, AzTV-yə baxın”, daha nələr... Bu cür səviyyəsiz fikirlərlə onlar Azərbaycan xalqının nifrətini qazandılar. Nə demək istədikləri də bəlli deyildi. O mənada düşünmürəm ki, onlar Azərbaycan üçün hər hansı problem yaradacaqlar. Onlardan fərqli olaraq, prezidentin Brüsselə səfərini müdafiə edən, ona “xoş gəldin” deyən, transparantlarla qarşılayan çoxsaylı yurddaşlarımız bizi fərəhləndirdi, bizdə qürur hissi doğurdu. Düşünürəm ki, getdikcə bu tendensiya artacaq. Fikrimcə, bir il bundan əvvəl təyin olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu sahədə fəaliyyəti hiss olunmaqdadır. Biz onun uğurlu fəaliyyətini hamımız gözləyirik. Arzu edirik ki, bu fəaliyyət geniş miqyas alsın və Azərbaycan diasporu bütün dünyada söz sahibi olsun. Görünən budur ki, artıq buna doğru ciddi addımlar atılmaqdadır.
Foto: “YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Dünən, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Dünən, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Dünən, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Dünən, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Dünən, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru