Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

“Seçkinin tez, ya gec keçirilməsinin parlamentə düşməyə dəxli yoxdur” - deputat
Tarix: 4-07-2019, 09:18 | Çap et
“Seçkinin tez, ya gec keçirilməsinin parlamentə düşməyə dəxli yoxdur”
Bu günlərdə sosial şəbəkələr və bəzi media orqanlarında parlamentin buraxılacağı və növbədənkənar seçkilərlə bağlı qərarın veriləcəyi ilə bağlı dezinformasiya kimi təqdim olunan xəbər şimşək effekti verdi. YAP üzvü, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən seçilmiş deputat, Milli Məclisin Səhiyyə, həmçinin Əmək və sosial siyasət komitələrinin üzvü Musa Quliyev (Urud) “Yeni Müsavat”ın bununla bağlı suallarını cavablandırdı:

- Musa müəllim, bu il ərzində artıq neçənci dəfə növbədənkənar seçkilərin keçiriləcəyi barədə xəbər yayıldı. Bu məlumatın hansısa əsasının olmadığı bildirilsə də, davamlı şəkildə eyni məzmunlu xəbərlər tirajlanır. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?

- Əvvəla, bəzi kütləvi informasiya vasitələrində sensasiya yaratmaq meyli var. Eyni zamanda sosial şəbəkələrdə bu meyl, bu tendensiya daha güclüdür. Düzdür, sosial şəbəkələr Azərbaycanda son illər ərzində çox geniş yayılıb, amma hələ tam oturuşmayıb, formalaşmayıb. Əslində sosial şəbəkələrdə də bir polemika mədəniyyəti, əndazə, məsuliyyət hissi olmalıdır. Görünür, hələ təzə başlamışıq deyə, bizə bir neçə il vaxt lazım gələcək ki, sosial şəbəkələr müəyyən mədəniyyət və ünsiyyət formalarına yiyələnsin. Yəni bu şayiələr, müzakirələr sensasiya yaratmaq-maraqlı oxunmaq arzusundan və məsuliyyətin az olmasından irəli gəlir. Rəsmi olaraq da elə bir fikir yoxdur. O ki qaldı iyul ayında növbədənkənar sessiyasının daha iki iclasının keçirilməsinə, burada da təəccüblü və qeyri-adi bir məsələ yoxdur. Yaz sessiyası başa çatmaq ərəfəsində məlum oldu ki, parlamentin gündəliyində yarımçıq qalan xeyli məsələlər var. Ona görə bir çox deputatlar Milli Məclisin sədrinə müraciət etdilər ki, yaz sessiyasından əlavə növbədənkənar sessiya çağırılsın və yarımçıq qalan məsələlər bitsin. Növbədənkənar sessiya da 2 iclasdan və ya 5 iclasdan ibarət ola bilər. Burada da qəribə bir məsələ yoxdur. İyulun 9-u və 12-də nəzərdə tutulan iclaslar da həmin o növbədənkənar sessiyanın iclaslarıdır. Yəni nə fövqəladə iclasdır, nə xüsusi iclasdır, nə də xüsusi tapşırıqla olan iclasdır. Həmçinin Milli Məclisin buraxılması da şayiə səviyyəsindən yuxarı qalxmır. Bunu rəsmi mənbələr də təsdiq etmir, nə də ki, həmin mənbələrdən belə bir məlumat yoxdur. Milli Məclis də niyə özünü buraxmalıdır ki? Bunu deyənlər özləri birinci öz suallarına cavab versinlər və cavablarını tapsalar, bizə də desinlər.

- Çox maraqlıdır, dəfələrlə bildirilib ki, konstitusiyaya əsasən, seçkilər gələn ilin noyabrında keçiriləcək. Amma vaxtaşırı növbədənkənar seçkilərin keçiriləcəyi barədə xəbər yayılır. Sizcə, bu məsələyə ictimai maraq haradandır? Nədən mövzuya həssas münasibət var və ictimai rəy parlament seçkilərinin vaxtından qabaq keçirilməsini istəyir?

- İctimaiyyət də istəmir, ictimai maraq da deyil. Bu, sadəcə olaraq, sosial şəbəkələrdə və bir neçə saytlardadır. Saytların da çoxu sensasiya dalınca qaçır, daha çox oxunmaqdan ötrü. Bəzən beş səhifəlik müsahibə veririk, onun içərisindən bir dənə maraqlı görünəcək, camaatın diqqətini cəlb edəcək söz tapıb başlığa çıxarırlar. Mətni oxumayan şəxslər də sosial şəbəkədə həmin fikrə rəy yazmağa başlayırlar. Bu da o şəkildə sensasiya yaratmağa xidmət edir ki, guya Milli Məclis buraxılır, növbədənkənar seçki keçiriləcək. Amma heç kəs demir ki, parlament niyə buraxılır və niyə növbədənkənar seçki keçirilməlidir. Bu barədə nə rəsmi məlumat, nə rəsmi açıqlama yoxdur. Əslində rəsmi açıqlamalar var ki, bu, olmayacaq, növbəti seçki öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Amma Milli Məclisin buraxılması üçün əsaslar varmı, yoxmu, bunu söyləyən yoxdur, “Milli Məclis buraxılır” deyənlərin içərisində. Hesab edirəm ki, bu, sensasiya naminə və oxucu toplamaq marağından irəli gəlir. Bir də bəli, radikal müxalifət cəbhəsinin arzuları var ki, seçki daha tez olsun, bəlkə onlar parlamentə düşə bildilər. Amma seçkinin tez, ya gec keçirilməsinin parlamentə düşməyə dəxli yoxdur. Parlamentə düşməkdən ötrü nüfuz qazanmaq lazımdır.

- Bəs parlamentin hazırkı tərkibi hakim düşərgəni qane edirmi?

- Hakim partiyadan söhbət gedirsə, o, yalnız öz deputatları üçün cavabdehdir və öz deputatlarının fəaliyyətinə qiymət verir. Həmin deputatların da fəaliyyəti YAP-ı qane edir. Deputatın fəaliyyətinə qiyməti də onun seçicisi verməlidir.

- Hakim partiyanın rəhbərliyində təmsil olunan Siyavuş Novruzov bir neçə dəfə həmkarlarına xitabən onları mövqe bildirməyə çağırıb. Bu mənada gözləmək olarmı ki, susqun deputatlarla yolların ayrılacağını, tərkibin ciddi şəkildə dəyişəcəyini güman etmək olar?

- Güman və reallıq ayrı şeydir. Mövqe bildirmək deyəndə ki, hər kəsin mövqeyi bəllidir, ortadadır. YAP-ın hər bir deputatının mövqeyi aydındır ki, bu, Heydər Əliyev yoludur, İlham Əliyevin müəyyən etdiyi və apardığı siyasətdir, YAP-ın hər bir üzvü bu xəttə sadiqdir, sədaqətlə xidmət edir, o cümlədən də parlament üzvləri. Amma Siyavuş müəllim ola bilsin konkret məsələ üçün “mövqe bildirin” söyləyib. YAP-çı deputatların mövqeyi aydındır. Konkret məsələ ilə bağlı da mövqeyini hərə bir cür bildirir, kimi müsahibəsində, kimi gördüyü işində, kimi televiziya verilişində, kimi qanunla bağlı çıxışında. Kimisi də heç mövqe bildirmir, bu da var.

- Bəs mövqe bildirməyənlərə münasibət necədir?

- (Gülür). Mən onu deyə bilmərəm. Bunu seçki vaxtı biləcəyik.

- Növbədənkənar seçkinin keçirilməsi ona görə zəruri sayılır ki, növbəti prezident və parlament seçkiləri eyni ilə təsadüf edəcək. Bu, nə dərəcədə ciddi amil sayılır?

- Bu, prinsipcə texniki bir məsələdir. Ancaq bu, hər 35 ildən bir üst-üstə düşə bilər. Prezident seçkiləri 2025-ci ilin aprelində keçiriləcək, parlament seçkiləri isə konstitusiyaya görə, 2025-ci ilin noyabr ayında keçiriləcək, əgər irəli çəkilməsə. Orada 6 ay fərq var, bir çətinlik yoxdur. Bizim dövlətçilik təcrübəmizdə bir il ərzində iki seçki, yaxud seçki və referendum keçirmək ənənəsi də var. Mən burada bir çətinlik görmürəm.

- Məntiqlə parlament və bələdiyyə seçkilərini eyni ildə keçirmək daha rahatdır, nəinki prezident və parlament seçkilərini...

- Düzü, mən onların dərinliyinə çox varmıram. Məni çox da düşündürmür ki, seçki bu il olacaq, ya gələn il. Amma hər halda, mən bu gün belə bir rəsmi məlumat eşitməmişəm ki, parlament seçkiləri vaxtından qabaq olacaq.

- Milli Məclisin növbədənkənar sessiyasının iyulun ortalarınadək davam etdirilməsi də xeyli rezonans doğurdu. Bununla bağlı səslənən fikirləri əsaslı saymaq olarmı?

- Təcrübədə olub. İyul və avqust ayında da keçirilib. Elə mənim özüm parlamentdə olduğum zaman fövqəladə sessiya çağırılıb. Amma bu, növbədənkənar sessiyadır. İki il bundan əvvəl “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu qəbul olundu. Həmin qanuna görə, qanuna əlavə və dəyişikliklər də üç oxunuşda müzakirədən keçir və ondan sonra qəbul olunur. Üç oxunuşda müzakirə olunduğuna görə, parlamentin iş yükü artır. Buna görə də bu il bir çox qanunlar ilk oxunuşdan keçmişdi, növbəti oxunuşun payız sessiyasına saxlanılması məqsədəuyğun deyildi. Ona görə də deputatlar Milli Məclis rəhbərliyinə müraciət edərək növbədənkənar sessiyanın keçirilməsini xahiş etdilər. Növbədənkənar sessiyanın bir iclası da ola bilər, bir neçə iclası da. İyul ayında da iki iclasımız olacaq, yəqin ki, bununla bitər.

- Yay tətilinin qısalması sizi narahat etmədi ki?

- Yox. Əslində bizim tətilimiz də nisbidir. Tətil dövründə bir çox deputatlar elə öz seçiciləri ilə görüşür, işləyir. Bir çox deputatlar beynəlxalq tədbirlərdədir. Yaxud ola bilsin bəzi deputatlar QHT-lərin xətti ilə müəyyən tədbirlərdə iştirak edirlər. Yəni bizdə normativ qəbul olunmuş iş rejimi yoxdur, o cümlədən də tətil rejimi. Digər tərəfdən, Milli Məclisin deputatlarının tətil vaxtı kifayət qədərdir və iclasların keçirilməsi bizim istirahətimizə mane olmayacaq. Bir də ki, istirahət etmək üçün uzaqbaşı üç həftə tam kifayət edir.

- Sosial şəbəkədə belə bir iddia var idi ki, deputatlara yay boyunca ölkəni tərk etmək qadağan olunub. Nə qədər ciddi məlumatdır?

- (Gülərək) Yox, heç kəsə heç nə qadağan olunmayıb. Bu da növbəti şayiələrdən biridir.

- Yuxarıda dediklərinizdən belə başa düşdüm ki, hakim partiyada parlament seçkiləri məsələsi müzakirə mövzusu deyil, eləmi?

- Yox, belə söhbət, ümumiyyətlə, yoxdur. Hakim partiyada təmsil olunanlar, istər partiya sədrinin müavini, icra katibi Əli Əhmədov, istərsə də icra katibinin müavini, İdarə Heyətinin üzvü Siyavuş Novruzov da mətbuata açıqlamalar veriblər ki, seçki 2020-ci ilin noyabrında keçiriləcək. Yəni ortada konkret mövqe var. Hakim partiyada heç kim tərəfindən növbədənkənar, yaxud vaxtından əvvəl seçki barədə fikir səslənməyib.

- 2020-ci il həm də icbari tibbi sığortaya keçidlə əlaqədar çox əlamətdar olacaq, deyilmi?

- Bəli, bu, çox mühüm, bütün ictimaiyyəti düşündürən, maraqlandıran, hamını darıxdıran bir məsələdir. İcbari tibbi sığortanın tətbiqini çox insanlar gözləyir. Allah qoysa, 2020-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

- Bu, yenə də müəyyən əraziləri əhatə edəcək, yoxsa bütövlükdə ölkəyə aid olacaq?

- Düşünürəm ki, yox... Bizim qəbul etdiyimiz qanunda da göstərilir, həm də prezident fərmanında da göstərilir ki, 2020-ci il yanvarın 1-dən bütün ölkə ərazisində tətbiq olunsun. Amma ola bilər ki, hazırlıq işi başa çatmaya bilər.

- 2019-cu ildə də tətbiqi gözlənilirdi. Qərar yenə də ertələnə bilərmi?

- Yox, 2019-cu ildə ümumi fikir var idi, amma konkret qanunda, ya prezident fərmanında müddət göstərilməmişdi. Amma keçən ilin sonunda TƏBİB Publik Hüquqi şəxsin yaranması ilə bağlı prezidentin fərmanı oldu. Orada da göstərildi ki, 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Ötən ilin sonunda “Tibbi sığorta haqqında” Qanuna da 100-dən çox dəyişiklik oldu. Orada da göstərildi ki, əsas müddəalar gələn ilin 1 yanvarından qüvvəyə minəcək. Yəni icbari sığortanın bütün ölkə ərazisində tətbiqi ilə əlaqədar. Amma yenə deyirəm, müəyyən məsələlər başa çatmaya və qismən də tətbiq olunmaq imkanı yarana bilər. Bunu İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi daha yaxşı bilər. Onu da deyim ki, dünya təcrübəsində icbari tibbi sığortanın bütün ölkə ərazisində birdən-birə tətbiq edilib, oturuşması yoxdur. Bəzi ölkələrdə 3, 4, 5 ilə tam oturuşmuş ola bilir. Burada tam icbari tibbi sığortadan da söhbət gedə bilər, qismən tibbi sığortadan da. Amma mən düşünürəm ki, Azərbaycanda 2020-ci ilin 1 yanvarında bütün ölkə ərazisində icbari tibbi sığortaya keçmək üçün tam imkan və şərait var.

- Musa müəllim, təqribən 10 gündən sonra tətilə çıxacaqsınız. Harada dincələcəksiniz?

- Hələlik Bakıdayam. Mən adətən Azərbaycanda dincəlirəm, təbiətən kənd adamıyam, dağlarda olmağı daha çox sevirəm. Yəqin ki, Azərbaycanda olacağam. Gəncə və Gəncə ətrafında dincələcəyəm.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Bu gün, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru