Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

“Müxalifət heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz” - deputat
Tarix: 20-06-2019, 09:19 | Çap et
“Müxalifət heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz”
1993-cü il 4 iyunda qanuni hakimiyyətə-AXC iqtidarına qarşı qiyam qaldıraraq dövlət çevrilişi edən Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov uzun müddətdən sonra “dirilib”. Facebookda Könül Rafiq qızı profilindən demək olar ki, hər gün onun barəsində paylaşımlara rast gəlirik.

Həmin paylaşımların hər birində S.Hüseynovun özünü təmizə çıxarmaq çabalarının olduğu müşahidə edilir və statuslara mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn başda olmaqla həmin iqtidarda yüksək səlahiyyət sahibi olan şəxslər “tağ” edilir. Son olaraq, keçmiş korpus komandirinin adını qeyd etdiyimiz profil üzərindən şok səs yazısı yayılıb. Səs yazısında S.Hüseynov aşağılayıcı formada AXC iqtidarını təhqir edir, bəzi şəxslərin adlarını çəkir, küçə söyüşləri işlədir. Guya o, Qarabağı alacaqmış, sadəcə Elçibəy iqtidarı arxadan buna zərbə endirir və bu səbəbdən torpaqlarımızı azad edə bilməyib.

Bu səs yazısının altındakı rəylərdə S.Hüseynovun “vətən xaini” olduğu xatırladılır və sərt şəkildə tənqid, hətta təhqir olunur.

S.Hüseynovun təbliğatçısına çevrilən qadın profilinin saxta olduğu deyilsə də, bu barədə “Yeni Müsavat”a mötəbər mənbədən məlumat daxil olub. Həmin məlumatlarda profilin real olduğu üzə çıxıb. Almaniyada mühacir həyatı yaşayan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, K.Rafiqqızı hazırda Almaniyanın Köln şəhəri yaxınlığında mühacir status ilə yaşayır. Əvvəllər saxta bilet düzəltmək niyyəti ilə Müsavat və AXCP-nin üzvü olan bu xanım istəyinə nail ola bilməyib. Mənbənin bildirdiyinə görə, bir şəxs K.Rafiqqızına müəyyən məbləğ qarşısında yardımçı olub və qeyri-qanuni yollarla onun ölkədən çıxmasına nail olub. Hazırda onlar arasında gərginliyin yaşandığını mənbə bildirir. Onun dediklərinə görə, xanım mühacir Almaniyada oturum ala bilmir və ona yardımçı olan şəxsdən pullarını tələb edir, hətta onu sosial şəbəkələrdə ifşa edəcəyi ilə hədələyir. Mənbə K.Rafiqqızının Azərbaycanda Sərdar adlı bir jurnalistlə evli olduğunu və bu səbəbdən illər öncəyə qədər facebookda Könül Sərdarlı adı ilə fəaliyyət göstərdiyini deyir. O, Almaniyada bəzi azərbaycanlı mühacirlərlə gərginlik yaşayır. Bu sırada mənbə Yeganə Əmiraslanovanın adını çəkir və onun Almaniyaya gedərkən K.Rafiqqızına ciddi dəstək olduğunu, sonradan aralarında narazılıq yarandığını, bu günə qədər də narazılığın davam etdiyini söyləyir.

K.Rafiqqızının S.Hüseynovun təbliğatçısına çevrilməsi ilə bağlı faktlar isə daha ilgincdir. Əslində xanım mühacirin keçmiş korpus komandirini tanımadığı, sadəcə oturum izni almaq üçün bu yola əl atdığını mənbə qeyd edir. Bununla onun Azərbaycanda bir zamanlar ömürlük cəza çəkən şəxsin müdafiəçisi olduğunu göstərmək və ölkəyə qayıdarkən guya təzyiqlərlə üzləşəcəyini olduğu ölkənin aidiyyəti orqanına nümayiş etdirmək niyyətində olduğu iddia olunur. Artıq S.Hüseynovun yaxınları K.Rafiq qızı ilə əlaqə qurublar, hətta ona bu paylaşımlarına görə müəyyən məbləğdə maliyyə ödəyirlər...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Hüseynovun çabalarına “Yeni Müsavat”da bu cür şərh verdi:“Surət Hüseynovun səs yazısını mən də dinlədim. Onun etikadan uzaq sözlərini kənara qoyuram. Səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Bunun üçün konkret faktlar, sənədlər ortaya qoyulmalıdır. Həmin dövrün məsuliyyətli şəxsləri təkcə sözlərlə deyil, arqumentlərlə Surət Hüseynova cavab verməlidirlər. Bu bir faktdır ki, o heç kimə xəbər vermədən, heç kimlə razılaşmadan Sərsəng istiqamətində olan qoşunlarını geri çağırıb. Bundan sonra ermənilərin həmin istiqamətlərdə üstünlüyü təmin olunub və qısa zamanda düşmən genişmiqyaslı hücuma keçərək Azərbaycan torpaqlarını işğal etmə prosesini sürətləndiriblər. Bu faktlar Kütləvi İnformasiya Vasitələrində vaxtı ilə gedib. Surət Hüseynov tərəfindən bu faktlar indi başqa cür izah olunmaqdadır. Onun geri çəkilməsi başqa bir amillə bağlıdır. Onu da deyə bilərəm ki, digər istiqamətlərdə atəşkəsin əldə olunması barədə əlimdə konkret sənəd yoxdur, bu barədə məlumatsızam. Ancaq onu bilirəm ki, ermənilər Azərbaycanın digər yerlərində diqqətdən yayındırıcı əməliyyatlar keçirdilər. Əsas cəbhə Qarabağ və Gədəbəy istiqamətində idi. Gədəbəy istiqamətində könüllülərimiz, ordumuz böyük qəhrəmanlıqlar göstərdilər. Şınıx deyilən ərazi düşməndən tamamilə təmizləndi. Bir qarış torpağımız belə ermənilərə verilmədi, əksinə onlardan torpaqlarımız alındı.

Başqa istiqamətlərdə döyüş əməliyyatları demək olar ki, getmirdi. Əsas diqqətlər o zaman Dağlıq Qarabağ və onun ətrafındakı rayonlara yönəlmişdi. Deyilənə görə, o vaxt ordumuz 9 kilometrə qədər gedib çatmışdı. Bilmirəm ki, bu Surət Hüseynovun yoxsa başqa bir komandanlığın rəhbərlik etdiyi hərbi hissələr idi. Ermənilər tərksilah olmağa hazır idilər. Birdən-birə Surət Hüseynovun qoşunları geri çəkməsi ermənilərə yeni imkanlar yaratdı. Bunun səbəbini o, atəşkəs rejimi ilə bağlamağa çalışırsa, düşünürəm ki, fikirləri yetərincə arqumentli deyil. Çünki erməni o vaxt böyük qüvvə ilə Dağlıq Qarabağ istiqamətinə gəlməzdi. Nəzərə alsaq ki, Dağlıq Qarabağ və onun ətrafında döyüşənlər rus zabitləri idilər. Bu zabitlərin əksəriyyəti muzdurlar idi. Onların içərisində əsgərlər də, rus texnikası da var idi. Ermənilər sadəcə şərti xarakter daşıyıb, maşa rolunu oynayırdılar. Azərbaycan torpaqlarını işğal edən Yeltsin hakimiyyəti və onun tabeliyində olan hərbi qüvvələr idi. O qüvvələr Dağlıq Qarabağ ətrafında idilər. Bu baxımdan Surət Hüseynovun fikirləri inandırıcı deyil. Sadəcə olaraq, özünə haqq qazandırmaq üçün bu fikirləri söyləyir. Hər kəs yaxşı bilir ki, Surət Hüseynovun tabeliyində olan qüvvələri geri çəkməsi Ağdamın işğalında əsas rol oynadı. Məhz bundan sonra ermənilər o əraziləri işğal etdilər.

Bunlar da mətbuatda çox dərc olunub və bu da həmin dövrün hərbi komandanlığına aid idi. Bu məsələyə o dövrdə yüksək səviyyədə olan zabitlər tərəfindən aydınlıq gətirilməlidir. Həqiqət naminə vətəndaş mövqeyi ortaya qoyulmalıdır. Obyektiv şəkildə hər şey ortaya qoyulmalıdır ki, görək torpaqlarımızın işğalında Xalq Cəbhəsi hərbi dəstələri, Müdafiə Nazirliyi yoxsa Surət Hüseynov günahkardır. Bunun üçün əməliyyatlarda iştirak edən, obyektiv olan zabitlərin danışması daha yaxşı olardı”.

Deputat S.Hüseynovun “dirilməsi”nin heç bir nəticə verməyəcəyini qeyd etdi: “Surət Hüseynov nə qədər fəallaşsa da, tribunada özünü təqdim etməyə çalışsa da, onun Azərbaycan siyasətində yeri yoxdur. Əvvəla, o siyasətçi deyil. Onun siyasətdə nə dərəcədə bacarıqlı olub-olmaması 1993-cü ilin iyunundan 1994-cü ilin oktyabrına qədər gedən zaman kəsiyində özünü ifadə etdi.

Həmin burulğanlardan Surət Hüseynov çıxa bilmədi. Əksinə o, törətmiş olduğu cinayətlərə görə ömürlük həbs cəzası aldı. Belə bir cinayətkarın siyasətə qayıtması, Azərbaycan siyasətində yer tutması indiki reallıqla daban-dabana ziddir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanın bu gün siyasi mühiti kifayət qədər həssasdır. Hakim partiya dövlətimizə, dövlətçiliyimizə qarşı hər hansı bir addımlar atılarsa, ona qarşı çox ciddi, əsaslı, təxirəsalınmaz, effektiv hərəkət etmək qabiliyyətinə malikdir. Müxalifət isə heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz. Çünki onunla müxalifət arasında yetərincə böyük problemlər yaşanıb. Bu gün də bu problemlər yaşanmaqdadır. Surət Hüseynov başqa qüvvələr tərəfindən dindirilə, danışdırıla bilər. Amma bunun da kifayət qədər ciddi təsiri ola bilməz. Açığı onun siyasətə qayıtması ilə bağlı fəaliyyətində ciddi elementləri görmürəm. Onun adından çıxış edən, səsini yayan, fəaliyyətini önə çəkməyə çalışan kimlərsə varsa, bu təbii ki, Surət Hüseynovun təşəbbüsü, təhriki ilə baş verir. Bu yolla onu gündəmə gətirməyə çalışırlar. Məncə bütün bunların yeganə səbəbi Surət Hüseynovun özünü təmizə çıxarmaq, özünə haqq qazandırmaq çabalarıdır”. (Musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Bu gün, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru