"İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                 

Qapalı dairədən kənardakı Əli Kərimli - I YAZI
Tarix: 8-07-2019, 09:51 | Çap et
Qapalı dairədən kənardakı Əli Kərimli
AXCP sədri Razi Nurullayev “Yurd” sədri Əli Kərimlinin indiyəqədərki siyasi yoluna nəzər salıb.

Öz məqaləsində Razi Nurullayev Əli Kərimlinin siyasi portretini cızaraq fəaliyyətinin əsas aspektləri, müxalifətdaxili intriqalardakı rolu, ətrafındakı insanlarla davranışı və iddiaların təmin etməyəcək imkanları barəsində ətraflı məlumat verir.

DİA.AZ məqaləni təqdim edir:

Çoxlarını, o cümlədən məni bir sual çox narahat edir. Özü dəyişmək istəməyən bir siyasətçinin opponentindən dəyişməyi tələb etməsi nə qədər məntiqlidir? Axı özündən razı və ölkənin bütün problemlərinin açarını öz qabarsız əllərində görən bir şəxs gərək nümunə yaratsın və digərlərini də fakt qarşısında aciz buraxsın. Yox, əgər danışmaq və hamıdan bərk qışqırmaq gözəl və güclü siyasətçi olmaq anlamına gəlirsə, bunu özünə siyasətçi deyən hər kəs bacarır. Nümunə yaratmağı, cığır açmağı, yol göstərməyi və nəticə əldə etməyi hamı bacarmır. Ancaq danışmağı sevən Əli Kərimli isə bunu heç bacarmır. Cığır açan, yol göstərən Əbülfəz Elçibəy idi və bu gün də biz onun açdığı cığırı özümüzə yol seçmişik.

“Yurd” sədri də onun yolunu seçdiyini deyir və şəklini başının üstündən asırdı. Amma hər birimiz şahidik ki, bu yalançı sevgidir. Çünki o, heç zaman Elçibəyi lider kimi qəbul etməyib və hakimiyyətin itirilməsində də onu günahlandırıb. Hərçənd ki, hakimiyyətdə özü də təmsil olunub, yüksək vəzifə tutub və sonunda dövlət katibi olub.

Hakimiyyəti saxlamaq, daxili hərc-mərcliyi, xəyanəti və özbaşınalığı dayandırmaq üçün daha hansı yüksək posta sahib olmalı idi ki, Əli Kərimli? Niyə məsuliyyəti bölüşmək istəmir? Hakimiyyətin itirilməsində, Elçibəy hakimiyyətinə qarşı silahlı üsyan baş verməsində günahkar şəxslərdən biri də elə Əli Kərimli özüdür. O zaman da danışmaq siyasəti aparıb, bəlağətli danışıb və deyib ki, belə olmalıdır, belə olsun, bu səhvdir, bu düzdür. Bəs onları kim edəcəkdi?

Prezident Əbülfəz Elçibəy idi və göstərişləri, son qərarı o verirdi. Amma o zamanın da süjetlərindən görünür ki, hamı kimi Əli Kərimli də ancaq danışmağı sevirdi və hakimiyyətin saxlanılması üçün əlini ağdan qaraya vurmayıb.

Bu gün düşünməyə başlamışam ki, Əli Kərimli Elçibəyin yıxılmasında maraqlı olub və hakimiyyəti ələ keçirmək üçün planlar qurub. O, Elçibəyi zəif prezident, digərlərini isə qaragüruh zənn etdiyindən özünü sonrakı dövr üçün ən layiqli namizəd görüb. İsgəndər Həmidova “dəli” və “psix”, Rəhim Qaziyevə “satqın”, İsa Qəmbərə “iradəsiz”, Sərdar Cəlaloğluna “araqarışdıran” deyən, digər həmkarlarına da müxtəlif adlar qoyan və onların fonunda özünü parlayan “Zöhrə” ulduzu kimi görən bir siyasətçi necə olub ki, hələ də yerində saymaqdadır? Başqasından dəyişməyi və yenilənməyi tələb edən şəxs özü dəyişməyi və yenilənməyi sevmir. Bağlı olduğu qruplaşmalardan dəstək alaraq ucuz şou və artistliklə gündəm yaradıb siyasətdə qalmağı hədəfləyən şəxs xalqın lideri ola bilərmi? Təbii ki, yox. Dəyişim və yeniliklərə kar və kor olan siyasətçi çürük meyvə kimidir.

Xalqın narazılığı üzərindən danışmaq və ancaq danışmaq siyasəti yürüdən, bir mətbu orqandan o birinə qaçıb hər gün dediklərini tutuquşu kimi təkrarlamaqdırmı gözəl, ardıcıl siyasət?

Müxalifətdə də dəyişiklik labüd və vacibdir. Bu gün YAP iqtidarını dəyişikliyə, islahatlara meylli olmamaqda qınayır və tənqid ediriksə, özümüz necəyik? Müxalifət arasında bir sıra istisnalar olmaqla dəyişiklik və islahatlar keçirilmir. "Köhnə hamam, köhnə tas" davam etməkdədir və təbii ki, bu, xalqın xoşuna gəlmir. Əgər partiyalarda dəyişiklik baş vermirsə və ya proses həddindən artıq ləng gedirsə, nəticə əldə etmək, xalqı inandırmaq da çətin olacaq. Biz xalqa hansı dəyişikliyi vəd edirik? Müxalifət YAP-dan fərqli hansı siyasətin çarçısıdır? Əli Kərimli rəhbəri olduğunu iddia etdiyi qurumda özünün dəyişməzliyinə, əvəzolunmaz bir lider olduğuna hər kəsi inandırmağa çalışırsa, fərqli düşüncə sahiblərini sıxışdırırsa, xalqın inamını qazanmaq və müxalifəti bir yerə gətirmək olarmı? Təbii ki, yox!

Pərəstiş

Məmməd Əmin Rəsulzadə doğru-dürüst siyasi şəxsiyyətlərdən biridir. “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını irəli sürən bir şəxsiyyətə pərəstiş etmək yanlış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymaq olmaz. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. YAP iqtidarı onu müasir Azərbaycanın memarı sayır. Ona da kifayət qədər səmimi pərəstiş edənlər var. Təbii ki, hər hansı bir şəxsə əldə etdiyi nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başadüşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafında pərəstiş yaratmağa çalışır? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Üstəlik nəticə də yoxdur. 30 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb.

2013-cü ilin sonlarında “Yurd” sədri Əli Kərimlinin “Dədə Qorqud” obrazına girməsini xatırlayıram. Müzakirələrdə mən də çıxış etmiş və ideyanı dəstəkləmişdim. Partiya rəhbərliyində təmsil olunan şəxslər onun ümumxalq sevgi qazanmasını, daha müdrik davranmasını, özünü siyasi qüvvələr və cəmiyyətin lideri kimi aparmasını, onların fikirlərinin ifadəçisi olmasını və onlara uyğun hərəkət etməsini istəmişdi. Hər kəsin içində bir sakitlik yaranmışdı ki, daha o, özünü sakit və müdrik aparacaq, digər partiyalara və onların sədrlərinə qarşı oyun qurmayacaq, müxalifəti sıradan çıxarıb özünün meydanda tək qalmasını təmin edəcək addımlar atmayacaq, məkrli planlarını həyata keçirmək üçün partiya üzvləri və tərəfdarlarını ürəklərinin istəmədiyi şeylərə məcbur eməyəcək.

Ən azından bu yolla müxalifət daxili çəkişmələrdən, partiya üzvləri və rəhbərliyi isə Müsavat Partiyasını, İsa Qəmbəri necə sıradan çıxarmağı müzakirə etməkdən qurtulacaqdı.

“Yurd” sədrinin iki gün belə "Dədə Qorqud" olmağa səbri çatmadı. Çünki "Dədə Qorqud" olmaq səbr, dözüm, tolerantlıq deməkdir, siyasi qisasçılıqdan imtinadır. “Dədə Qorqud” olmaq barışdırmaq, intriqadan uzaq olmaq demək idi. Siyasi “Dədə Qorqudluq” Azərbaycan siyasətini səfəbər etmək idi. Cəmiyyəti ifrat qütbləşmədən uzaqlaşdırıb, ən azı eyni düşüncəli insanları bir yerə toplamaq bacarığı idi. O isə köhnə peşəsindən, dağıdıcılıq və qısqanclıq hislərindən qurtula bilmədi və bu gün də eyni senari üzrə addımlar atmaqdadır.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru