"Həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq" - Sabir Rüstəmxanlı
Tarix: 6-06-2019, 09:34 | Çap et
 Dünən Xalq şairi Vaqif Səmədoğlunun doğum günü idi. V.Səmədoğlu 1939-cu il iyunun 5-də Xalq şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. Çox təəssüflər olsun ki, o, 2015-ci il yanvarın 28-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu münasibətlə V.Səmədoğlunun qələm dostlarının onun haqqında fikirlərini öyrənməyə çalışdıq.
Xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında yaxın dostu və həmkarı olan Vaqif Səmədoğlu haqda öz xoş xatirələrini bölüşüb:
“Vaqif ilk gənclik illərimizdən insan və dost kimi tanıdığım qələm sahiblərindən biridir. Mən hələ tələbə olanda onun ilk şeirləri çap olunmuşdu və universitetdə geniş müzakirə olunurdu. Şeirlərini bəyənənlər də, bəyənməyənlər də var idi, amma bəyənənlər daha çox idi. Gənclər arasında onun şeirlərinə çox ciddi bir maraq var idi. Mən dördüncü kursda oxuyanda “Azərbaycan ədəbiyyatında sərbəst şeir” adlı bir mövzu götürmüşdüm. Burda daha çox Vaqifin şeirlərini təhlil edirdim. O vaxt ədəbi rəydə tənqid olunan şeirlərinin poetik mənada nə qədər dəyərli əsərlər olduğunu müdafiə etmişdim. Bununla yanaşı, tələbə elmi konfransında da çıxış etmişdim.
Demək istəyirəm ki, Vaqifin ilk şeirlərindən onun yaradıcılığını izləmişəm. O, Azərbaycanın böyük şairlərindən biridir, Xalq şairidir. Səməd Vurğun ailəsində böyüsə də, ona ruhən bağlı olsa da, poetik yolu və üslubu ilə atasını təkrarlamayan, özü yolunu tapan bir şairdir. Biz uzun müddət “Yazıçı” nəşriyyatında incəsənət şöbəsində bir yerdə işləmişik. Sonra Milli Məclisdə bir yerdə millət vəkili olmuşuq, bir çox məsələlərin müzakirəsində bir mövqedən çıxış etmişik. Meydan hərəkatında başqa ziyalılardan və ziyalı övladlarından fərqli olaraq o, həmişə xalqın arasında olub. Bir sözlə o, uzun bir yol keçib. İndi haqq dünyasındadır və Vaqifi həmişə ən xoş duyğularla xatırlayıram. Maraqlıdır ki, eyni dərəcədə onun böyük qardaşı Yusif Səmədoğluyla yaxın münasibətlərimiz olub. Y.Səmədoğluyla da həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq. İkisi də son dərəcə dəyərli övladlardır və Səməd Vurğunun adına layiq insanlardır. Vaqif Səmədoğlu on səkkizinci əsrdə Qarabağda bir məktəb başladan M.P.Vaqifin davamçısı deyil, amma ona ruhən bağlı olan ikinci bir Vaqifdir”
Yazıçı Seyran Səxavət isə saytımıza açıqlamasında bildirdi ki, Vaqif Səmədoğlu elə bir şairdir ki, o, yazılarıyla özü haqqında nə varsa, hamısını deyib:
“Vaqif bizim elə sənətkarlarımızdandır ki, o, özü haqqında yazılarıyla nə varsa, hamısını deyib qurtarıb. Bununla bağlı nə tənqidçiyə, nə qələm yoldaşına, nə jurnalistə bir əl yeri qoymayıb ki, onun haqqında nəsə deyəsən. V.Səmədoğlunun bir misrası var deyir ki, “Sən qonduğun budaqda, saat neçədi, qumru?!” Bundan artıq biz nə deyə bilərik. Sadəcə biz onu yadımıza salırıq, xatırlayırıq, ruhu şad olsun deyirik”.
S.Səxavət bildirib ki, bir müddət sonra Vaqif Səmədoğlunun qardaşı Yusif Səmədoğlunun xatirəsinə həsr olunan kitabı çapdan çıxacaq:
““Kenquru” hekayəmi oxumusunuz və o mənim Yusif Səmədoğlu ilə qəbirüstü söhbətimdir. Bir müddət sonra Y.Səmədoğlunun xatirəsinə hörmət əlaməti olaraq həmin o “Kenquru” hekayəsi və “Qaçaqaç” romanımın içində Y.Səmədoğluyla bağlı böyük bir povest var. Həmin povest, “Kenquru” hekayəsi və bundan başqa özümün üç dənə əlavə yazım bir həftəyə “Kenquru” adlı kitabda çapdan çıxacaq. Bunu Y.Səmədoğluna həsr etmişəm və ona hədiyyəmdir. Yaşadığı vaxtda ona heç nə edə bilmədim, amma indi edirəm və bu da alınır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30 |
|
|
|
• Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48 |
|
|
|
• Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40 |
|
|
|
• Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35 |
|
|
|
• Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19 |
|
|
|
• Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50 |
|
|
|
• Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33 |
|
|
|
• SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29 |
|
|
|
• Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27 |
|
|
|
• Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24 |
|
|
|
• Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21 |
|
|
|
• Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19 |
|
|
|
• “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01 |
|
|
|
• Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00 |
|
|
|
• Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55 |
|
|
|
• Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53 |
|
|
|
• Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50 |
|
|
|
• Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48 |
|
|
|
• Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41 |
|
|
|
• Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35 |
|
|
|
• Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30 |
|
|
|
• “Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26 |
|
|
|
• Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16 |
|
|
|
• Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14 |
|
|
|
• Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12 |
|
|
|
• Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04 |
|
|
|
• Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55 |
|
|
|
• Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53 |
|
|
|
• Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09 |
|
|
|
• Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07 |
|
|
|
• AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02 |
|
|
|
• “İnqilab olmayacaq” - Kaxa Kaladze
Dünən, 12:58 |
|
|
|
• Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Dünən, 12:54 |
|
|
|
• “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 12:52 |
|
|
|
• Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Dünən, 12:47 |
|
|
|
• Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Dünən, 12:45 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Dünən, 12:35 |
|
|
|
• Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Dünən, 12:29 |
|
|
|
• “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Dünən, 12:16 |
|
|
|
• “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Dünən, 12:12 |
|
|
|
• "Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Dünən, 12:08 |
|
|
|
• Əhəd Abıyev HARALARDADI...
Dünən, 12:05 |
|
|
|
• 201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Dünən, 12:00 |
|
|
|
• Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Dünən, 11:54 |
|
|
|
• Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Dünən, 11:42 |
|
|
|
• "Belə absurd qərar olar?" - ETİRAZ
Dünən, 11:40 |
|
|
|
• Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Dünən, 11:27 |
|
|
|
• ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Dünən, 11:18 |
|
|
|
• Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Dünən, 11:15 |
|
|
|
|