"İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                 

“Hər kəs əxlaqına uyğun hərəkət edir” - QALMAQAL
Tarix: 5-07-2019, 09:18 | Çap et
“Hər kəs əxlaqına uyğun hərəkət edir”
Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri, hazırda VİP rəhbəri olan Əli Əliyevin keçmiş partiyası və onun lideri Etibar Məmmədovla savaşı davam edir. Onun ReaksiyaTV internet televiziyasına verdiyi müsahibədə AMİP lideri ilə 2005-ci ildə yaşadığı ixtilafları bir daha gündəmə gətirməsindən sonra başlayan qarşıdurma getdikcə güclənir.

Ə.Əliyev həmin müsahibədə E.Məmmədovun ünvanına sərt ittihamlar səsləndirərək, onu nə bu dünyada, nə də o dünyada bağışlamayacağını bəyan edib. Müsahibənin ardınca əks tərəfin VİP sədrinin keçmiş həyat yoldaşı Samirə Mirzəyevanın 14 il öncə (2005-ci ildə) E.Məmmədova yazdığı məktubu mətbuata ötürmələri vəziyyəti daha da gərginləşdirib. Adından istifadə olunmasına etiraz edən S.Mirzəyeva ReaksiyaTV-yə iyulun 3-də imzalı məktub ünvanlayaraq, E.Məmmədovu ağır formada ittiham edib.

Həmin məktubu təqdim edirik: “Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubun 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil. Bu illər ərzində bizim problemlərimiz onun tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz? Özünüzü bu iqtidara təslim etdikdən sonra iqtidara qarşı mübarizə apara bilmirsiniz? Belə səviyyəsiz mübarizə aparılmaz. Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyət də aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. Belə olmasa idi, belə müxənnətlik etməzdiniz. Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox. Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Sizi mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyevə deyil, mənə cavab vermək səviyyəsindəsiniz. Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm. Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daima arxasında varıq. O, çox gözəl atadır, hamıya qismət olsun. Sonda isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan mənim fikrimi öyrənmədən sui-istifadəniz ən azından tərbiyədən uzaq hərəkətdir! Bir də mənim, ailəmin adından danışıb, tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm.

Hörmətli həmvətənlər! Belə adamlar və əməllərdir uzun illərdir Azərbaycanı inkişafdan saxlayır. Belə xəbis və dar düşüncəli şəxslər bu millətin yolunu kəsirlər. Etibar Məmmədov Əli Əliyev kompleksi yaşayır. Onun Əli Əliyev haqda təşkil etdikləri şantajdan başqa iş deyil. Mən tam məsuliyyətimlə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O, inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm".

Ə.Əliyev “Yeni Müsavat”a açıqlamasında keçmiş həyat yoldaşının məktubundan danışıb: “Söz təkrarlayan adam deyiləm. Bir dəfə demişəm, yenə deyirəm, o, siyasətə gələrsə, cavabını verəcəm. Hələ ki kölgədə oturub, siyasi palitrada mövqeyi bəlli deyil. Nə iqtidar kimi iqtidar, nə də müxalifət kimi müxalifətdir. Bu barədə geniş danışmayacam, danışmaq niyyətim də yoxdur. Sonuncu məktub əks tərəfin iddialarına cavabdır. Hesab edirəm ki, bu kifayət edir. Azərbaycan xalqının adət-ənənəsi var. İstənilən Azərbaycan vətəndaşının qadın və kişi olmasından asılı olmayaraq, belə məsələlərin gündəmə gətirilməsinə birmənalı cavabı var. Əgər bu cavabın nə olduğunu bilmək istəyənlər varsa, məktub altında yazılan rəylərə baxsınlar. Düşünürəm ki, bu, Azərbaycan xalqının bu məsələdə ictimai rəyidir”.

Ə.Əliyev keçmiş həyat yoldaşının 14 il öncə E.Məmmədova yazdığı məktubdan xəbərdar olduğunu da söylədi: “Təxminən bilirdim ki, belə bir məktub var. İstənilən halda bu məktubu üzə çıxarmaq etik baxımdan düzgün deyil. Kiminsə adından məktub yayanda ən azından həmin şəxsin rəyini öyrənmək lazımdır. Bu rəyi də sonuncu məktubu ilə keçmiş həyat yoldaşım yayıb. Bundan artıq nəsə deməyə ehtiyac yoxdur”.

VİP sədri son məktubu S.Mirzəyevanın istəyi olmadan ona yazdırdığı yöndə səslənən fikirlərə də aydınlıq gətirdi: “Hər kəs əxlaqına uyğun hərəkət edir. Mən heç kəsə məktub yazdırmamışam. Yazdırmaq niyyətim də yoxdur. Sadəcə olaraq, 14 il öncə yazılan bir məktubu yayan adamların hərəkətləri hiddət doğurur. Həmin xanım da öz mövqeyini doğru şəkildə ifadə edib. Məktubdan sui-istifadə edən şəxsin bu yolla qiymətini verib. Necə olmasından asılı olmayaraq, mövqe ortadadır. Bu məktubun yazılmasında heç bir təsirim olmayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru