İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                 

“Boykotçu müxalifət anlamır ki, bununla seçki vərdişlərinin formalaşmasının qarşısını alır”
Tarix: 15-07-2019, 09:36 | Çap et
“Boykotçu  müxalifət anlamır ki, bununla seçki vərdişlərinin formalaşmasının qarşısını alır”
2019-cu il Azərbaycanda seçki ilidir. Belə ki, Seçki Məcəlləsinə əsasən, bu il bələdiyyə seçkiləri keçirilməlidir. Qeyd edək ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komisiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Göründüyü kimi, seçkilərə 5 aydan bir qədər artıq vaxt qalıb. Amma demək olar ki, heç bir siyasi kəsim bələdiyyə seçkilərindən danışmır. Bələdiyyə seçkilərinin keçirilməsinə qısa zaman qalmış növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gəldi. Demək olar ki, bütün siyasi kəsim, həm iqtidar, həm müxalifət, həm də sadə vətəndaşlar növbədənkənar parlament seçkilərinə bu və ya digər formada münasibət bildirdi. Parlament seçkiləri ilə məsələ bu gün də müzakirə olunur və hələ də gündəmdədir. Qeyd edək ki, parlament seçkiləri qanunvericiliyə uyğun olaraq 2020-ci ilin noyabrında keçiriləcək. Amma artıq bu məsələ ciddi şəkildə müzakirə predmetidir.

Maraqlıdır, niyə hamı parlament seçkilərindən danışır? Bələdiyyə seçkilərinə maraq niyə azdır?

“Seçicinin ayağına getmək lazımdır”

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bələdiyyə seçkilərinə marağın az olması siyasi qüvvələrin günahıdır:

“Bu gün Azərbaycan insanının, vətəndaşının seçkilərə qatılmamasının, seçki vərdişinin formalaşmamasının əsas səbəbkarı hakimiyyətdir. Amma müxalifətin də məsuliyyəti var. Təəssüflər olsun ki, Azərbaycanda boykotçu müxalifət anlamır ki, bununla seçki vərdişlərinin formalaşmasının qarşısını alır. Nəticədə Azərbaycan vətəndaşı seçkiyə inanmır, namizədlər ortada olmur. Azərbaycan seçicisinin ayağına getmək lazımdır. Seçicinin yanına getməyin yeganə yolu isə seçkilərdir. Bu gün Azərbaycan insanı seçkiyə getmədiyi üçün iqtisadi məngənə altında əzilir. Azərbaycan insanın başı sosial problemlərə o qədər qarışıb ki, bu gün siyasətə qoşulmu, seçkiyə getmir, inanmır. Ona görə də Azərbaycan müxalifətinin üzərinə düşən ən böyük vəzifə qanuni olaraq təyin olunan seçkilərdə iştirak etməkdir. Seçkilərarası dövrdə müxalifət rayonlara səfər edəndə təəssüflər olsun ki, onlara müxtəlif maneələr yaradılır. Ona görə də daha rahat şəkildə seçkilərdə iştirak etmək lazımdır ki, insanları bu prosesə cəlb edə bilək. Əhlainin seçki aktivliyinin nə qədər aşağı olduğunu bilsək də, seçkilərdə iştirak edib səlahiyyətli yerlərdə olmalıyıq ki, Azərbaycan xalqının yaxşı yaşaması üçün çalışmaq imkanımız olsun. Təəssüflər olsun ki, bu gün bələdiyyələrdən uzaq duranlar anlamır ki, yerli idarəetmə orqanlarında müxalifət daha çox olarsa, o zaman qanunvericilikdə daha çox dəyişikliklər etmək mümkün olar. İnsanları aktivləşdirmək lazımdır ki, yerlərdə pozulan hüquqlarını müdafiə edə bilsinlər. Öz məhəllələrində haqlarını, hüquqlarını qoruyan bələdiyyə üzvü gələcəkdə parlament seçkilərində çox rahat şəkildə iştirak edə bilər. Ona görə də Azərbaycan müxalifətinin üzərində düşən ən böyük vəzifə seçkilərdə iştirak etməkdir. Bəli, bu gün seçkilərdə iştirak etmək, səsləri qorumaq çox çətindir. Ona görə ki, Azərbaycanda insanın seçki vərdişinin formalaşmasının qarşısını alıblar. İllərlə bu vərdiş formalaşsaydı, bu gün də vəziyyətimiz çox yüngül olardı. Keçmişdə etdiyimiz səhvlərin heç birini təkrar etməli deyilik. Mütləq şəkildə seçkiyə qatılmaq lazımdır”.

“Bələdiyyə cəmiyyətdə nüfuza sahib deyil”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, xalqın, ümumiyyətlə, nə bələdiyyə, nə də parlament seçkilərinə marağı o qədər yoxdur:

“Səbəbi isə odur ki, vətəndaş seçkilərin şəffaflığına, demokratikliynə inanmır. Yəni xalq onun seçdiyi namizədin seçkidən qalib çıxacağına inanmır. Bələdiyyələrə gəldikdə isə, ümumiyyətlə, Azərbaycanda bələdiyyələr demək olar, formal bir strukturdur. Məsələn, Türkiyə ilə müqayisədə Azərbaycanda bələdiyyələr, sanki torpaq alğı-satqı ofisidir. Bələdiyyə sədrləri yerli idarəetmədə demək olar, heç bir nüfuza sahib deyillər. Konkret olaraq, bələdiyyələr icra hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərir. Bunun üçün də bələdiyyə seçkilərinə maraq olmaması təbii haldır. Bəli, bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri qismən nüfuzludur. İstənilən halda, Milli Məclis dövlətin qanunverici orqanıdır. Baxmayaraq ki, vətəndaş bu orqana da inanmır. Ölkədə seçkiyə maraq yaratmağın bir yolu var, o da prosesin demokratik, şəffaf keçirilməsidir”.

“Bələdiyyə seçkiləri arxa plandadır”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, bələdiyyə seçkiləri əslində, siyasi partiyalar üçün parlamentə düşmək üçün tramplin, hazırlıq mərhələsi olmalıdır:

“Amma təəssüflər olsun ki, Azərbaycanda bələdiyyə seçkilərinə heç bir siyasi düşərgə həvəslə yanaşmır. Bunun səbəbi ondan ibarətdir ki, ilk növbədə Azərbaycanda seçki institutları sıradan çıxıb. Digər tərəfdən seçkili qurumların cəmiyyətdə nüfuzu, geniş səlahiyyətləri yoxdur. Seçkilərin nəticələrinin əvvəlcədən bəlli olduğu üçün insanlar mübarizə aparmağa maraq göstərmirlər. Bu baxımdan bələdiyyə seçkiləri arxa plandadır. Baxmayaraq ki, yaxın müddətdə artıq yerli idarəetmə orqanları ilə bağlı seçkilərə start veriləcək. Bir müddət öncə hər birimiz Türkiyədə bələdiyyə seçkilərində hansı mübarizənin getdiyinin şahidi olduq. Seçki kmpaniyası çox qızğın keçdi. Tərəflər mübarizəni gərgin şəraitdə apardılar. Hər bir yer uğrunda “ölüm-dirim” savaşı verildi. Çünki orada bələdiyyələrin səlahiyyətləri, funksiyaları var. Türkiyədə bələdiyyələr yerli hökumət rolunu oynayır. Bu baxımdan, seçkilərə maraq da güclüdür. Azərbaycanda isə bələdiyyələrə ola bilsin ki, qanunla müəyyən səlahiyyətlər verilib, amma faktiki heç bir icra səlahiyyətinə sahib deyil. Mərkəzləşdirilmiş icra strukturları o qədər gücləndirilib ki, seçkili qurumlar arxa plandadır. Dəfələrlə demişik ki, Bakı şəhərində bələdiyyə institutu yaradılsın və idarəetmə, təsərrüfat işləri onların səlahiyyətinə verilsin. Bunlar olmayandan sonra bələdiyyələrə maraq artmayacaq. Görürük ki, hər biri dotasiya ilə işləyir və açıq şəkildə icra hakimiyyətlərinin bir əlavəsidir. Təklif etmişdik ki, bələdiyyə üzvlərindən başqa, bələdiyyə sədri də ümumxalq səsverməsi ilə seçilsin. Belə olanda icra sturkturlarından asılılıq bir qədər azalır. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, hökumət bütün bunları yerinə yetirmir”.

“Bu vəziyyət davam edənə qədər...”

Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli də hesab edir ki, bələdiyyə seçkilərinə marağın az olması bu qurumun səlahiyyətinin az olması ilə əlaqəlidir:

“Azərbaycanda bələdiyyələr formal xarakter daşıyır. Hakimiyyət bələdiyyələri bilərəkdən bu vəziyyətə salıb. “Bələdiyyə” deyəndə adamın ağlına torpaq satan qurum gəlir. Artıq torpaq da deyəsən, sata bilmirlər. Maaşı da ancaq daimi sədrlə katiblər alır. Partiya olaraq bələdiyyə seçkilərinə qoşulmağın prosedurlarını da çətinləşdiriblər. Heç bir səlahiyyəti olmayan formal bir qurumdu. Bu cür vəziyyət davam edənə qədər siyasi partiyaların Azərbaycanda bələdiyyələrə maraqı həmişə az olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru